Anons

14-02-2019, 16:24 - Azərbaycanda DYP tələbəyə “avtobus sürücüsü” adı ilə 5 müxtəlif cərimə yazdı - FOTOLAR

14-02-2019, 10:54 - Azərbaycanda 17 min cəriməsi olan sürücülər var- ŞOK FAKT

12-02-2019, 09:59 - İpoteka Fondu ilə banklar arasında qalmaqal – Fondun rəhbərliyilə bağlı ŞOK iddialar…

11-02-2019, 11:26 - Ramil Usubov bu rayona rəis müavini TƏYİN ETDİ

11-02-2019, 11:20 - Qaradağ rayon 4 saylı uşaq xəstəxanasında “bazar qaydaları” dəhşətli görüntülər - VİDEO FOTO

8-02-2019, 18:21 - Bir xəyanətin hekayəsi... - Yaxud Orduxanlarla Aynur Camalı nə və ya kimlər bağlayır?!

7-02-2019, 21:02 - Respublika Klinik Xəstəxanasında ciddi qanun pozuntuları... - VİDEOFAKT

7-02-2019, 10:20 - Yasamal Bələdiyyəsində yaşananlar: Zakir Cəfərov qurumu dolandırmağı bacarmır

6-02-2019, 11:47 - “Əzizbəy KM” -MMC vətəndaşın 77000 min manatını mənimsəyərək onu evsiz qoyub - VİDEO

5-02-2019, 11:29 - Azərbaycanın "şanlı" məmuru Saleh Məmmədovun 22 yaşlı milyoner oğlu - FOTOFAKT

5-02-2019, 08:48 - “Metalistlər” ölkə başçısına necə yalan danışırlar? - Müstəqilliyimizə endirilmiş dəmir yumruq

4-02-2019, 09:43 - “Azərsu”ya qarşı şok iddia: “20 ədəd kanalizasiya quyusunun əvəzinə, cəmi 5 ədəd…” - VİDEO

4-02-2019, 08:59 - Adı MTN işində hallanan klinika rəhbəri TƏBİB-ə sədr gətirilir…

4-02-2019, 08:57 - KİVDF qərarını geri oxuyur – qəzetlərin maliyyələşməsi davam edəcək

31-01-2019, 20:10 - Vətəndaşın talandığı məkan – Müşfiq Rəhimovun rəhbərlik etdiyi QİŞ

28-01-2019, 16:22 - Polis tərəfindən təqib edildiyini iddia edən vətəndaş ABŞ şəfirliyinə müraciət edib

15-01-2019, 16:56 - Hakimlər Qarabağ qazisini intihara sürükləyir...? - Saxta sənəd hazırlayan...

9-01-2019, 12:38 - Baş prokuror Zakir Qaralov 6 rayonun sakinlərini qəbul edəcək- Şamaxıda

8-01-2019, 13:25 - BAŞ HƏKİM ŞƏLALƏ SƏFƏROVA XƏSTƏNİ İNTİHAR HƏDDİNƏ ÇATDIRIB...?

29-11-2018, 10:42 - Hadı Rəcəbli yenə dilinin bəlasına düşüb - “143 manata normal bir ay yaşamaq olar”

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

Fuad Muradov da bacarmadı... - Görünəni odur ki, bacarmayacaq da...

Tarix:10-07-2018, 16:42 Baxış Sayı:1 535

Fuad Muradov da bacarmadı... - Görünəni odur ki, bacarmayacaq da...

Bu günə qədər Azərbaycan dövləti xaricdə formalaşdırılan diaspor təşkilatlarından yararlana bilməyib
Amma bunun əksinə olaraq, diaspor təşkilatlarının rəhbərləri, onlara yaxın olan şəxslər Azərbaycandan və Azərbaycan dövlətinin imkanlarından maksimum faydalanırlar və diaspor təşkilatları yaratdıqda əsas məqsəd də elə bundan ibarət olur.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimov vəzifəsindən kənarlaşdırılarkən ona qarşı səsləndirilən əsas ittihamlardan biri büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi idi. Ümumiyyətlə, Azərbaycan diasporunun köklü problemləri var ki, nə Nazim İbrahimov, nə də hələlik yeni işə başlayan Fuad Muradov bu problemləri ya görmürlər, ya da görməməzlikdən gəlirlər.

