Anons

Dünən, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

30-03-2018, 14:27 - Bakı Gömrük İdarəsinin rəisi, gömrük generalı Vusal Novruzov rəhbərlik etdiyi sahədə ən kiçik çatışmamazlığa...

19-03-2018, 08:28 - İctimai vəkil Koroğlu MMC-in qondarma ittihamı ilə bağlı ölkə başçısına müraciət etdi

13-03-2018, 17:35 - Sumqayıtda milyonlar hara və kimlərin cibinə gedir?

10-03-2018, 20:11 - AQC-nin yeni sədri Nüsrət İbrahimov seçilib

10-03-2018, 18:24 - Zərrabçılar Qeyri Hökümət Təşkilatını ələ keçirdi - Aynur Camalqızının QHT missiyası nədir...?

7-03-2018, 15:58 - Çılpaq qadınların fotolarını çəkdi - Səbəbinə inanmayacaqsız + VİDEO

28-02-2018, 11:22 - Dövlət orqanlarının Qaynar xətt nömrələri

19-02-2018, 16:02 - Səlim Müslümovun intihara sürükləyən ‘‘VEMTAS’’ sistemi - Ağsu rayon sakinlərinin çıxılmaz sosial durumu

17-02-2018, 23:34 - DTX-dan əməliyyat: "Rəis" tutuldu

Övladları tərəfindən küçəyə atıldığını deyən kişinin oğlu: "5 uşağını və anamı atıb, ikinci dəfə ailə qurdu"

Tarix:25-07-2018, 18:35 Baxış Sayı:60

Övladları tərəfindən küçəyə atıldığını deyən kişinin oğlu: "5 uşağını və anamı atıb, ikinci dəfə ailə qurdu"

Qocalar evində qalmaq üçün müraciət edən 70 yaşlı kişinin göz yaşlarına boğulması sosial şəbəkələrdə də ciddi etirazlara səbəb olub.

Redaksiyamıza göndərilən görüntülərdə Sumqayıt şəhərində qeydiyyatda olan 70 yaşlı Quliyev Yaşar Bəhlul oğlu övladlarının ondan imtina etdiyini və buna görə də qocalar evində qalmaq istədiyini iddia edib. O, Sumqayıt Şəhər İcra Hakimiyyətinin onu 70 yaşı tamam olmadığı üçün qocalar evinə yerləşdirmədiyini də bildirib.

Videonu redaksiyamıza göndərən şəxsin bildirdiyinə görə, yaşlı kişi 22-ci polis bölməsinin əməkdaşları tərəfindən müvəqqəti qalması üçün bölməyə aparılıb.

Məsələ ilə bağlı apardığımız araşdırmadan sonra 70 yaşlı kişinin oğlu ilə əlaqə saxlaya bildik.

İcmal.Az xəbər verir ki, azxeber.com-a danışan və adının açıqlanmasını istəməyən 70 yaşlı kişinin oğlu məsələnin tam fərqli olduğunu bildirib:

Atanızla bağlı sosial şəbəkələrdə yayımlanan görüntüləri izləmisiniz?

- Bəli, baxmışam. Amma inanın ki, məsələ bildiyiniz və o videodakı kimi deyil.

Atanız deyir ki, siz ona baxmırsınız və buna görə Naxçıvanı tərk edərək Bakıya gəlib.

- Biz 5 uşağıq. Mən atamın üzünü uşaqlıqda heç görməmişəm. Hazırda 32 yaşım var və son illər onun üzünü görürəm. Çünki biz uşaq olanda o, anamı və bizi atıb, ikinci dəfə ailə həyatı qurdu. Anam bizləri böyütdü. Hər şey onun dediyi kimi deyil. Bütün etdiklərinə baxmayaraq, biz ona baxırıq və baxacağıq da.

Atanızı sonuncu dəfə nə zaman görmüsünüz?

- Biz Naxçıvanda yaşayırıq. Sonuncu dəfə məndən 100 manat aldı ki, Bakıya gedirəm. Sonra qayıtmadı. Bundan öncə bankdan kredit götürdü, sonra o pulun da taleyindən xəbərdar olmadım. İndi videonu görürəm, dəhşətə gəlirəm. Axı ona heç kim heç nə deməyib. Mənim aylıq maaşım da pis deyil, şəraitimiz yaxşıdır. Mən ona baxıram.

Bəlkə evdə kimsə siz bilmədən ona söz deyib və ya qəlbini qırıb?

- Heç kim elə bir şey edə bilməz. Qələt edər onu edən. Mənim çörəyimi yeyib mənim atama söz deyə bilməzlər. Biz onu qəbul etmişik. Onun bir neçə dəfə ailəsi olub. Özünün imkanı da olub. Sonra özü Naxçıvana qayıtdı.

Hazırda özü ilə əlaqə saxlamısınız və ya harada olduğunu bilirsiz?

- Bəli, mobil telefonu var. Əlaqə yaratmışıq, vəziyyəti yaxşıdır. Naxçıvana gətirirlər. Bundan sonra gözümdən kənara qoymayacam ki, eyni şeyi təkrarlamasın.

XƏBƏR LENTİ