Anons

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

30-03-2018, 14:27 - Bakı Gömrük İdarəsinin rəisi, gömrük generalı Vusal Novruzov rəhbərlik etdiyi sahədə ən kiçik çatışmamazlığa...

19-03-2018, 08:28 - İctimai vəkil Koroğlu MMC-in qondarma ittihamı ilə bağlı ölkə başçısına müraciət etdi

13-03-2018, 17:35 - Sumqayıtda milyonlar hara və kimlərin cibinə gedir?

10-03-2018, 20:11 - AQC-nin yeni sədri Nüsrət İbrahimov seçilib

10-03-2018, 18:24 - Zərrabçılar Qeyri Hökümət Təşkilatını ələ keçirdi - Aynur Camalqızının QHT missiyası nədir...?

7-03-2018, 15:58 - Çılpaq qadınların fotolarını çəkdi - Səbəbinə inanmayacaqsız + VİDEO

28-02-2018, 11:22 - Dövlət orqanlarının Qaynar xətt nömrələri

19-02-2018, 16:02 - Səlim Müslümovun intihara sürükləyən ‘‘VEMTAS’’ sistemi - Ağsu rayon sakinlərinin çıxılmaz sosial durumu

17-02-2018, 23:34 - DTX-dan əməliyyat: "Rəis" tutuldu

5-02-2018, 08:42 - ''Azərbaycan Avtomobil Yolları'' Dövlət Agentliyi Babək prospektində Ziya Məmmədovun ənənəsini davam edir...VİDEO/FOTO

31-01-2018, 00:31 - Qəssab köməkçisi necə restoranlar sahibi oldu?

“British Council” təşkilatı turizm sənayesi üzrə peşə təhsili alan şagirdlərin iş imkanlarını genişləndirməkdədir

Tarix:3-07-2018, 12:32 Baxış Sayı:43

“British Council” təşkilatı turizm sənayesi üzrə peşə təhsili alan şagirdlərin iş imkanlarını genişləndirməkdədir


“British Council” təşkilatı və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən turizm sənayesi, turizm-xidmət sahələrində kadrların təkmilləşdirilməsi, iş üzrə təcrübəyə əsaslanan proqram həyata keçirilib. Bir il müddətində reallaşdırılan proqramın nəticəsinə əsasən, iştirakçı 180 şagirdin bir çoxu artıq otellərdən iş təklifləri alıb. 2017-2018-ci akademik tədris ili uğurla başa çatan proqramın məzunları sertifikatlarla təltif ediliblər.

“British Council” təşkilatından AZƏRTAC-a bildirilib ki, 2017-2018-ci akademik tədris ilində Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi, İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Gəncə Dövlət Peşə Təhsili Mərkəzi və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində uğurla həyata keçirilən proqram aşpaz, oteldə konsiyerj və təsərrüfat işləri üzrə ixtisasları əhatə edib.

Proqram çərçivəsində Birləşmiş Krallığın “People 1st” təşkilatı tərəfindən oteldə konsiyerj, təsərrüfat işləri üzrə nəzarətçi və aşpaz ixtisasları üzrə yeni tədris materialları hazırlanıb. Bakı və regionlardan 22 müəllim qurum tərəfindən təşkil olunan təlimləri müvəffəqiyyətlə başa vurub.

Sənaye üzrə təcrübə proqramlarının turizm sektorunun davamlı inkişafı üçün xüsusi əhəmiyyət daşıması baxımından, Azərbaycandakı aparıcı 23 otel bu təşəbbüsün reallaşmasına dəstək göstəriblər. Otellər şagirdləri proqramın ilk günlərindən etibarən iş üzrə təcürbəyə cəlb edilməsinə razılıq verib. Məktəblilər bu tipli təcrübəni proqramın ən dəyərli və həvəsləndirici hissəsi olduğunu bildiriblər.

Proqramın nəticəsi olaraq, Azərbaycanda aidiyyəti sahə üzrə yüksək motivasiyalı təlimçilər hazırlanıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyi və otellər ilə birgə razılaşmaya əsasən, 2018-2019-cu akademik tədris ilində proqramın Bakı və regionlardakı turizm üzrə ixtisaslaşmış peşə təhsili müəssisələrinə tətbiqi nəzərdə tutulur. Proqrama qatılmaq istəyənlər üçün sənəd qəbulu avqustda başlanacaq.

XƏBƏR LENTİ