Anons

14-03-2019, 11:41 - Yaşıl Dərə sakinlər mavi yanacaqdan əziyyət çəkir - VİDEO

13-03-2019, 21:01 - “Sədərək” rəhbərliyi yetimin qazancına göz dikib - BİABIRÇILIQ

13-03-2019, 20:56 - DYP özbaşnalığı barədə aidiyyəti şəxslərə müraciət !!!

12-03-2019, 18:02 - Həqiqət Abdullayeva şəhər rəhbərliyi ilə münasibətlərini romantik hind filmi sujeti müstəvisində təqdim edir

11-03-2019, 14:24 - Gömrükdə “sahibkarlara anbar tələsi” - “Boşalt-yığ” əməliyyatından yığılan milyonlar…

11-03-2019, 11:32 - Təbrik edirik cənab General!

11-03-2019, 10:55 - “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədovun göstərişidir, bütün şamaxılılar işdən azad edilsinlər”-VİDEO

27-02-2019, 10:07 - Salzburqda Xocalı şəhidləri anıldı

26-02-2019, 09:10 - Ermənilərin Qarabağda girov götürdükləri ruslar başlarına gətirilən müsibətləri danışırlar

25-02-2019, 15:28 - Nəsimiyə həsr olunan rəsm müsabiqəsi elan edildi - Mükafat 10 min manat

21-02-2019, 12:06 - Pulu saymağa 4 işçi ayrılıbmış… - 5,5 milyardlıq iş

20-02-2019, 09:14 - Azərbaycanın Dövlət Gerbindən istifadə qaydalarını müəyyən edən yeni qanun qəbul edildi

18-02-2019, 18:05 - Habil Vəliyevin anasının Prezidentə ürək parçalayan müraciəti…

18-02-2019, 11:03 - “Azərbaycanda nəinki bələdiyyə institutu, heç texnikumu da yoxdur” - Müqəddəs Mehdiyev

14-02-2019, 16:24 - Azərbaycanda DYP tələbəyə “avtobus sürücüsü” adı ilə 5 müxtəlif cərimə yazdı - FOTOLAR

14-02-2019, 10:54 - Azərbaycanda 17 min cəriməsi olan sürücülər var- ŞOK FAKT

12-02-2019, 09:59 - İpoteka Fondu ilə banklar arasında qalmaqal – Fondun rəhbərliyilə bağlı ŞOK iddialar…

11-02-2019, 11:26 - Ramil Usubov bu rayona rəis müavini TƏYİN ETDİ

11-02-2019, 11:20 - Qaradağ rayon 4 saylı uşaq xəstəxanasında “bazar qaydaları” dəhşətli görüntülər - VİDEO FOTO

8-02-2019, 18:21 - Bir xəyanətin hekayəsi... - Yaxud Orduxanlarla Aynur Camalı nə və ya kimlər bağlayır?!

7-02-2019, 21:02 - Respublika Klinik Xəstəxanasında ciddi qanun pozuntuları... - VİDEOFAKT

7-02-2019, 10:20 - Yasamal Bələdiyyəsində yaşananlar: Zakir Cəfərov qurumu dolandırmağı bacarmır

6-02-2019, 11:47 - “Əzizbəy KM” -MMC vətəndaşın 77000 min manatını mənimsəyərək onu evsiz qoyub - VİDEO

5-02-2019, 11:29 - Azərbaycanın "şanlı" məmuru Saleh Məmmədovun 22 yaşlı milyoner oğlu - FOTOFAKT

5-02-2019, 08:48 - “Metalistlər” ölkə başçısına necə yalan danışırlar? - Müstəqilliyimizə endirilmiş dəmir yumruq

4-02-2019, 09:43 - “Azərsu”ya qarşı şok iddia: “20 ədəd kanalizasiya quyusunun əvəzinə, cəmi 5 ədəd…” - VİDEO

4-02-2019, 08:59 - Adı MTN işində hallanan klinika rəhbəri TƏBİB-ə sədr gətirilir…

4-02-2019, 08:57 - KİVDF qərarını geri oxuyur – qəzetlərin maliyyələşməsi davam edəcək

