Anons

14-03-2019, 11:41 - Yaşıl Dərə sakinlər mavi yanacaqdan əziyyət çəkir - VİDEO

13-03-2019, 21:01 - “Sədərək” rəhbərliyi yetimin qazancına göz dikib - BİABIRÇILIQ

13-03-2019, 20:56 - DYP özbaşnalığı barədə aidiyyəti şəxslərə müraciət !!!

12-03-2019, 18:02 - Həqiqət Abdullayeva şəhər rəhbərliyi ilə münasibətlərini romantik hind filmi sujeti müstəvisində təqdim edir

11-03-2019, 14:24 - Gömrükdə “sahibkarlara anbar tələsi” - “Boşalt-yığ” əməliyyatından yığılan milyonlar…

11-03-2019, 11:32 - Təbrik edirik cənab General!

11-03-2019, 10:55 - “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədovun göstərişidir, bütün şamaxılılar işdən azad edilsinlər”-VİDEO

27-02-2019, 10:07 - Salzburqda Xocalı şəhidləri anıldı

26-02-2019, 09:10 - Ermənilərin Qarabağda girov götürdükləri ruslar başlarına gətirilən müsibətləri danışırlar

25-02-2019, 15:28 - Nəsimiyə həsr olunan rəsm müsabiqəsi elan edildi - Mükafat 10 min manat

21-02-2019, 12:06 - Pulu saymağa 4 işçi ayrılıbmış… - 5,5 milyardlıq iş

20-02-2019, 09:14 - Azərbaycanın Dövlət Gerbindən istifadə qaydalarını müəyyən edən yeni qanun qəbul edildi

18-02-2019, 18:05 - Habil Vəliyevin anasının Prezidentə ürək parçalayan müraciəti…

18-02-2019, 11:03 - “Azərbaycanda nəinki bələdiyyə institutu, heç texnikumu da yoxdur” - Müqəddəs Mehdiyev

14-02-2019, 16:24 - Azərbaycanda DYP tələbəyə “avtobus sürücüsü” adı ilə 5 müxtəlif cərimə yazdı - FOTOLAR

14-02-2019, 10:54 - Azərbaycanda 17 min cəriməsi olan sürücülər var- ŞOK FAKT

12-02-2019, 09:59 - İpoteka Fondu ilə banklar arasında qalmaqal – Fondun rəhbərliyilə bağlı ŞOK iddialar…

11-02-2019, 11:26 - Ramil Usubov bu rayona rəis müavini TƏYİN ETDİ

11-02-2019, 11:20 - Qaradağ rayon 4 saylı uşaq xəstəxanasında “bazar qaydaları” dəhşətli görüntülər - VİDEO FOTO

8-02-2019, 18:21 - Bir xəyanətin hekayəsi... - Yaxud Orduxanlarla Aynur Camalı nə və ya kimlər bağlayır?!

7-02-2019, 21:02 - Respublika Klinik Xəstəxanasında ciddi qanun pozuntuları... - VİDEOFAKT

7-02-2019, 10:20 - Yasamal Bələdiyyəsində yaşananlar: Zakir Cəfərov qurumu dolandırmağı bacarmır

6-02-2019, 11:47 - “Əzizbəy KM” -MMC vətəndaşın 77000 min manatını mənimsəyərək onu evsiz qoyub - VİDEO

5-02-2019, 11:29 - Azərbaycanın "şanlı" məmuru Saleh Məmmədovun 22 yaşlı milyoner oğlu - FOTOFAKT

5-02-2019, 08:48 - “Metalistlər” ölkə başçısına necə yalan danışırlar? - Müstəqilliyimizə endirilmiş dəmir yumruq

4-02-2019, 09:43 - “Azərsu”ya qarşı şok iddia: “20 ədəd kanalizasiya quyusunun əvəzinə, cəmi 5 ədəd…” - VİDEO

4-02-2019, 08:59 - Adı MTN işində hallanan klinika rəhbəri TƏBİB-ə sədr gətirilir…

4-02-2019, 08:57 - KİVDF qərarını geri oxuyur – qəzetlərin maliyyələşməsi davam edəcək

Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının (AzMDEP)Gəncə şəhərində baş vermiş sui-qəsd və... terror hadisələri barədə bəyanət

Tarix:14-07-2018, 14:44 Baxış Sayı:427

Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının (AzMDEP)Gəncə şəhərində baş vermiş sui-qəsd və... terror hadisələri barədə bəyanət

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı müdrik daxili və xarici siyasət nəticəsində Dövlətimizin regionda güclənməsi, torpaqlarımızın erməni işğalçılarından təmizlənməsi üçün əsas amil olan sabitlik və milli birliyin bərqərar olması Azərbaycan Dövlətinə və Türk dünyasının aparıcı qüvvəsi olan Xalqımıza düşmən kəsilmiş xarici qüvvələrin məkrli və qəsbkar planlarını pozmaqdadır. Anti-Azərbaycan və anti-türk xarici qüvvələrin ölkə daxilindəki dini qiyafəyə girmiş təxribatçı-terrorçu qrupları Gəncə şəhərində dövlət və hüquq-mühafizə orqanları təmsilçilərinə qarşı qanlı cinayətlər törətmiş və kütləvi işğtişaşların baş alıb getməsinə cəhd etmişlər. Baş vermiş təxribatların əsas məqsədi dindar vətəndaşlarımızın dini hisslərindən istifadə edərək onları ölkədəki asayişin pozulmasına sövq etmək, vətəndaş qarşıdurmasına zəmin yaratmaq, Dövlətçilik və Milli Birlik qayəsinə zərbə vurmaq olmuşdur. Dini qiyafə ilə kriminal mahiyyətlərini pərdələyən təxribatçı qrupların arxasında duran əcnəbi xüsusi xidmət mərkəzlərinin uzaq hədəfi — Azərbaycan Xalqının yeni yadsoylu işğallara və yeni soyqırımlara məruz qalması, Azərbaycanın bir dövlət kimi dünya siyasi xəritəsindən silinməsi üçün Azərbaycanda siyasi xaosa nail olmaq idi.

Gəncə şəhərində 2018-ci il iyulun 3-də Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsd və iyulun 10-da Gəncə şəhərində iğtişaşlara cəhd zamanı yüksək rütbəli polis zabitlərinin qətli ilə bağlı Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası bəyan edir:

Cəmiyyətimizin millətçi kəsimini təmsil edən Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası vətəndaşlarımızın siyasi müdriklik göstərərək yadelli düşmənlərin siyasi təxribatlarına qarşı çıxmasını alqışlayır və bunu yadelli xüsusi xidmətlərin hazırladığı məkrli planlara gerçək və məhvedici cavab kimi dəyərləndirir.

AzMDEP bildirir ki, partiya üzvləri həmişə olduğu kimi Azərbaycançılıq, Millətçilik və Dövlətçilik qayəsindən irəli gələrək Azərbaycanda asayişə, qanunçuluğa və milli birliyə qarşı istənilən şüar və qiyafədə çıxış edən qüvvələrə qarşı barışmaz mövqedədir. Millətimizin milli mənafeləri və mövcudluğu amilini əsas tutaraq AzMDEPdaim Dövlətçiliyimizin və Dövlət Başçımızın yanında olacaqdır.

XƏBƏR LENTİ