Anons

14-03-2019, 11:41 - Yaşıl Dərə sakinlər mavi yanacaqdan əziyyət çəkir - VİDEO

13-03-2019, 21:01 - “Sədərək” rəhbərliyi yetimin qazancına göz dikib - BİABIRÇILIQ

13-03-2019, 20:56 - DYP özbaşnalığı barədə aidiyyəti şəxslərə müraciət !!!

12-03-2019, 18:02 - Həqiqət Abdullayeva şəhər rəhbərliyi ilə münasibətlərini romantik hind filmi sujeti müstəvisində təqdim edir

11-03-2019, 14:24 - Gömrükdə “sahibkarlara anbar tələsi” - “Boşalt-yığ” əməliyyatından yığılan milyonlar…

11-03-2019, 11:32 - Təbrik edirik cənab General!

11-03-2019, 10:55 - “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədovun göstərişidir, bütün şamaxılılar işdən azad edilsinlər”-VİDEO

27-02-2019, 10:07 - Salzburqda Xocalı şəhidləri anıldı

26-02-2019, 09:10 - Ermənilərin Qarabağda girov götürdükləri ruslar başlarına gətirilən müsibətləri danışırlar

25-02-2019, 15:28 - Nəsimiyə həsr olunan rəsm müsabiqəsi elan edildi - Mükafat 10 min manat

21-02-2019, 12:06 - Pulu saymağa 4 işçi ayrılıbmış… - 5,5 milyardlıq iş

20-02-2019, 09:14 - Azərbaycanın Dövlət Gerbindən istifadə qaydalarını müəyyən edən yeni qanun qəbul edildi

18-02-2019, 18:05 - Habil Vəliyevin anasının Prezidentə ürək parçalayan müraciəti…

18-02-2019, 11:03 - “Azərbaycanda nəinki bələdiyyə institutu, heç texnikumu da yoxdur” - Müqəddəs Mehdiyev

14-02-2019, 16:24 - Azərbaycanda DYP tələbəyə “avtobus sürücüsü” adı ilə 5 müxtəlif cərimə yazdı - FOTOLAR

14-02-2019, 10:54 - Azərbaycanda 17 min cəriməsi olan sürücülər var- ŞOK FAKT

12-02-2019, 09:59 - İpoteka Fondu ilə banklar arasında qalmaqal – Fondun rəhbərliyilə bağlı ŞOK iddialar…

11-02-2019, 11:26 - Ramil Usubov bu rayona rəis müavini TƏYİN ETDİ

11-02-2019, 11:20 - Qaradağ rayon 4 saylı uşaq xəstəxanasında “bazar qaydaları” dəhşətli görüntülər - VİDEO FOTO

8-02-2019, 18:21 - Bir xəyanətin hekayəsi... - Yaxud Orduxanlarla Aynur Camalı nə və ya kimlər bağlayır?!

7-02-2019, 21:02 - Respublika Klinik Xəstəxanasında ciddi qanun pozuntuları... - VİDEOFAKT

7-02-2019, 10:20 - Yasamal Bələdiyyəsində yaşananlar: Zakir Cəfərov qurumu dolandırmağı bacarmır

6-02-2019, 11:47 - “Əzizbəy KM” -MMC vətəndaşın 77000 min manatını mənimsəyərək onu evsiz qoyub - VİDEO

5-02-2019, 11:29 - Azərbaycanın "şanlı" məmuru Saleh Məmmədovun 22 yaşlı milyoner oğlu - FOTOFAKT

5-02-2019, 08:48 - “Metalistlər” ölkə başçısına necə yalan danışırlar? - Müstəqilliyimizə endirilmiş dəmir yumruq

4-02-2019, 09:43 - “Azərsu”ya qarşı şok iddia: “20 ədəd kanalizasiya quyusunun əvəzinə, cəmi 5 ədəd…” - VİDEO

4-02-2019, 08:59 - Adı MTN işində hallanan klinika rəhbəri TƏBİB-ə sədr gətirilir…

4-02-2019, 08:57 - KİVDF qərarını geri oxuyur – qəzetlərin maliyyələşməsi davam edəcək

Beyləqanda “daşdan pul çıxarma” üsulu: Şükür Aslanovla Füzuli Quliyevin çinqıl əməliyyatı

