Anons

Dünən, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

30-03-2018, 14:27 - Bakı Gömrük İdarəsinin rəisi, gömrük generalı Vusal Novruzov rəhbərlik etdiyi sahədə ən kiçik çatışmamazlığa...

19-03-2018, 08:28 - İctimai vəkil Koroğlu MMC-in qondarma ittihamı ilə bağlı ölkə başçısına müraciət etdi

13-03-2018, 17:35 - Sumqayıtda milyonlar hara və kimlərin cibinə gedir?

10-03-2018, 20:11 - AQC-nin yeni sədri Nüsrət İbrahimov seçilib

10-03-2018, 18:24 - Zərrabçılar Qeyri Hökümət Təşkilatını ələ keçirdi - Aynur Camalqızının QHT missiyası nədir...?

7-03-2018, 15:58 - Çılpaq qadınların fotolarını çəkdi - Səbəbinə inanmayacaqsız + VİDEO

28-02-2018, 11:22 - Dövlət orqanlarının Qaynar xətt nömrələri

19-02-2018, 16:02 - Səlim Müslümovun intihara sürükləyən ‘‘VEMTAS’’ sistemi - Ağsu rayon sakinlərinin çıxılmaz sosial durumu

17-02-2018, 23:34 - DTX-dan əməliyyat: "Rəis" tutuldu

ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

Tarix:13-07-2018, 16:42 Baxış Sayı:1 753

ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?
Bu günlərdə Füzuli rayonu, Horadiz şəhəri, Q.Namazəliyev küçəsi ev-3, m-14 ünvanda yaşayan, məcburi köçkün İsmayılov Anar Süleyman oğlunun, müxtəlif dövlət qurumlarının rəhbərlərinə ünvanadığı müraciətin bir sürəti də “Gündəm Xəbər”in redaksiyasına daxil olub.

Müəllif yazmış olduğu müraciətində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimovun və onun müavini Zaur Abdullayevin qol qoyduqları çoxsaylı qanunsuzluqların varlığını hər kəsin diqqətinə çatdırmaq istəyir və ona qarşı edilən haqsızığın, hər cür ədalətsiziyin qarşısının alınmasında, məhz ona köməklik göstərilməsini də xahiş edir. Məsələn, müraciət müəllifi qeyd edir ki, “Bu gün Arzu Rəhimov və onun müavini Zaur Abdullayev məni məhkəmə və digər dövlət qurumları ilə təhdid edirlər ki, ayrı-ayrı instansiyalara ünvanladığım müraciətlərimə son qoyum. Mən heç cür başa düşə bilmirəm ki, ölkə rəhbəri cənab İlham Əliyevə müraciət ünvanlamaq cinayətdir? Çünki, hər iki vəzifə sahibi müraciətlərimi davam etdirəcəyim təqdirdə, məni həbs etdirəcəkləri ilə hədələyirlər. Görəsən Arzu Rəhimovu və onun müavinini kim himayə edir ki, onlar çoxsaylı qanunsuzluq hərəkətlərini bu gün də davam etdirməkdədirlər. Bəli, bəlkə də bu gün onlar məni hansısa yollarla həbs etdirə bilərlər, təzyiqlər göstərərlər. Çünki, onların pulu olduqca çoxdur. İstərdim ki, yazmış olduğum müraciətlərimə aidiyyəti dövlət qurumlarında ədalətlə baxılsın, bəlkə o zaman haqq-ədalət öz yerini tapa bildi. Mən düz ilyarmdır ki, cənab Prezidentə müraciət edirəm. Buna da səbəb, Arzu Rəhimovun müraciətlərimə baxmaması, bu gün, sabah deyib məni aldatmasıdır.

ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

Bir faktı açıqlayım ki, vaxtilə Əli Kərimlinin “sağ əl”i hesab olunan, həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində ştatdan kənar işçi olaraq söz sahibi olan QHT üzvü Emin Həsənli, adı çəkilən bu qurumda şəxsən kadr məsələlərinə nəzarət edir. Emin Həsənli kimdir deyə bu yöndə müəyyən araşdırmalar aparılarsa, o halda onun kimliyi və nəyə xidmət etdiyi hər kəsə gün təki aydın olacaq. Adı çəkilən bu şəxs ikigündənbir Arzu Rəhimovla bir yerdə olur və Xidmətin inventarlarının alınmasına, daha çox isə hərbiçilərin hansı hərbi hissəyə düşmələri yöndə istəklərinin həyata keçirilməsinə nəzarət edir. Ümumiyyətlə, bu gün Emin Həsənlinin keşmiş tarixi ilə bağlı çoxlu söz-söhbətlər dolaşmaqdadır ki, bu da onun keçmişinin qaranlıq olmasından xəbər verir. Mən şəxsən vaxtilə Əli Kərimıinin “sağ əl”i hesab olunan Emin Həsənliyə etibar etmirəm. Səbəbi də, bu şəxsin hər cür rola girməyi bacarmasıdır. Arzu Rəhimovun da belə addımlar atması, hələ ki, mənə çatmır. Bəlkə də, bu şəxsin Əli kərimlinin yanında hansısa günahı var ki, o, Emin Həsənlinin qulluğunda durur.

