Anons

14-03-2019, 11:41 - Yaşıl Dərə sakinlər mavi yanacaqdan əziyyət çəkir - VİDEO

13-03-2019, 21:01 - “Sədərək” rəhbərliyi yetimin qazancına göz dikib - BİABIRÇILIQ

13-03-2019, 20:56 - DYP özbaşnalığı barədə aidiyyəti şəxslərə müraciət !!!

12-03-2019, 18:02 - Həqiqət Abdullayeva şəhər rəhbərliyi ilə münasibətlərini romantik hind filmi sujeti müstəvisində təqdim edir

11-03-2019, 14:24 - Gömrükdə “sahibkarlara anbar tələsi” - “Boşalt-yığ” əməliyyatından yığılan milyonlar…

11-03-2019, 11:32 - Təbrik edirik cənab General!

11-03-2019, 10:55 - “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədovun göstərişidir, bütün şamaxılılar işdən azad edilsinlər”-VİDEO

27-02-2019, 10:07 - Salzburqda Xocalı şəhidləri anıldı

26-02-2019, 09:10 - Ermənilərin Qarabağda girov götürdükləri ruslar başlarına gətirilən müsibətləri danışırlar

25-02-2019, 15:28 - Nəsimiyə həsr olunan rəsm müsabiqəsi elan edildi - Mükafat 10 min manat

21-02-2019, 12:06 - Pulu saymağa 4 işçi ayrılıbmış… - 5,5 milyardlıq iş

20-02-2019, 09:14 - Azərbaycanın Dövlət Gerbindən istifadə qaydalarını müəyyən edən yeni qanun qəbul edildi

18-02-2019, 18:05 - Habil Vəliyevin anasının Prezidentə ürək parçalayan müraciəti…

18-02-2019, 11:03 - “Azərbaycanda nəinki bələdiyyə institutu, heç texnikumu da yoxdur” - Müqəddəs Mehdiyev

14-02-2019, 16:24 - Azərbaycanda DYP tələbəyə “avtobus sürücüsü” adı ilə 5 müxtəlif cərimə yazdı - FOTOLAR

14-02-2019, 10:54 - Azərbaycanda 17 min cəriməsi olan sürücülər var- ŞOK FAKT

12-02-2019, 09:59 - İpoteka Fondu ilə banklar arasında qalmaqal – Fondun rəhbərliyilə bağlı ŞOK iddialar…

11-02-2019, 11:26 - Ramil Usubov bu rayona rəis müavini TƏYİN ETDİ

11-02-2019, 11:20 - Qaradağ rayon 4 saylı uşaq xəstəxanasında “bazar qaydaları” dəhşətli görüntülər - VİDEO FOTO

8-02-2019, 18:21 - Bir xəyanətin hekayəsi... - Yaxud Orduxanlarla Aynur Camalı nə və ya kimlər bağlayır?!

7-02-2019, 21:02 - Respublika Klinik Xəstəxanasında ciddi qanun pozuntuları... - VİDEOFAKT

7-02-2019, 10:20 - Yasamal Bələdiyyəsində yaşananlar: Zakir Cəfərov qurumu dolandırmağı bacarmır

6-02-2019, 11:47 - “Əzizbəy KM” -MMC vətəndaşın 77000 min manatını mənimsəyərək onu evsiz qoyub - VİDEO

5-02-2019, 11:29 - Azərbaycanın "şanlı" məmuru Saleh Məmmədovun 22 yaşlı milyoner oğlu - FOTOFAKT

5-02-2019, 08:48 - “Metalistlər” ölkə başçısına necə yalan danışırlar? - Müstəqilliyimizə endirilmiş dəmir yumruq

4-02-2019, 09:43 - “Azərsu”ya qarşı şok iddia: “20 ədəd kanalizasiya quyusunun əvəzinə, cəmi 5 ədəd…” - VİDEO

4-02-2019, 08:59 - Adı MTN işində hallanan klinika rəhbəri TƏBİB-ə sədr gətirilir…

4-02-2019, 08:57 - KİVDF qərarını geri oxuyur – qəzetlərin maliyyələşməsi davam edəcək

"BakuBus" avtobusları dayanacaqlarda sərnişinləri gözləmir? - İradlar və cavablar

Tarix:11-07-2018, 11:03 Baxış Sayı:175

"BakuBus" avtobusları dayanacaqlarda sərnişinləri gözləmir? - İradlar və cavablar

Ayrı-ayrı vaxtlarda bir neçə şəxs Milli.Az-a məktub ünvanlayaraq "BakuBus" MMC-nin avtobusları ilə bağlı, daha doğrusu, onların sürücülərindən şikayət ediblər.

