Anons

Dünən, 13:05 - KTN-də Əli Kərimli və Mahir Cavadov izi

18-04-2019, 10:00 - Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 16% artıb

17-04-2019, 19:11 - DTX-nə yeni səlahiyyətlər verildi - FƏRMAN

17-04-2019, 19:09 - ​ADPU rektorunun Muxalifet.az-a qarşı iddiasına baxıldı – HAKİM LİNQVİSTİK EKSPERTİZA TƏYİN ETDİ

17-04-2019, 11:34 - Nazirlər Kabinetindən kommunal xidmət limitləri ilə bağlı - YENİ QƏRAR

17-04-2019, 09:12 - Həbsxanada kütləvi qaçış: ölən və yaralananlar var

17-04-2019, 08:55 - Şöbə müdiri: “Bu il Azərbaycanda biri güclü olmaqla 3 vulkan püskürməsi ehtimal olunur”

16-04-2019, 10:55 - Dərbənd rayon icra hakimiyyətinin başçısı Məhəmməd Cəlilov ikinci dəfə niyə qandallandı?

16-04-2019, 10:54 - Şimali Qafqaz üzrə ekspert Müqəddəs Mehdiyev Rusiya-Azərbaycan sərhəddində saxlanılaraq dindirilib

15-04-2019, 08:44 - Mingəçevirdə şəhid atasından ürəkparçalayan müraciət: “Məktubum prezidentə çatsa…” – Foto

15-04-2019, 08:37 - Ali təhsil müəssisələrinə ərizə qəbulu başa çatır

11-04-2019, 10:30 - Saray qəsəbəsində məcburi köçkünün evi dağıdıldı - VİDEO

8-04-2019, 14:18 - Qobuda 1200-ə yaxın evin 6 minə yaxın sakini Prezident və Mehriban xanımdan kömək istəyir-VİDEO

8-04-2019, 12:24 - Xadimə işlədiyi evdən 40 min manatlıq qızıl-zinət əşyaları oğurlayıb

8-04-2019, 09:57 - Ziyafət Əsgərovun qardaşının himayə etdiyi iddia edilən şəxs İmişlidə faciəyə səbəb ola bilər

4-04-2019, 09:05 - Bağçada uşağa qarşı zorakılıq – Müəllim 5 yaşlı uşağı bu hala saldı? (FOTO,VİDEO)

3-04-2019, 12:32 - Qasım Qasımov, Allahverdi Əliyev və... üçbucağının 20 000 avronu hara verdikləri məlum oldu

3-04-2019, 05:02 - 2 aprel hərracında hansı dövlət əmlakları özəlləşdirildi?

3-04-2019, 04:25 - Radarlar avtomobilinizin sürətini neçə metrdən ölçə bilir – Sirləri öyrənin!

2-04-2019, 09:04 - Rusiyanın daxili işlər naziri gözlənilmədən KXDR-a gedib

1-04-2019, 08:59 - Yaponiyada köhnə həbsxana mehmanxana kimi fəaliyyətə başlayacaq - VİDEO - FOTO

29-03-2019, 09:15 - Uşaqları rus sektoruna qoymaq istəyən valideyinlərə - PİS XƏBƏR

29-03-2019, 08:50 - Bu gün Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Vyanada görüşəcək

29-03-2019, 05:05 - Kimdir günahkar?

14-03-2019, 11:41 - Yaşıl Dərə sakinlər mavi yanacaqdan əziyyət çəkir - VİDEO

13-03-2019, 21:01 - “Sədərək” rəhbərliyi yetimin qazancına göz dikib - BİABIRÇILIQ

13-03-2019, 20:56 - DYP özbaşnalığı barədə aidiyyəti şəxslərə müraciət !!!

12-03-2019, 18:02 - Həqiqət Abdullayeva şəhər rəhbərliyi ilə münasibətlərini romantik hind filmi sujeti müstəvisində təqdim edir

Elmar Vəliyev Prezidentin qovduğu məmurun əli ilə ev yıxır, adam döyür - VİDEO

Tarix:19-06-2018, 16:02 Baxış Sayı:552

Elmar Vəliyev Prezidentin qovduğu məmurun əli ilə ev yıxır, adam döyür - VİDEO

Gəncədə Həsən Əliyev küçəsinin sakinlərinin evlərini yerlə-yeksan edirlər

BakuNews.Az-a xəbər verir ki, bu haqsızlığa dözməyən sakinlər etiraz səsini ucaldıblar. Feysbukda “Azərbaycan bizimdir” səhifəsində yayılmış videoda onlar prezidentə müraciət ediblər. Gəncədə çayın kənarında yerləşən evləri plana salınması və kvadratı 300 manatdan təzminat təklif olunması vətəndaşları ayağa qaldırıb.

