Anons

14-03-2019, 11:41 - Yaşıl Dərə sakinlər mavi yanacaqdan əziyyət çəkir - VİDEO

13-03-2019, 21:01 - “Sədərək” rəhbərliyi yetimin qazancına göz dikib - BİABIRÇILIQ

13-03-2019, 20:56 - DYP özbaşnalığı barədə aidiyyəti şəxslərə müraciət !!!

12-03-2019, 18:02 - Həqiqət Abdullayeva şəhər rəhbərliyi ilə münasibətlərini romantik hind filmi sujeti müstəvisində təqdim edir

11-03-2019, 14:24 - Gömrükdə “sahibkarlara anbar tələsi” - “Boşalt-yığ” əməliyyatından yığılan milyonlar…

11-03-2019, 11:32 - Təbrik edirik cənab General!

11-03-2019, 10:55 - “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədovun göstərişidir, bütün şamaxılılar işdən azad edilsinlər”-VİDEO

27-02-2019, 10:07 - Salzburqda Xocalı şəhidləri anıldı

26-02-2019, 09:10 - Ermənilərin Qarabağda girov götürdükləri ruslar başlarına gətirilən müsibətləri danışırlar

25-02-2019, 15:28 - Nəsimiyə həsr olunan rəsm müsabiqəsi elan edildi - Mükafat 10 min manat

21-02-2019, 12:06 - Pulu saymağa 4 işçi ayrılıbmış… - 5,5 milyardlıq iş

20-02-2019, 09:14 - Azərbaycanın Dövlət Gerbindən istifadə qaydalarını müəyyən edən yeni qanun qəbul edildi

18-02-2019, 18:05 - Habil Vəliyevin anasının Prezidentə ürək parçalayan müraciəti…

18-02-2019, 11:03 - “Azərbaycanda nəinki bələdiyyə institutu, heç texnikumu da yoxdur” - Müqəddəs Mehdiyev

14-02-2019, 16:24 - Azərbaycanda DYP tələbəyə “avtobus sürücüsü” adı ilə 5 müxtəlif cərimə yazdı - FOTOLAR

14-02-2019, 10:54 - Azərbaycanda 17 min cəriməsi olan sürücülər var- ŞOK FAKT

12-02-2019, 09:59 - İpoteka Fondu ilə banklar arasında qalmaqal – Fondun rəhbərliyilə bağlı ŞOK iddialar…

11-02-2019, 11:26 - Ramil Usubov bu rayona rəis müavini TƏYİN ETDİ

11-02-2019, 11:20 - Qaradağ rayon 4 saylı uşaq xəstəxanasında “bazar qaydaları” dəhşətli görüntülər - VİDEO FOTO

8-02-2019, 18:21 - Bir xəyanətin hekayəsi... - Yaxud Orduxanlarla Aynur Camalı nə və ya kimlər bağlayır?!

7-02-2019, 21:02 - Respublika Klinik Xəstəxanasında ciddi qanun pozuntuları... - VİDEOFAKT

7-02-2019, 10:20 - Yasamal Bələdiyyəsində yaşananlar: Zakir Cəfərov qurumu dolandırmağı bacarmır

6-02-2019, 11:47 - “Əzizbəy KM” -MMC vətəndaşın 77000 min manatını mənimsəyərək onu evsiz qoyub - VİDEO

5-02-2019, 11:29 - Azərbaycanın "şanlı" məmuru Saleh Məmmədovun 22 yaşlı milyoner oğlu - FOTOFAKT

5-02-2019, 08:48 - “Metalistlər” ölkə başçısına necə yalan danışırlar? - Müstəqilliyimizə endirilmiş dəmir yumruq

4-02-2019, 09:43 - “Azərsu”ya qarşı şok iddia: “20 ədəd kanalizasiya quyusunun əvəzinə, cəmi 5 ədəd…” - VİDEO

4-02-2019, 08:59 - Adı MTN işində hallanan klinika rəhbəri TƏBİB-ə sədr gətirilir…

4-02-2019, 08:57 - KİVDF qərarını geri oxuyur – qəzetlərin maliyyələşməsi davam edəcək

Səhiyyə Naziri Oktay Şirəliyevə - MÜRACİƏT

Tarix:30-07-2018, 14:19 Baxış Sayı:464

Səhiyyə Naziri Oktay Şirəliyevə - MÜRACİƏT

Hörmətli Cənab Nazir!