Şikayətlərin ümumi məğzi belədir ki, sərnişinlər "BakuBus" avtobuslarının dayanacaqlarda çox az dayanmasından narazıdırlar. Onların sözlərinə görə, xüsusən yay vaxtı sürücülər qapıları 3-4 saniyə açar-açmaz bağlayır və sürüb gedirlər. Nəticədə dayanacağın 3 addımlığında olan, hətta dayanacaqda avtobusa çatıb qapını döyəcləyən şəxslər qapı arxasında qalmalı olurlar. Bəzi sürücülər bunu avtobusda kondisionerin işləməsi və çöldə havanın çox isti olması ilə izah edirlər.

Sərnişinlər qeyd edirlər ki, Nazirlər Kabinetinin qəbul etdiyi qaydalara görə, avtobusların dayanacaqlarda dayanması üçün minimum və maksimum vaxt müəyyənləşdirilib. Lakin "BakuBus" avtobuslarının bəzi sürücüləri bu qaydalara riayət etmir və sadəcə öz rahatlığını düşünürlər. Nəticədə sadə vətəndaşlar xüsusən yayda qızmar isti, qışda isə şaxtalı, soyuq havalarda əziyyət çəkməli olur, süni şəkildə əlavə vaxt itkisinə məruz qalırlar.

Onlar "BakuBus" avtobuslarının dayanacaqlarda dayanma-durma qaydaları, gözləmə müddəti ilə məsələyə aydınlıq gətirilməsini və belə xoşagəlməz hallar baş verdiyi təqdirdə hara və necə müraciət edə biləcəkləri barədə dəqiq məlumat istəyiblər.

Bununla bağlı Milli.Az-ın soruğuna cavab olaraq məsələyə aydınlıq gətirən "Bakubus" MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qabil Babayev bildirib ki, "BakuBus" avtobuslarının dayanacaqlarda dayanması ilə bağlı konkret vaxt yoxdur:

""BakuBus" MMC-yə məxsus avtobuslar sərnişinlərin nəqliyyat vasitəsini tərk etdiyi və daxil olduğu müddətdə dayanacaqlarda dayanır. Belə ki, avtobus dayanacaqda dayandıqda əvvəlcə orta və arxa qapılar açılır və sərnişinlər nəqliyyat vasitəsini tərk edirlər. Sonra avtobusun ön qapısı açılır və sərnişinlər nəqliyyat vasitəsinə daxil olurlar. Bu proses tam başa çatdıqdan sonra avtobuslar hərəkətini davam etdirir.

Əgər avtobus dayanacağın ərazisində olduğu vaxt yaxınlıqdakı sərnişin ona əl edirsə və yaxud saxlamağı işarə edirsə, avtobus dayanır və onu gözləyir. Yox əgər avtobus dayanacaq ərazisini tərk edəndən sonra sərnişin avtobusun saxlanmasını istəyirsə, bu zaman avtobusu saxlamaq olmaz.

"BakuBus" MMC-yə məxsus avtobusların qapılarının dayanacaq ərazisindən kənarda açılması isə qadağandır. Həmçinin, sərnişinlərin sürücüdən hərəkətə başladıqdan sonra avtobusu dayanacaqdan kənarda saxlamağı tələb etməsi və nəqliyyat vasitəsinin qapısını vurması yolverilməzdir.

"BakuBus" MMC-yə məxsus avtobusların sonuncu dayanacaqda dayanma vaxtı isə daha uzunmüddətli olur.

Eyni zamanda əgər yer varsa, sürücü tərəfindən dayanacaqda olduğu müddətdə bütün sərnişinlərin avtobusa daxil olmasına şərait yaradılmalıdır".

Q.Babayev eyd edib ki, hər hansı sürücü bu qaydanı pozarsa, onun barəsində müvafiq tədbirlər nəzərdə tutulub: "Vətəndaşlardan da xahiş olunur ki, sürücü avtobusu dayanacaqda saxlamasa, qapıları açmasa, yer olduğu təqdirdə, dayanacaqda olan sərnişinlərin nəqliyyat vasitəsinə daxil olmasına şərait yaratmasa, "BakuBus" MMC-yə müraciət etsinlər".

Ümumiyyətlə, avtobusların dayanacaqlarda nə qədər dayanmalı olduğu məsələsinə Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev də aydınlıq gətirib.

Milli.Az-a açıqlamasında şöbə müdiri də bildirib ki, qaydalara görə, avtobusların adi dayanacaqlarda dayanması üçün konkret minimum və maksimum vaxt müəyyən edilməyib: "Avtobus dayanacağa yaxınlaşıb qapıları açır. Sərnişinlər tam düşüb-minəndən sonra sürüb getməlidir. Əgər son dayanacaqdırsa, onda daha çox gözləməli olur. Yəni avtobusların adi dayanacaqlarda dayanması üçün vaxt müəyyən edilməyib. Ola bilər ki, bu 30 saniyə çəksin, ola bilər 1 dəqiqə. Yəni az da ola bilər, çox da. Qapılar açılır, əgər düşən və minən yoxdursa, sürücü qapıları tez bağlayıb sürə bilər. Yəni bu məsələ sərnişin sıxlığına görə tənzimlənir".

XƏBƏR LENTİ