Anons

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

30-03-2018, 14:27 - Bakı Gömrük İdarəsinin rəisi, gömrük generalı Vusal Novruzov rəhbərlik etdiyi sahədə ən kiçik çatışmamazlığa...

19-03-2018, 08:28 - İctimai vəkil Koroğlu MMC-in qondarma ittihamı ilə bağlı ölkə başçısına müraciət etdi

13-03-2018, 17:35 - Sumqayıtda milyonlar hara və kimlərin cibinə gedir?

10-03-2018, 20:11 - AQC-nin yeni sədri Nüsrət İbrahimov seçilib

10-03-2018, 18:24 - Zərrabçılar Qeyri Hökümət Təşkilatını ələ keçirdi - Aynur Camalqızının QHT missiyası nədir...?

7-03-2018, 15:58 - Çılpaq qadınların fotolarını çəkdi - Səbəbinə inanmayacaqsız + VİDEO

28-02-2018, 11:22 - Dövlət orqanlarının Qaynar xətt nömrələri

19-02-2018, 16:02 - Səlim Müslümovun intihara sürükləyən ‘‘VEMTAS’’ sistemi - Ağsu rayon sakinlərinin çıxılmaz sosial durumu

17-02-2018, 23:34 - DTX-dan əməliyyat: "Rəis" tutuldu

5-02-2018, 08:42 - ''Azərbaycan Avtomobil Yolları'' Dövlət Agentliyi Babək prospektində Ziya Məmmədovun ənənəsini davam edir...VİDEO/FOTO

31-01-2018, 00:31 - Qəssab köməkçisi necə restoranlar sahibi oldu?

Bakı Baş Gömrük İdarəsindəki kadr dəyişikliyi qapıları maqnitləşdirib - CƏFTƏLƏR GÖRÜNTÜ ROLUN OYNAYIR!

Tarix:22-06-2018, 11:53 Baxış Sayı:1 428

Bakı Baş Gömrük İdarəsindəki kadr dəyişikliyi qapıları maqnitləşdirib - CƏFTƏLƏR GÖRÜNTÜ ROLUN OYNAYIR!

Bir zamanlar Bakı Baş Gömrük İdarəsindəki iş prinsipindən narazı olanlar artıq hərəkətlərindən peşman olduqlarını ifadə edirlər

"Köhnə yurdun yeri təzə yurda köçəndə bilinər" - deyib atalar. Bir müddət öncə Bakı Baş Gömrük İdarəsindəki kadr dəyişikliyinə sevinənlər, az sonra xəyal qırıqlığının depresiyasına düşdülər. Avtonəqliyyat Baş Gömrük İdarəsinə İsmayıl Hüseynovun təyinatından sonra bu dövlət qurumu bazar ticarəti funksiyasını yerinə yetirməyə başladı. Belə ki, vətəndaşların onsuzda narazı olduqları Avtonəqliyyat Baş Gömrük İdarəsinin əməkdaşlarının Bakı Baş Gömrük İdarəsinə transferi özü ilə yeni nüansları, daha dəqiq desək "olar və olmaz "ları da gətirdi. Əgər yeni təyinatdan öncə ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən bu dövlət qurumunda bir pəncərəli sistem tətbiq edilmişdisə, İsmayıl Hüseynovun rəhbərliyə gətirilməsindən sonra "çoxqapalı iş sistemi"nə keçid oldu. Əgər yeni təyinatdan öncə vətəndaş dərhal qəbul edilib, narazı qaldığı məqamlar anındaca, qanunun tələblərinə cavab verəcək formada aradan qaldırılırdısa, İsmayıl Hüseynov ona müraciət edən vətəndaşı yalnız "vaxtı olanda" qəbul edir. Əgər əvvəllər əməkdaşlar açıq qapı prinsipi ilə işləyirdilərsə, İsmayıl Hüseynovun rəhbərliyə gətirilməsindən sonra qapıların dəstəkləri belə görüntü xarakterli oldu. Yəni qapı dəstəkləri belə artıq bu qurumda ümumi görünüş ansamblının pozulmaması xatirinə saxlanılıb. Zatən İsmayıl Hüseynovçular "qapı dəstəyi siyasəti"nidə köhnə yurddan - Avtonəqliyyat Baş Gömrük İdarəsindən özləri ilə transfer ediblər. İdarədəki mənbədən hal-hazırda Bakı Baş Gömrük İdarəsinin köhnə əməkdaşları elə köhnənin nostaljisini yaşasalar da, Avtonəqliyyat Baş Gömrük İdarəsindən transfer olanların belə qəmləri yoxdur. Yəni "çöldə bayır kimidir" və ya "hər yer Avtonəqliyyat Baş Gömrük İdarəsidir" formatında "fəaliyyətlərini" davam etdirirlər. Mənbənin verdiyi məlumata görə "Avtonəqliyyatçıların" Bakı Baş Gömrük İdarəsinə yürüşü antik dövrlərdəki "səlib yürüşləri"ni xatırladır. İsmayıl Hüseynovu "müşayət edərək" Bakı Baş Gömrük İdarəsini özünə liman seçən "Avtonəqliyyatçı" xidməti otağında olarkən stolunun altındakı düyməni basmadığı təqdirdə, qapıya lap min dəfə "Sim-Sim açıl" desən, şüşədəki cin və ya mağaranın - qapının qarşısındakı əjdaha - məmurda sənə kömək edə bilməz. Nədən? Çünki bu quş dilidir onu İsmayıl, pardon Süleyman bilir ancaq. Maraqlıdır görəsən İsmayıl Hüseynov Avtonəqliyyat Baş Gömrük İdarəsindən Bakı Baş Gömrük İdarəsinə rəis deyil, məsələn cənab Prezidentin xüsusi tapşırığı ilə kosmasa göndərilsə idi, özü ilə yenədəmi Coşqun Əhmədzadəni aparardı? Axı təzyiqi olanlara kosmosa çıxmağın yasaq olması ilə bağlı fətvaya ehtiyac yoxdur. Ola bilsin ki, soruşulsun: Cənab müəllif siz haradan bilirsiniz ki, cənab Coşqun Əhmədzadənin təzyiqi var? Doğrudur biz Coşqun müəllimin təzyiqi olduğunu bilmirik. Lakin onu bilirik ki, maliyyədən sorumlu olanların həmişə özləri istəməsələr belə "довленни"ləri olur. Yanaşmamızda məhz bu səbəbdən idi. Və səbəbin özü də səbəbsiz deyildi. Birdə ki, əyan-əşrəfi, vəzir-vəkili, alanı-verəni Avtonəqliyyat Baş Gömrük İdarəsindən, Bakı Baş Gömrük İdarəsinə gətirmək Həzrəti İsalıq deyil axı. Həşəmətli Gündüz müəllimi nəinki Bakı Baş Gömrük idarəsinə, lap Robinzon Kruzonun 24 il yaşamaq məcburiyyətində qaldığı, türklər demiş "issız bir ada"ya göndərsələr də, o cənab həmin adada tək olsa belə, illər öncədən öyrəndiyi bir "həqiqətlə" yaşayacaq və işləyəcək. Əslində məntiq elmində dünyanı insanın bildiyi bir həqiqətin xilas edəcəyi iddia edilir. Nə yazıq ki, həmin həqiqətin hələ ki, gündüzü yoxdur. Amma bildiyimiz bir həqiqət var: Dünya boyda qaranlığı, zərrə qədər işıq aydınladır. Qaranlığı aydınladan gündüz deyil, sadəcə Günəşdir. Heç olmasa onu üzündən doğru oxuyun cənablar.

BakuNews.az

XƏBƏR LENTİ