Azərbaycan diasporunun ən böyük və təməl problemlərindən biri xaricdə fəaliyyət göstərən diaspor təşkilatların ələbaxımlılığıdır. Yəni xaricdəki diaspor təşkilatlara görə onlar Azərbaycan dövlətinin maraqları üçün deyil, Azərbaycan dövləti onlarım maraqları üçün çalışmalıdır. Təbii ki, bu prinsipi Fuad Muradov yaratmayıb. Sələfi Nazim İbrahimov diasporun fəaliyyətinə özünün və ona yaxın olan insanların maraqları çərçivəsində yanaşdığına görə belə bir mənzərə ortaya çıxıb. Hazırkı mənzərə isə bundan ibarətdir ki, xaricdəki diaspor təşkilatları faktiki olaraq Azərbaycan dövlətinin büdcə vəsaitləri hesabına fəaliyyət göstəirlər. Əgər buna fəaliyyət demək mümkündürsə. Çünki onların fəaliyyəti bu günə qədər hansısa Avropa şəhərində, yaxud Bakıda toplaşıb iclas keçirməklə çərçivələnib və çox təəssüf hissi ilə qeyd etməliyik ki, Bakının pullarını yeyən diaspor təşkilatlarımız barmaqlarını yumub deyə bilməzlər ki, onlar filan ölkədə Azərbaycanın maraqlarını qoruya və bu maraqların lobbiçiliyini edə biliblər. Əgər bir lobbiçilik olubsa belə, əhəmiyyətsiz və nəticəsiz olub. Sadəcə, Azərbaycan xalqının pulları xərclənib və hansısa əhəmiyyətsiz tədbir Azərbaycan mətbuatında işıqlandırılıb.

Diqqət edin, Azərbaycan mətbuatında... Yəni bu tədbirlərin hədəfi doğrudanmı Azərbaycan cəmiyyətidir? Tədbirin keçirildiyi ölkələrdə isə bu tədbirlər və lobbiçilik fəaliyyətləri görünməz olaraq qalır. Ətraflarına topladıqları adamlar da elə bir- iki azərbaycanlı və türkiyəli olur. Yəni xaricdəki yerli media qurluşlarında belə tədbirlər ya işıqlanmır, ya da bloq səviyyəsində olan media qurumlarında əks olunur ki, bu da hədəfə çatmır.

Əslində isə bizim xaricdəki diaspor təşkilatlarımızın hədəfi heç xarici ölkələrin ictimaiyyəti və dövlət xadimləri də deyil. Onların hədəfi elə Azərbaycan cəmiyyətidir. Bu yolla onlar belə bir illuziya yaradırlar ki, güya Azərbaycanın maraqları uğrunda çalışırlar. Halbuki həmin tədbirlərin böyük əksəriyyətinin xərclərini Azərbaycan dövləti çəkir və həmin şəxlər özlərini Azərbaycanda reklam edir, hətta bəziləri özlərini qəhraman kimi də təqdim edirlər. Üstəlik həm Azərbaycanda özlərinin bizneslərini inkişaf etdirirlər, həm də Azərbaycan səfirlikləri vasitəsi ilə xaricdəki bizneslərini və əlaqələrini genişləndirirlər.

Yəni qısası, bu günə qədər Azərbaycan dövləti xaricdə formalaşdırılan diaspor təşkilatlarından yararlana bilməyib. Amma bunun əksinə olaraq, diaspor təşkilatlarının rəhbərləri, onlara yaxın olan şəxslər Azərbaycandan və Azərbaycan dövlətinin imkanlarından maksimum faydalanırlar və diaspor təşkilatları yaratdıqda əsas məqsəd də elə bundan ibarət olur. Ortada isə dövlətin “həm iti, həm də ipi gedir”. Və ortaya çox gülünc bir mənzərə çıxır.

Bir daha qeyd edirik ki, bu gülünc və tamamilə korrupsiyalaşmış sistemi Fuad Muradov deyil, Nazim İbrahimov yaradıb. Amma Fuad Muradovdan gözlənilən o idi ki, o bu sistemi dağıdacaq və doğrudan vətənpərvər insanlardan ibarət, malı ilə, canı ilə Azərbaycanın maraqlarını xaricdə qoruyacaq diaspor təşkilatlar formalaşdırmaq üçün qollarını çırmalayacaq. Lakin aradan keçən iki aydan artıq müddətdə Fuad Muradovun fəaliyyətinə baxılarsa, bu fəaliyyət demək olar ki, Nazim İbrahimovun fəaliyyətindən fərqlənmir.

