Anons

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

30-03-2018, 14:27 - Bakı Gömrük İdarəsinin rəisi, gömrük generalı Vusal Novruzov rəhbərlik etdiyi sahədə ən kiçik çatışmamazlığa...

19-03-2018, 08:28 - İctimai vəkil Koroğlu MMC-in qondarma ittihamı ilə bağlı ölkə başçısına müraciət etdi

13-03-2018, 17:35 - Sumqayıtda milyonlar hara və kimlərin cibinə gedir?

10-03-2018, 20:11 - AQC-nin yeni sədri Nüsrət İbrahimov seçilib

10-03-2018, 18:24 - Zərrabçılar Qeyri Hökümət Təşkilatını ələ keçirdi - Aynur Camalqızının QHT missiyası nədir...?

7-03-2018, 15:58 - Çılpaq qadınların fotolarını çəkdi - Səbəbinə inanmayacaqsız + VİDEO

28-02-2018, 11:22 - Dövlət orqanlarının Qaynar xətt nömrələri

19-02-2018, 16:02 - Səlim Müslümovun intihara sürükləyən ‘‘VEMTAS’’ sistemi - Ağsu rayon sakinlərinin çıxılmaz sosial durumu

17-02-2018, 23:34 - DTX-dan əməliyyat: "Rəis" tutuldu

5-02-2018, 08:42 - ''Azərbaycan Avtomobil Yolları'' Dövlət Agentliyi Babək prospektində Ziya Məmmədovun ənənəsini davam edir...VİDEO/FOTO

31-01-2018, 00:31 - Qəssab köməkçisi necə restoranlar sahibi oldu?

Dövlət Gömrük Komitəsi Prezidentin siyasətini sabotaj edir

Tarix:11-07-2018, 14:19 Baxış Sayı:798

Dövlət Gömrük Komitəsi Prezidentin siyasətini sabotaj edir


Ölkə Prezidenti cənab İlham Əliyevin iqtisadiyyatın uğurlu inkişafı üçün atdığı addımları bəzi dövlət məmurları sözün əsl mənasında sabotaj edirlər.