Onların sözlərinə görə, bu özbaşınalığın arxasında duran şəxs Məharət Mustafayevdir. Mə.Mustafayev Kəpəzin sabiq icra başçısı və hazırda Gəncə ŞİH-də Memarlıq və Şəhərsalma İdarəsinin rəisidir. Prezidentin sərəncamı ilə vəzifəsindən azad olunan M.Mustafayevi qoruyan, onu qanadı altına alaraq dövlət başçısına qarşı çıxan Gəncə meri Elmar Vəliyev onun əli ilə evlər yıxır. Prezidentin vəzifədən çıxardığı şəxsə vəzifə verən E.Vəliyev M.Mustafayevdən məharətlə istifadə edir.
Elmar Vəliyev Prezidentin qovduğu məmurun əli ilə ev yıxır, adam döyür - VİDEO

İcra başçısının sağ əli sayılan idarə rəisi H.Əliyev küçəsinin sakinlərinə “divan tutmaqda” ittiham olunur. Video kadrdan görünür ki, sakinlər M.Mustafayevin onları təhqir etdiyini bildirirlər. H.Əliyev küçəsində yaşayanlardan biri Reyhan Rzayeva deyir ki, M.Mustafayev insanları döyür, söyür, uşaqları küçələrə salır: “Deyirik ki, bizə nə verirsiz? Qayıdır ki, kirayəyə gedin, ev tikib verəcəm. Bizi əsassız yerə polis idarələrində saxladır. Məni apardı 4 saat polisdə saxladılar. Uşağın burnundan qan açıldı. Qardaşım Qarabağ qazisidir, atam 91-lərdən olub, özümüz Kəlbəcər köçkünüyük. Məharət Mustafayev qadın, qoca bilmir, hamını təhqir edir, qolunu burdurur”.

Digər sakinlər də qeyd edirlər ki, onlar Gəncədə çayın kənarında yaşayırlar:“Prezidentə şikayətimiz çatdırılmır. Məharət Mustafayev deyir ki, əlimin içindən gəlir edirəm. Oğlanlarımızın qolunu bururlar. 300 manatdan kompensasiya təklif edirlər. Bizi evdən çıxarıb çöllərə salırlar. 1200-1500 manatdan versinlər, çıxaq”. M.Mustafayevdən şikayətlər kifayət qədər çoxdur. Mətbuatda onlarla şikayətlər dərc olunub. Məsələn, Rusiya vətəndaşı Tutu Gürzalı qızı Əhmədova Məharət Mustafayev tərəfindən aldadılaraq 100 min dollarının mənimsənildiyini bildirmişdi.

1983-cü ildən Rusiyada yaşayan və həmin ölkənin vətəndaşı olan Tutu Əhmədova 2012-cü ildə vətənə dönüb və əlindəki 100 min dollar vəsaitlə torpaq almaq fikrinə düşüb. 2013-cü ildə Gəncə şəhəri, Nizami rayonunun icra hakimiyyətinin başçısı olan Məharət Mustafayevlə alqı-satqı haqqında danışıq aparıb. İH başçısı qadına torpaq sahəsini göstərib, heç bir sənəd verilmədən əlində olan 100 min dolları alıb. Başqa bir fakt: M.Mustafayevin adı 27 yaşlı xanım işçisi, 2 uşaq anası Gülnar Günəşlini özünü öldürmə həddinə çatdırmaqda əsas fiqur kimi keçirdi. G.Günəşlinin intihara cəhd faktı üzrə materialı araşdıran Səbayel rayon prokurorunun köməkçisi İsmayıl Rövşənovun qərarına diqqət.

Sitat: “Hamilə olduğu müddətdə Məharət Mustafayevin ona qarşı münasibətinin çox yaxşı olduğunu, hətta ona qızım deyə müraciət etdiyini, M.Mustafayevdən rəhbər kimi heç bir narazılığının olmadığını bildirmişdir.

Lakin övladı dünyaya gələndən sonra Məharət Mustafayevin ona qarşı münasibətinin tamam dəyişdiyini və ona qarşı hisslərinin olduğunu, onu sevdiyini dediyini, telefon vasitəsilə çoxsaylı sevgi mesajları, sevgi musiqiləri göndərdiyini, onunla evlənmək istədiyini dediyini bildirmişdir.

O, Məharət Mustafayevə dəfələrlə 2 azyaşlı övladının olduğunu, bir daha evlilik düşünmədiyini, atası yaşında olduğunu, aralarında 31 yaş fərq olduğunu və hərəkətlərinin yaşına yaraşmadığını dəfələrlə dediyini, bu hərəkətlərindən əl çəkməsini bildirib.

Belə əməllərin sahibi olan şəxsi prezident vəzifədən qovduğu halda, E.Vəliyev ona idarə rəisi postunu həvalə edib. O da öz növbəsində ev yıxmaqla, qadınları, uşaqları əzməklə məşğuldur.

Bir müddət əvvəl M.Mustafayev Göygöldə bələdiyyə sədrini döydüyünə görə, barəsində Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə cinayət işi açılmışdı. M.Mustafayevin adı bu tipli insidentlərdə ilk dəfə hallanmır.

Sabiq başçının hələ ötən ilin iyun ayında Gəncə Dövlət Universitetinin müəllim və tələbə kollektivini zorla iməciliyə çıxarıb, onların ünvanlarına nalayiq kəlmələr işlədib təhqir etməsi barədə xəbərlər yayılmışdı.

Həmin hadisədən sonra Gəncə Dövlət Universitetinin müəllim kollektivi isə M.Mustafayevin onlardan üzr istəməsini tələb etmişdi.

Bundan başqa, M.Mustafayevi adı avtobus sürücüsünün burnunu qırmaqda, polis əməkdaşını döyməkdə də hallanırdı.

Xatırladaq ki, M.Mustafayev Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmamışdan əvvəl Yevlax rayon torpaq şöbəsinin müdiri vəzifəsində çalışıb.

XƏBƏR LENTİ