Qeyd edək ki, deputat Fuad Muradovun əvvəllər diasporla bağlı ciddi nəticələrə söykənən fəaliyyəti qeydə alınmasa da, ümumiyyətlə bu sahədən uzaq adam olsa da, hər halda, dövlət başçısının etimadını doğruldacağına, ən azından əvvəlki rəhbərliyin buraxdığı səhvləri buraxmayacağına, xüsusilə də büdcədən diasporla iş üçün ayrılmış vəsaitləri doğru-düzgün xərcləyə biləcəyinə ümidlər yaranmışdı. Ən azından Azərbaycan dövlətinin pulları ayrı-ayrı şəxslərin maraqları üçün küləyə sovrulmasının qarşının alınması üçün bu müddətdə yeni fəaliyyət sistemi hazırlanmalıydı. Lakin cənab Muradov təyinatından iki ay sonra ictimaiyyət qarşısına çıxdığı “proje” ilə xəyalları suya saldı. Dövlət bu məmura etimad göstərib külli miqdarda vəsaiti ixtiyarına verir ki, Azərbaycan diasporu ilə işə yeni nəfəs verilsin, ancaq bunun əvəzinə Fuad Muradov həmin pulları şəxsi PR-ı üçün xərcləməyə başlayıb. Söhbət bir neçə gün əvvəl Komitə sədrinin hakimiyyətə yaxın baş redaktorlara verdiyi qonaqlıqdan gedir.

Lüks bir restoranda verilən qonaqlıq üçün xeyli vəsaitin xərcləndiyi bildirilir. Qeyd edək ki, bu tədbir Bulvar Otelin restoranında keçirilib və Azərbaycanın ən bahalı restoranlarından biri olan Bulvar Otelin restoranında bir nəfərlik menyu 200 AZN-dən yuxarıdır.

Məlumatsız oxucuların diqqətinə çatdıraq ki, dövlət büdcəsindən Diasporla İş üzrə Dövlət Komitəsinə vəsait ayrılarkən daxili PR üçün xərclər nəzərdə tutulmayıb. Belə olan halda, Fuad Muradovun şəxsi, yaxud başçılıq etdiyi qurumun PR-ı üçün Komitənin büdcəsindən vəsait xərcləməsi qanuna ziddir və bu da bir daha onu göstərir ki, Fuad Muradov da sələfi Nazim İbrahimov kimi dövlətin pullarını “hava balonları üfürməyə” sərf edir və əhəmiyyətsiz PR-la məşğul olur. Bu tədbirin adını nə qoyulursa-qoyulsun, həmin addım PR-a, KİV rəhbərlərindən Fuad Muradovun özü üçün media dəstəyi alınmasına yönəlib. Bunun başqa adı yoxdur.
Həmin banket, həmçinin Fuad Muradovun populist çıxışı ilə yadda qalıb. Disaporla İş üzrə Dövlət Komitəsinin sədri səhər yeməyində çıxış edərkən erməni diasporasına xəbərdarlıq etməyi də unutmayıb. Çıxışında Fuad Muradaov bildirib ki: “yaxın günlərdə ermənilərə ciddi zərbə endirəcək”. Daha sonra sözlərini davam etdirən komitə sədri vurğulayıb ki, qoy erməni diasporu hazır olsun. Artıq bizim bütün istiqamətlərdə Azərbaycan diasporunda birləşmə prosesi gedir və erməni diasporu hazır olmalıdır ki, bu illər ərzində öz çirkin fəaliyyətlərinin qarşısının alınmasını görəcəklər. Biz onların təxribatlarını bilirik, onlar çalışırlar ki, müxtəlif işlər həyata keçirsinlər. Diaspor təşkilatlarının birləşərək milli məqsədlərə çatmaları fəaliyyətində Diasporla iş üzrə Dövlət Komitəsi onların yanında olacaq.
Nə deyək?.. Təki Fuad Muradovun dedikləri çin olsun. Fuad Muradovun özünün də dediyi kimi, yaxın zamanda görəcəyik...

P.S. Amma Fuad Muradovun Bakıdan, Bulvar Oteldən ermənilərə zərbə vurması bir az inandırıcı görünmür. Oxuculara xatırladaq ki, elə Nazim İbrahimov da fəaliyyətə jurnalistlərlə “dostluqla” başlamışdı. Daha sonra isə tez-tez qurultaylar edib erməniləri “asıb kəsirdi”. Nəticəsi də ortalıqdadır...
Fuad Muradov da bacarmadı... - Görünəni odur ki, bacarmayacaq da...

pia.az

XƏBƏR LENTİ