Cənab Prezidentin rəhbərliyi ilə keçirilən nazirlər kabinetinin son iclasında ölkə başçısı iş adamlarını daha aktiv olmağa və kreativ düşünməyə çağırdı. Lakin yuxarıda qeyd edildiyi kimi bir çox dövlət qurumları bu məsələnin qarşısına şlaqbaum qoyurlar.
Dövlət Gömrük Komitəsində baş verən hadisələr əslində məhz Prezident qərarına qarşı sanki düşünülmüş və planlı şəkildə həyata keçirilmiş məsələdir. Xatırladaq ki, Bakı Baş Gömrük İdarəsindəki kadr dəyişikliyindən sonra Avtonəqliyyat Baş Gömrük idarəsinin rəisi İsmayıl Hüseynovun bu quruma rəhbər təyin edilməsi sözün əsl mənasında sensasiya idi. Belə ki, Avtonəqliyyat Baş Gömrük idarəsində qiymət siyasətini öz “arzularına” uyğun formada tənzimləyən İsmayıl Hüseynovun Bakı Baş Gömrük İdarəsinə transferi, bu qurumda illərlə yaradılmış və sınaqdan çıxmış sadələşdirilmiş idarəçilik mexanizminin “bağlı qapılar” arxasına keçirilməsi ilə nəticələndi. Avtonəqliyyat Baş Gömrük idarəsində dövlət tərəfindən təchiz edilən qiymət müəyyənedici aparatlarının fəaliyyətsiz vəziyyətə gətirilməsi siyasəti, Bakı Baş Gömrük idarəsində “dəstəksiz qapılar” sindiromu ilə daha da inkişaf etdirildi. Lakin Dövlət Gömrük Komitəsinin rəhbərliyi bununla da kifayətlənmədi. DGK sanki dövlət başçısının ölkə iqtisadiyyatının inkişafı strategiyasının sabotajını prioritet vəzifə olaraq müəyyən edib. Belə ki, qısa zaman kəsimindən sonra İsmayıl Hüseynovun yeni görəvlə mükafatlandırılması bəzi qaranlıq mətləblərə bir daha nəzər salmağın məqsədəuyğunluğunu gündəmə gətirdi. Dövlət vəzifəsini qanunlara müvafiq deyil, şəxsi arzuları istiqamətində idarə edilməsi görəsən nədən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin xoşuna gəlib? Axı İsmayıl Hüseynov vətəndaşların, konkret desək sahibkarın incidilməsi prosesini iş prinsipi olaraq müəyyənləşdirib. Və onu da qeyd edək ki, cənab Prezidentin öncə insan amili siyasətində O, ilk olaraq məhz özünü xalqın birinci xidmətçisi adlandırıb. Əgər dövlət başçısı bu siyasətin müəyyənedicisi və tətbiqçisidirsə, görəsən nədən Səfər Mehdiyev Prezidentə asi çıxan məmuru bu qədər əzizləyir? Prezidentə qarşı çıxdığına görəmi? Lakin məsələ bununla da bitmir. Əgər İsmayıl Hüseynov Bakı Baş Gömrük İdarəsinə qısamüddətli rəhbərliyi zamanında sahibkarın ölkəyə idxal etdiyi məhsulun bazara çıxışı yasaqlanırdısa, onu əvəz edən Tovuz Gömrük idarəsinin rəisi Kənan Məmmədov isə idarənin keçid məntəqəsində əsl “probka” yaradıb. Və həmin Kənan Məmmədovun yaratdığı “probka” ölkəyə məhsul idxal edən sahibkarların məhsul realizəsinə ciddi maneələr yaradır. Belə olan təqdirdə məhsul qıtlığı yaranır, süni qiymət artımı baş verir. O halda sahibkar necə inkişaf edə bilər? Necə ölkə iqtisadiyyatının inkişafında müsbət rolu ola bilər? Axı onun ölkədən məhsul ixracı və ölkəyə məhsul idxalı zamanı üzləşdiyi problem bilərəkdən və məqsədli şəkildə yaradılır. Bu həmin Kənan Məmmədovdur ki, sabiq Komitə sədri Aydın Əliyev onu külli miqdarda dövlət vəsaitini mənimsədiyi və digər maliyyə maxinasiyaları etdiyi üçün vəzifəsindən uzaqlaşdırmışdı. Lakin Səfər Mehdiyev özünün DGK-ya sədr təyinatından sonra bu cür "kadrları" yenidən dövlət vəzifəsi ilə mükafatlandırdı. Onu da xatırladaq ki, İsmayıl Hüseynovun əməllərinin BakuNews.az-da ifşasından sonra "bağda verilən qərarla" Səfər Mehdiyev ona təkrar yüksək vəzifə verdi. Yəni özünə I müavin təyin etdi. Hal-hazırda BBGİ-nın rəhbərliyi tərəfindən müvafiq keçid məntəqələrində saxlanılan yük dolu avtomobillərin bir günü üçün sahibkardan 100 ABŞ dolları vəsait alınır. Lakin məsələ bununla da bitmir. Görəsən kənd təsərrüfatı məhsullarının ixracı zamanı nədən ayrı-ayrı məhsullar məhz alma adı ilə qeydiyyata alınır? Səbəb məlumdur. Almanın ƏDV-si digər kənd təsərrüfatı məhsullarına nisbətən azdır. Əlavə vəsait nəğd şəkildə “özgəninkiləşdirilir”. Deməli dövlət vəzifəsi qazanc vasitəsinə çevrilir. Və nəticədə cinayət baş verir. Çünki dövlət görəvindən şəxsi məqsədlər üçün istifadə cinayətdir. Nəticədə itirən dövlət büdcəsidir. Qazanan isə məmur. Yuxarıda qeyd etdiyimiz kimi ölkə başçısının siyasəti Dövlət Gömrük Komitəsi sistemində düşünlmüş şəkildə sabotaja məruz qalır. Lakin buna baxmayaraq Səfər Mehdiyev DGK sədrliyini dəyirman idarəçiliyi kimi icra edir. Yəni burada mətbuat sadəcə baş ağrıdan çağ-çağ obrazındadır. İnanırıq ki, BakuNews.az-ın bu araşdırmasından sonra Kənan Məmmədovda Səfər Mehdiyevin mükafat yağışından öz payını alacaq. Deməli...

Mövzuya qayıdacağıq.

Redaksiya yazıda adı çəkilən idarə və şəxslərində mövqeyini dərc edə bilər.
BakuNews.az

XƏBƏR LENTİ