Baş redaktorlar Ağsu icra başçısına müraciət etdi: Yazısına görə jurnalisti həbs etdirmək Prezidentə qarşı olmaq deməkdir

Tarix:23-07-2018, 19:04 Baxış Sayı:379

Bu gün bir sıra tanınmış sayt rəhbərləri Ağsu rayon icra başçısı Ənvər Seyidəliyevə müraciət edib. Buna səbəb icra başçısının “dogruxeber.az” saytının baş redaktoru Kamal Əsgərovu xüsusi ittiham qaydasında məhkəməyə verərək, onun həbsini tələb etməsidir. Jurnalist, Ağsuda sosial problemlərdən saytında yazılar dərc etdiyi üçün icra başçısının qəzəbinə tuş gəlib.

Baş redaktorlar Ağsu icra başçısına müraciət etdi: Yazısına görə jurnalisti həbs etdirmək Prezidentə qarşı olmaq deməkdir

Müraciətə imza atan Realliq.info, Bakunews.az, Bakunews.tv, Xalqxeber.az, Gundemxeber.az, Xeberfakt.az, Reportyor.info, Vetenperverler.az, Stimulxeber.az, Azadsoz.info, Politico.az, Vediinfo.az, Zamantv.az, Qaynarxeber.net, ria24.az, Xeberekspress.az saytlarının baş redaktorları icra başçısından jurnalistə təzyiqlərə son qoymağı və xüsusi ittiham qaydasında şikayətindən imtinasını istəyiblər:

Bakunews.az həmin müraciətin qısa məzmununu təqdim edir:

“ Ölkə başçısı həmişə jurnalistin yazdığı yazılara, fəaliyyətinə görə həbsini pisləyib və məmurları tənqidə dözümlü olmağa çağırıb. Prezident dünya media nümayəndələri qarşısında çıxış edərkən, “Azərbaycanda heç bir jurnalist yazısına görə həbs edilmir və bu ola da bilməz” – deyərək ilk olaraq dövlətimizdə azad medianın olmasını istəyib. Lakin, bəzi məmurlar bu tövsiyyələri nəzərə almır və şəxsi tələblərini icra etməyə çalışırlar. Onlar, bu addımlarıyla azad mətbuatın fəaliyyətinə əngəllər yaradır və dövlətimizin dünyada qazandığı imici zədələməyə çalışırlar.”

Müraciətdə daha sonra vurğulanır ki, icra başçısı Prezidentin rayondakı səlahiyyətli nümayəndəsidir və qəbul edilən qərarlar, verilən tapşırıqlar ilk olaraq onlar tərəfindən həyata keçirilməlidir:
“İcra başçıları media nümayəndələrinin fəaliyyətinə əngəllər yaratmamalı, təzyiq yolu ilə jurnalistləri susmağa məcbur etməməlidirlər. Onlar rəhbəri olduğu rayon və ya şəhərin digər vəzifəlilərinə nümünə olmalı və tənqidə dözüm nümayiş etdirməlidirlər. Nöqsanları yazmaq və araşdırmalar aparmaq jurnalistin vəzifəsidir. Prezident məhz bu baxımdan jurnalistləri ən yaxın dostu hesab etmişdir”.

Daha sonra müraciət sahibləri jurnalistin xüsusi ittiham qaydasında məhkəməyə verilməsini və həbsinin tələb edilməsini pisləyərək icra başçısı Ənvər Seyidəliyevi tələbindən çəkilməyə çağırıblar: “Hörmətli Ənvər müəllim. “Dogruxeber.az” saytının baş redaktoru Kamal Əsgərova qarşı xüsusi ittiham qaydasında qaldırdığınız iddia və onun həbsinin tələbi bizdə narahatlıq yaradıb. Biz media işçiləri Sizi bu tələbdən geri çəkilməyə və jurnalistə qarşı təzyiqlərə son qoymağa çağırırıq. Ümid edirik ki, müraciətimiz nəzərə alınacaq və Kamal Əsgərova qarşı qaldırılmış şikayətdən imtina edəcəksiniz”.
Müraciət icra hakimiyyətinə rəsmi şəkildə ünvanlanıb.

Bakunews.az

XƏBƏR LENTİ