Tarix:4-07-2018, 12:09 Baxış Sayı:363

Beyləqanda “daşdan pul çıxarma” üsulu: Şükür Aslanovla Füzuli Quliyevin çinqıl əməliyyatı

Beyləqan və İmişli kəndlərinin bərbad yolarına çınqıl tökülür və yollar nisbətən gediş-gəliş üçün rahatlaşdırılır. Əlbəttə ki, buna görə "Azəravtoyol” ASC-nin 6 saylı İmişli Yol İdarəsini və 37 saylı Beyləqan Yol İstismar İdarəsini ancaq alqışlamaq olar.

Amma cumhuriyyet.az yerli mediada yayılan məlumatlara əsasən bildirir ki, bizim məmurların "daşdan da pul çıxarmaqda” və paralel olaraq dövlət büdcəsini talamaqda tayı bərabəri olmaması bu prosesdə də özünü göstərib. Beləki, Beyləqan və İmişli kəndlərinin bərbad yolarına çınqıl tökülməsində də eyni vəziyyət müşaiyyət olunmaqdadır. Yenə heç kimin gözləmidiyi bir yerdən bizim məmurlarımız 100 minləri dövlət büdcəsindən çıxarıb öz ciblərinə qoymağı başarırlar.

Bununla bağlı Beyləqandan mediaya daxil olan məlumata görə 6 saylı Yol İdarəsinin müdiri Şükür Aslanovla 37 saylı Yol İstismar İdarəsinin müdiri Füzuli Quliyev əlbir olub "daşdan pul çıxarmağı” (burda konkret olaraq çınqıldan), həm də böyük pul çıxarmağı asanlıqla başarıblar və bu məmurlar dövlətə həm də iki tərəfli ziyan vururlar. Belə ki, cumhuriyyet.az yayılan məlumatlara istinadən bildirir ki, Beyləqan və İmişli kəndlərinin yollarına çınqıl tökən Şükür Aslanov və Füzuli Quliyev çınqılı qanunsuz olaraq Beyləqanın Daşburun deyilən ərazisindən daşıyırlar. Məsələ ondadır ki, sözü keçən çınqıl karyeri heç bir yerdə qeydiyyatdan keçməyib və qanunsuz fəaliyyət göstərir. Şükür Aslanov və Füzuli Quliyev çınqıl üçün bir qəpik belə xərcləmədən həmin karyerdən hər gün onlarla maşın çınqıl daşıyırlar. Təbii ki, sənədlərdə çınqıl pulla alınır və ayrılan vəsaitdən güya çınqıl üçün pul xərclənir. Əslində isə çınqıl üçün ayrılan dövlət pulları Şükür Aslanovla Füzuli Quliyevin cibinə transfer olunur. Etiraf etməliyik ki, dövlət büdcəsini talamaq və "daşdan pul çıxarıb” cib doldurmaq üçün yaxşı üsuldur…

Maraqlıdır ki, ölkənin təbii ehtiyyatları qanunsuz olaraq Ekologiya və Təbii Sərvətlər Nazirlinin və Fövqıladı Hallar Nazirliyinin Beyləqan təmsilçilərinin gözləri qarşısında baş verir. Onlar sakitcə və sükutla hər gün ölkənin təbii sərvətlərinin necə talan olunmasını seyr edirlər və böyük ehtimalla bundan da karlı çıxırlar.

Bu arada cumhuriyyet.az olaraq xatırladaq ki, "Azəravtoyol” ASC-nin 6 saylı yol idarəsinin müdiri Şükür Aslanov Aran zonasında ən imkanlı məmur kimi tanınır. Bir neçə gün öncə isə İmişlidə Şükür Aslanova məxsus karyerdə işləyən işçinin ölməsi barədə ölkə mətbuatında məlumatlar yayılıb. Həmin məlumatlarda vurğulanırdı ki, qəza nəticəsində ölən fəhlə elə gecəykən basdırılıb və məsələ hüquq mühafizə orqanlarından gizlədilməyə çalışılıb. Ancaq məsələnin üstü açılıb və hazırda Şükür Aslanovun karyeri hüquq mühafizə orqanları tərəfindən bağlanılıb.

XƏBƏR LENTİ