13 fevral 2012-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradıldı və 2012-ci ilin may ayında şəxsi heyyət Müdafiə Nazirliyinin siyahsından çıxarıldı. Müdafiə Nazirliyi tərəfindən Xidmətin şəxsi heyyətinə ödənilmiş pulları, məhz Arzu Rəhimov mühasibi olmuş Namiq Nuriyevlə əlbir olaraq mənimsədi. O, həmin vaxtlar bizə verilmiş əmək haqqı kartlarına müdaxilə etdi və “Pinkod” olan hissəsini açığ şəkildə paylayaraq, verilmiş pulları belə bir yolla mənimsədilər. Arzu Rəhimovun bildirdiyinə görə guya onlar kartlardan pulları çıxararaq Müdafiə Nazirliyinə ödəyiblər. O halda sual oluna bilər ki, sən kimsən ki, şəxsin əmək haqqı kartlarına müdaxilə edirsən? Tutaq ki, mənim əmək haqqı kartımda 150.000 manat pul var, sən kimsənki belə bir yollarla oğurluq edirsən? Belə bir səbəblər görə mənimlə bərabər digər zabirtlər də, artıq əlimizdə olan bank çıxarışlarını Dövlət Təhlükəsizlik Xidmətinə, Baş Prokurorluğa, Mərkəzi Banka və Maliyyə Nazirliyinə təqdim etmək haqda yekun qərara gəlmişik.

Guya ki, Arzu Rəhimov və onun müavini olduqca təmiz vəzifə sahibidirlər. Yalnız onu dərk etmək lazımdır ki, hər iki şəxsin “paxır”ını, yalnız daşıdıqları vəzifələri örtür. Sual oluna bilər ki, Arzu Rəhimovun əmək haqqı nə qədərdir ki, o, son beş il ərzində dəyəri milyonllarla ölçülən var-dövlətə sahib olub. Məsələn, bu şəxsin “Audio-8” son model olan avtomobilinin qiyməti 230.000 min manatdır, Nərmanovdakı evinin, Teymur Əliyevdə olan villasının, Fatmeyidəki qoşa bağlarının və digər mülklərinin hər birinin dəyəri milyon manatlarla qiymətləndirilir.
Faciə odur ki, bir dəfə olsun belə nə Arzu Rəhimov, nə də ki, müavini Zaur Abdullayev əlinə silah alıb hansısa səngərdə dayanmayıblar. Əgər hər iki vəzifə sahibi tabeçiyiyimdə olsaydılar, o halda onlara səngərin nə olduğunu başa salardım. Hər iki şəxs vaxtilə Füzuli sakinlərini təhqir ediblər. Bu məsələ ilə bağlı Qarabağ əlliləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə toplaşdılar, müəyyən video-çəkilişdər həyata keçirildi, sosial şəbəkələrdə bu yöndə açıqlamalar dərc olundu. Bu şəxslər hələ də dərk edə bilmirlər ki, Füzuli rayon sakinləri cənab Prezidentin həyata keçirdiyi siyasətə dəstək verirlər, hər zaman onun mövqeyini müdafiə edirlər. Cənab Prezidentin də Füzulli rayon sakinlərinə böyük rəğbəti olduğundan, o, ötən illər ərzində üstüstə səkkiz dəfə Füzuli rayonuna səfərlər edib. Arzu Rəhimov və onun müavini Zaur Abdullayev yumşaq kreslolarında əyləşərək, bu gün hərbi xidmətlərini keçirməkdədirlər. Bu cür hərbi xidmət keçirməyə nə var! Mənim oğlum sərhəd bölgəsində yaşayır, o, belə bir xidməti hər iki vəzifə sahibindən daha yaxşı yerinə yetirə bilər. Onu da bildirim ki, bu gün daha çox bölgələrdə sağlam hərbi çağrışçıların yaxınlarından 3.000 (üç min ) manatdan 7.000 (yeddi min) manatadək “haqq-hesab” alınaraq, onlara “neqodnı” hərbi biletlər satılır. Hər çağrış zamanı qiymət 800-1000 manat həndəvərində dəyişir.
Cənab Prezident! Mən düz ilyarımdır ki, Sizə müraciətlərimi ünvanlayıram, bilmirəm müraciətlərim çatmırmı ki, sadaladıqlarım problemlərin heç biri araşdırılmır. Buna görə də artıq məcburam ki, media vasitəsilə problemlərin varlığını ictimailəşdirim, bəlkə o halda Arzu Rəhimovun əməllərinə son qoyuldu. Mən 2017-ci ildə Dövlət Sərhəd Xidmətininin rəisi cənab Elçin Quliyevə müraciət etmişdim. O zaman adı çəkilən qurumda məni dinlədilər və sonra “Elçin Quliyev səni qəbul edib öz köməkliyini göstərəcək” dedilər. Mən Elçin Quliyevi yaxşı general, vətənpərvər bir şəxs kimi qəbul edirdim. Amma...

ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

Mən məcburi köçkünəm, Azərbaycan Respublikasının vətandaşıyam, ehtiyyatda olan zabitəm, Vətənimi, bayrağımı sevən bir şəxsəm, buna görə borcumdur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimovun əməllərini cənab Prezidentə çatdırım. Bu şəxs Səfərbərlik Xidmətinə ayrılan dövlət vəsaitlərini öz şəxsi maraqları naminə istifadə etmək üçün, dövləti, xalqı heç bir halda fikirləşmədən talan edir. Biz hər zaman Prezidentin yürütdüyü siyasəti müdafiə edib dəstəkləmişik. Ona görə də Arzu Rəhimovun ölkə rəhbəri cənab İlham Əliyevi altadığını, yalan danışdığını bildiririk və onun öz çirkln əmmələrini örtbasdır etmək üçün, hətta Prezidentə sadiq olan zabitləri ləkələməsini, xidmətdən xaric etməsini hər kəsə də bəyan edirik. Bir hala diqqət yetirək ki, Rəşad Kazımov adlı şəxs xidməti uyğunsuzduğa görə Müdafiə Nazirliyindən daşıdığı vəzifəsindən qovulsa da, Arzu Rəhimovun qohumu olduğundan, bu gün o, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində şöbə rəisi vəzifəsində çalışır. Səfərbərlik xidməti yaranarkən, Arzu Rəhimov 450 nəfər mülki işçini heç bir əsas olmadan daşıdıqları vəzifələrindən uzaqlaşdırdı. Bilmirsən səbəb nə idi. Cənab Prezident insanların dolanışığının təminatı naminə zavodlar, fabriklər və digər istehsal sahələri açdıqmaqla yeni iş yerləri yaradır, Arzu Rəhimov isə əksinə addımlarını atır. Bu şəxsin qəbul günü hər ayın axırıncı şənbə gününə təsadüf edir. Vətandaşlar həmin gün “aldatma günü” hesab edirlər. Bunun da bir çox özəl səbəbləri var.
Cənab Ali Baş Komandan! Mən Sizin çağırışnızla sillaha sarılıb Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü qorumağa hər an hazır olan şəxslərdən biriyəm, dövlətimizə sadiq və vətənpərvər bir zabitəm. Siz hər zaman məcburi koçkünlərin qayğısını çəkmisiniz, hər dərdimizə şərik olmusunuz, ona görə də Sizə bir daha minnətdar olduğumu bildirirəm. Mən Azərbaycan Respublikasının vətandaşı olaraq Sizə güvənirəm, inanıram ki, siz gec-tez bizi Arzu Rəhimov bəlasından xilas edəcəksiniz. Görun bu şəxsdən nə qədər narazı olan adam var. Təkcə 450 nəfər mülki işçinin alələri, qohumları və s. yetər ki, bu siyahının bir neçə min nəfər olmasına bəhs etsin. İlk öncə ayrıd etmək lazımdır ki, Arzu Rəhimov kim olub? Bu şəxs rus ordusundan necə təxris olunub və sənədlərini necə qaydaya salıb? Füzulidə sərhəd qoşunlarında xidmətdə olarkən, onun ləqəbi “at oğrusu" olub və sərhəd bölgələrində gördüyü atları yerli sakinlərə “fırlatmaq”la bir çox ərazilərdə, o cümlədən Bakı şəhərində də satdıra bilib.
Arzu Rəhimov altı ildə nə kimi işlər görüb ki, maliyyə yeyintisi olduqca çox göstərilir. Büdcə hesabatında qeyd olunur ki, səfərbərlik xidmətinin ştatdankənar işçilərinin əmək haqları 22.500 manatdır. Sual oluna bilər ki, bunlar kimlərdir? Yəqin ki, həmin vəsaitlər Arzu Rəhimovun bağ evinin gözətçilərinə, bağbanlarına ayrılan vəsaitlərdir. Yəqin ki, Səfərbərlik xidmətinin ştatdankənar işçillərinin siyahısı açıqlansa, biz də ətraflı məlumat əldə edə bilərik. Bir anlığa fikir verək. Verilmiş hesabatda qeyd olunur ki, ərzaq məsullarının alınmasına 362.368 manat vəsait xərclənib. Görəsən bu ərzaq məsulları kimlərə alınıb? Maraqlı deyilmi? Bəli, Arzu Rəhimovun mühasibi zəif olsa da, onun özü ayrılan vəsaitləri mənimsəməkdə olduqca “usta”dır. Hesabatda o da qeyd olunur ki, vəsair xərslər üçün 350.000 manat, qeyri maddi aktivlər üçün 389.500 manat, invertarlar alınması üçün 230.000 manat, avadanlıqlar alınması üçün 100.000 manat, dəftərxana və təsərrufat xərcləri üçün 480.000 manat, məətbə xərcləri üçün 580.000 manat, dərman-sarğı ləvazımatları və materialları alınması üçün 761.646 manat və s. vəsaitlərin xərcləndiyi qeyd olunur. Bütün bunları qeyd etməkdə məqsədim ondan ibarətdir ki, dövlət büdcəsindən Səfərbərlik Xidmətinə ayrılan vəsaitlərin hara, hansı məqsədlər üçün xərclənməsi dəqiq araşdırılsın, invertarlar hansı firmalardan alınır və onu da istərdim ki, alınan malların bugünkü bazar qiymətləri də yoxlanılsın. Sumqayıt şəhər idarəsinin və Bakı şəhəri, Nizami rayon idarəsinin inzibati binalarına xərclənən vəsaitlər hesabına, bəlkə də 18 mərtəbəli bina tikmək olardı. İsmayıllı rayon idarəsinə məxsus inzibati binanın dam örtüyü, RİH-nin vəsaiti hesabına təmir olunur. Baş idarədə belə bir fürsətdən yararlanırlar və külli miqdarda vəsaiti mənimsəyirlər. Düz altı ildir ki, toplanış məntəqəsi tikilir, amma hələ də tikilib başa çatmır. Tikilməkdə olan baş idarənin inzibati binası “bermud üçbucağı”na oxşadığından, hələ ki, yoxa çıxıb. Yəqin ki, səf demirəm cənab Arzu Rəhimov!
ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

