Anons

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

30-03-2018, 14:27 - Bakı Gömrük İdarəsinin rəisi, gömrük generalı Vusal Novruzov rəhbərlik etdiyi sahədə ən kiçik çatışmamazlığa...

19-03-2018, 08:28 - İctimai vəkil Koroğlu MMC-in qondarma ittihamı ilə bağlı ölkə başçısına müraciət etdi

13-03-2018, 17:35 - Sumqayıtda milyonlar hara və kimlərin cibinə gedir?

10-03-2018, 20:11 - AQC-nin yeni sədri Nüsrət İbrahimov seçilib

10-03-2018, 18:24 - Zərrabçılar Qeyri Hökümət Təşkilatını ələ keçirdi - Aynur Camalqızının QHT missiyası nədir...?

7-03-2018, 15:58 - Çılpaq qadınların fotolarını çəkdi - Səbəbinə inanmayacaqsız + VİDEO

28-02-2018, 11:22 - Dövlət orqanlarının Qaynar xətt nömrələri

19-02-2018, 16:02 - Səlim Müslümovun intihara sürükləyən ‘‘VEMTAS’’ sistemi - Ağsu rayon sakinlərinin çıxılmaz sosial durumu

17-02-2018, 23:34 - DTX-dan əməliyyat: "Rəis" tutuldu

"Yezidi kürd" adlı etnos yoxdur

Tarix:26-07-2018, 10:34 Baxış Sayı:60

"Yezidi kürd" adlı etnos yoxdur

Vidadi Məmmədov

Zara haqqında süjet hazırlayıblar, onun yezidi kürd olduğunu deyiblər.

Yezidi kürd adlı etnos yoxdur. Yezidilər adlanan dini-etnik toplum var.

"Yezidi" də "yəhudi" kimi həm milli, həm də dini mənsubiyyəti ifadə edir. Yezidilər əsasən İraq, Suriya, Ermənistan və Gürcüstanda məskunlaşıblar. İlk məskənləri Assuriyanın paytaxtı Neynəva şəhəri olub. Yezidilər kürd dilinin kurmançi ləhcəsində danışırlar. Ona görə də çoxların onların kürd olduğunu düşünür. Amma yezidilər özlərini kürd hesab etmir.

Yezidilər haqqında daha bir yanlış düşüncə onların Məhəmməd peyğəmbərin nəvəsi, şiələrin 3-cü imamı Hüseyn ibn Əlinin qətlinə fərman verən xəlifə Yezid ibn Müaviyənin tərəfdarları olması barədədir. Əsla belə deyil. Yezidilər ümumiyyətlə İslam dininə tapınmır. Əks təqdirdə onlar özlərini müsəlman adlandırardı. Yuxarıda qeyd etdim ki, "yezidi" ifadəsi milli kimliklə yanaşı dini mənsubiyyəti də bəlirləyir. Yezidilərin dini Yezdaniyə adlanır. Yezidilərin inancında Allah Azda adlandırılır. Lakin yezidilər Azdadan daha çox onun yaratdığı Tavus adlı mələyə sitayiş edirlər.

Onların inancına görə insanları məhz bu mələk isə öz xəlq edib. Tavus İslam, isəvilik və musəvilikdəki İblis obrazına uyğun gəlir. Bu mələk də oddan yaradılıb, sonradan onu yaradana qarşı çıxıb və cəzalandırılıb. Lakin yezidilər Tavusu İblis hesab etmir. Onlar düşünür ki, Tavus həm xeyiri, həm də şəri təcəssüm etdirir. Yezidilərin inancında iblis, şeytan və onlara aid ifadələrin işlədilməsi, onlara lənət oxunması günah hesab edilir. Bu da yezidilərin şeytana sitayiş etmələri barədə iddialara yol açıb.

Yezidi inancı nəsildən nəsilə ötürülür. Sonradan yezidi olmaq mümkün deyil. Yezidilərdə də yəhudilərdə olduğu kimi missionerlik yoxdur. Heç bir yezidi kimisə bu dinə dəvət etməz. Yezidi inancından imtinanın, yezidi olub sonradan başqa dini qəbul etməyin cəzası isə birmənalı şəkildə ölümdür. Bu fakt da yezidilərin kürd olmadığına dəlalət edir. Hansısa kürdün sonradan yezidi olması, yaxud bunun əksinin baş verməsi sadəcə mümkün deyil.

Zaraya gəldikdə, onun yezidi olması bir qədər şübhə doğurur. Çünki o, xristiandır. Özü də iddia olunur ki, o ailə quran zaman yezidi inancından imtina edərək xristianlığı qəbul edib. Bu isə yuxarıda qeyd etdiyim kimi yezidi inancında qəbuledilməzdir. Bu halda onun cəzasız qalması müəmmalıdır.

XƏBƏR LENTİ