Anons

14-03-2019, 11:41 - Yaşıl Dərə sakinlər mavi yanacaqdan əziyyət çəkir - VİDEO

13-03-2019, 21:01 - “Sədərək” rəhbərliyi yetimin qazancına göz dikib - BİABIRÇILIQ

13-03-2019, 20:56 - DYP özbaşnalığı barədə aidiyyəti şəxslərə müraciət !!!

12-03-2019, 18:02 - Həqiqət Abdullayeva şəhər rəhbərliyi ilə münasibətlərini romantik hind filmi sujeti müstəvisində təqdim edir

11-03-2019, 14:24 - Gömrükdə “sahibkarlara anbar tələsi” - “Boşalt-yığ” əməliyyatından yığılan milyonlar…

11-03-2019, 11:32 - Təbrik edirik cənab General!

11-03-2019, 10:55 - “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədovun göstərişidir, bütün şamaxılılar işdən azad edilsinlər”-VİDEO

27-02-2019, 10:07 - Salzburqda Xocalı şəhidləri anıldı

26-02-2019, 09:10 - Ermənilərin Qarabağda girov götürdükləri ruslar başlarına gətirilən müsibətləri danışırlar

25-02-2019, 15:28 - Nəsimiyə həsr olunan rəsm müsabiqəsi elan edildi - Mükafat 10 min manat

21-02-2019, 12:06 - Pulu saymağa 4 işçi ayrılıbmış… - 5,5 milyardlıq iş

20-02-2019, 09:14 - Azərbaycanın Dövlət Gerbindən istifadə qaydalarını müəyyən edən yeni qanun qəbul edildi

18-02-2019, 18:05 - Habil Vəliyevin anasının Prezidentə ürək parçalayan müraciəti…

18-02-2019, 11:03 - “Azərbaycanda nəinki bələdiyyə institutu, heç texnikumu da yoxdur” - Müqəddəs Mehdiyev

14-02-2019, 16:24 - Azərbaycanda DYP tələbəyə “avtobus sürücüsü” adı ilə 5 müxtəlif cərimə yazdı - FOTOLAR

14-02-2019, 10:54 - Azərbaycanda 17 min cəriməsi olan sürücülər var- ŞOK FAKT

12-02-2019, 09:59 - İpoteka Fondu ilə banklar arasında qalmaqal – Fondun rəhbərliyilə bağlı ŞOK iddialar…

11-02-2019, 11:26 - Ramil Usubov bu rayona rəis müavini TƏYİN ETDİ

11-02-2019, 11:20 - Qaradağ rayon 4 saylı uşaq xəstəxanasında “bazar qaydaları” dəhşətli görüntülər - VİDEO FOTO

8-02-2019, 18:21 - Bir xəyanətin hekayəsi... - Yaxud Orduxanlarla Aynur Camalı nə və ya kimlər bağlayır?!

7-02-2019, 21:02 - Respublika Klinik Xəstəxanasında ciddi qanun pozuntuları... - VİDEOFAKT

7-02-2019, 10:20 - Yasamal Bələdiyyəsində yaşananlar: Zakir Cəfərov qurumu dolandırmağı bacarmır

6-02-2019, 11:47 - “Əzizbəy KM” -MMC vətəndaşın 77000 min manatını mənimsəyərək onu evsiz qoyub - VİDEO

5-02-2019, 11:29 - Azərbaycanın "şanlı" məmuru Saleh Məmmədovun 22 yaşlı milyoner oğlu - FOTOFAKT

5-02-2019, 08:48 - “Metalistlər” ölkə başçısına necə yalan danışırlar? - Müstəqilliyimizə endirilmiş dəmir yumruq

4-02-2019, 09:43 - “Azərsu”ya qarşı şok iddia: “20 ədəd kanalizasiya quyusunun əvəzinə, cəmi 5 ədəd…” - VİDEO

4-02-2019, 08:59 - Adı MTN işində hallanan klinika rəhbəri TƏBİB-ə sədr gətirilir…

4-02-2019, 08:57 - KİVDF qərarını geri oxuyur – qəzetlərin maliyyələşməsi davam edəcək

Təhsil naziri 14 il bundan əvvəl vətəndaşa verilmiş saxta diplomu ləğv etdi

Tarix:28-06-2018, 12:50 Baxış Sayı:256

Təhsil naziri 14 il bundan əvvəl vətəndaşa verilmiş saxta diplomu ləğv etdi

Təhsil naziri vətəndaşa verilən saxta diplomun ləğv olunması ilə bağlı əmr imzalayıb.

Təhsil naziri Ceyhun Bayramov vətəndaş Nəbiyeva (Zeynalova) Leyla Rauf qızına verilən saxta diplomun ləğv olunması və onun yeni diplomla təmin edilməsi ilə bağlı əmr imzalayıb.

İnterpress.az xəbər verir ki, nazirin vətəndaşa yeni diplom blankının verilməsi barədə imzaladığı əmrə əsasən, Təhsil Nazirliyi tərəfindən Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialına Nəbiyeva (Zeynalova) Leyla Rauf qızının adına yazılması üçün verilən, lakin başqa şəxsin adına yazılan B seriyalı 020724 nömrəli diplom etibarsız hesab edilib.

Eyni zamanda, AMİ-nin Qazax filialı tərəfindən Nəbiyeva (Zeynalova) Leyla Rauf qızına verilmiş B seriyalı 042889 nömrəli diplom da ləğv edilib.

Nazirliyin məxfi və dövlət nümunəli sənədlərlə iş sektoruna Nəbiyeva (Zeynalova) Leyla Rauf qızının adına yazılması üçün yeni dövlət nümunəli diplom blankı ayrılması tapşırılıb. Bundan başqa, Bakı Dövlət Universitetinin Qazax filialı (V.Əfəndiyev) diplom blankının müvafiq qaydada doldurulmasını və Nəbiyeva (Zeynalova) Leyla Rauf qızına verilməsini təmin edəcək.

Əmrin icrasına nəzarət Aparat rəhbərinə həvalə edilib.

Qeyd edək ki, Nəbiyeva (Zeynalova) Leyla Rauf qızı 2000/2001-ci tədris ilində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (indiki Dövlət İmtahan Mərkəzi) tərəfindən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulla bağlı keçirilmiş test imtahanında iştirak edərək Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Qazax filialının “İbtidai təhsilin pedaqogika və metodikası” ixtisasına əyani (dövlət sifarişi üzrə) təhsilalma forması üzrə qəbul olunub. 2004-cü ildə həmin müəssisədən məzun olmuş Nəbiyeva (Zeynalova) Leyla Rauf qızının adına yazılması üçün Azərbaycan Respublikası Təhsil Nazirliyindən B seriyalı 020724 nömrəli diplom blankı verilib, lakin AMİ-nin Qazax filialı tərəfindən həmin diplom başqa şəxsin adına yazılıb. Nəbiyeva (Zeynalova) Leyla Rauf qızına isə hüquqi əsası olmayan B seriyalı 042889 nömrəli diplom təqdim olunub.

XƏBƏR LENTİ