Möhtərəm Prezident! Sizdən artıq dərəcədə xahiş edirəm ki, mənə qarşı göstərilən təyziqlərə son qoyulması üçün, mənə öz köməkliyinizi göstərəsiniz. Arzu Rəhimovun və onun müavini Zaur Abdullayevin düzüb qoşduqları kef məclisləri, Whatsapp yazışmaları, sakinləri təhqir etmələri, məclislərindən olan video görüntülər, avtomobil pay vermələri və s. onu sübut edir ki, bu şəxslər yalnız və yalnız öz mənafelərini təmin etmək məqsədilə çalışırlar. Onları heç bir halda xalq, dövlət mənafeyi düşündürmür. Bundan əlavə, aidiyyəti qurum rəhbərlərindən də xahiş edirəm ki, mənim təhlükəsizliyimə zəmanət versinlər. Arzu Rəhimov və müavini bu gün ölkədə söz sahibidillər və onlar mənə məhkəmə və digər dövlət orqanları vasitəsilə həddə-qorxu gəlirlər, məni susdurmağa çalışırlar. Ona görə də ölkəmizin Maliyyə Nazirliyindən, Baş Prokurorluqdan, Daxilli İşllər Nazirliyindən, Dövlət Təhlükəsizlik Xidmətindən, Ədliyyə Nazirliyindən artıq dərəcədə xahiş edirəm ki, ünvanladığım müraciətlərim diqqətlə araşdırılsın. Mən ölkəmizin birinci xanımı, Azərbaycan Respublikasının birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevaya da rica edirəm ki, ünvanladığım müraciətlərimə ədalətlə baxılması üçün, mənə öz köməkliyinizi göstərin. Bu gün Arzu Rəhimovun pulu olduqca çoxdur, guya o, təmiz işləyir. Amma bilmək lazımdır ki, o, büdcədən ayrılan pulları şəxsi mənafeyi naminə xərcliyir, ona görə də o, hər kəsi incidir, ölkə rəhbəri cənab İlham Əliyevə mütəmadi olaraq yalanlar danışır.
Cənab Prezident! Xahiş edirəm ki, məni Arzu Rəhimovla birlikdə qəbul edəsiniz, o halda onun qol qoyduğu hər bir qanunsuzluqları, hər bir ədalətsizlikləri tam mahiyyəti ilə diqqətinizə çatdıracağam.
Hörmətlə, Anar İsmayılov

P.S. Hörmətli oxucular! Anar İsmayılovun redaksiyamıza ünvanladığı müraciətində Arzu Rəhimovun müavini Zaur Abdullayevin mayor Əliyevlə olan Whatsapp yazışmalarını diqqətinizə çatdırırıq.
ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?
ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?
ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?
ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?
ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?
ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?
ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

XƏBƏR LENTİ