Ölkəmizin səhiyyə sahəsinin inkişafı başda siz olmaqla hər bir Azərbaycan vətəndaşının, hippokrat andına sadiq olan hər bir vicdanlı həkimin əməli arzusudur. Bu gün sirr deyil ki, ölkəmizin səhiyyə sahəsində əldə edillən uğurlara, püxtələşən bacarıqlı kadrlara baxmayaraq hələ də savadlı tibb mütəxəssislərinə ehtiyyac günümüzün aktual məsələsidir. Məhz tibb elmləri namizədi, həkim Məmmədova Səbinə Friudun qızı da qeyd edilən məsələnin hazırkı zaman etibarı ilə əsasını, ehtiyyacını təşkil edir və bu baxımdan ona qarşı ciddi haqsızlıqların təşəkkül tapması səbəbindən öz peşə fəaliyyətinin icrasından bu günə qədər qanunsuz şəkildə məhrum edilib desəm, yanılmaram. Əvvəla bir vətəndaş, ikinci növbədə bir ictimai vəkil kimi dəyərli həkim şəxsiyyətimizin fəaliyyətinə, uğurlarına bələd olaraq qətiyyətlə demək istəyirəm ki, tibb elmləri namizədi Məmmədova Səbinə Fridunun qızı Ulu öndər Heydər Əliyevdən şəxsən mənəvi dəstək alaraq 19 il ərzində çalışdığı Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda- direktor Həqiqət Qədirovanın şəxsi ambisiyalarının birbaşa qurbanı olaraq tutduğu vəzifəsindən haqsızcasına azad edilib. Zaman etibarı ilk öncə onu qeyd edim ki, institutda hazırkı mənəvi-psixoloji iqlim, antisanitar vəziyyət qeyri-qənaətbəxşdir.

Tutduğu vəzifəsindən sarsıntı keçirməklə uzaqlaşdırılan tibb elmləri namizədi həkim Səbinə Məmmədova institutun uşaq şöbəsinidə məsul vəzifədə olduğu müddətcə valideyinlərin inam və rəğbətini qazanaraq tezliklə tanınmış, Ulu öndər Heydər Əliyevin Səhiyyə sahəsinin inkişaf və tərəqqisi ilə bağlı tövsiyə və arzusuna sadiq qalaraq özünü müqəddəs peşə fəaliyyəti ilə doğrultmağı bacarmışdır.

Lakin çalışdığı Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun rəhbərliyinə 25.03.2017-ci il tarixdə sizin əmrinizlə təyinat almış, daha öncə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin rəhbərliyindən neqativ əməli fəaliyyətinə görə azad edilən Həqiqət Qədirova tərəfindən müəyyən zaman içərisindən qərəzli münasibətə hədəf olan həkimlərin sırasına daxil edilməklə, nəticədə ağlasığımaz bir şəkildə tutduğu vəzifəsindən digər bacarıqlı tibbi kadrlar kimi azad edilmişdir. Onun işdən azad edilməsinə səbəb olan ittiham üzrə detalları analiz edərkən ittihamın qondarma və ağlasığmaz olması baxımından dəhşətə gəlməmək qeyi-mümkündür.

ETAXİ-un uşaq şöbəsinə daxil olan Yusifli Çingiz adlı xəstənin yanlış müalicə taktikalarından sonra məhz həkim Səbinə Məmmədova tərəfindən sağaldılması və kliniki vəziyyətinə görə ev şəraitinə buraxıla biləcək vəziyyətdə olması baxımından onu təqsirkar hesab edib, tutduğu vəzifəsindən azad etməyin ittiham üzrə mahiyyəti qondarma və ağlasığmaz deyilmi, Cənab Nazir?!

Cənab Nazir, necə olur ki, klinki vəziyyətinə görə 99 faiz sağalmış şəxsi onun qanuni nümayəndəsi- valideyini aldadılmaqla “ MDR” proqramına salmaq mümkünata çevrilir və buna görə məsuliyyət daşımalı olan şöbə müdiri Svetlana Məmmədova hələ də saxta və zərərverici peşə fəaliyyətini davam etdirir və məhz buna görə niyə həkim Səbinə Məmmədova məsuliyyət daşıyır?!

Cənab Nazir, necə olur ki, instituta rezident kimi gəlmiş və həkim kimi işləməyə dair barəsində müvafiq əmr olmayan şəxs- Aygün Hacıəliyevaya adı çəkilən xəstəni müalicə etmək tapşırılır və həmçinin necə olur ki, ixtisasca kardioloq olan Afət İsgəndərovaya USM müayinəsi həyata keçirmək həvalə edilir, buna görə heç bir intizam tədbiri yenə də görülmür, heç kim məsuliyyət daşımır və nəticədə Səbinə Məmmədova haqsızcasına niyə məsuliyyət sahibi olur?!

Faktioloji gerçəkliyə diqqət yetirməyiniz xahiş olunur:

Belə ki, 05.10..2017-ci il tarixdə institun uşaq şöbəsinə daxil olan xəstə Yusifli Çingiz Cabir oğlu naməlum mənşəli eksudativ plevrit diaqnozu ilə şöbə müdiri həkim Svetlana Məmmədovaya təhkim olunmuş, 10.11.2017-ci il tarixli analizə əsasən xəstənin kliniki vəziyyətinin ağır olması baxımından dərmana davamlılıq olduğu halda xəstə məhz həkim Svetlana Məmmədova tərəfindən evə yazılmışdır. Yanlış müayinə və müalicənin nəticəsi baxımından xəstə Yusifli Çingiz Cabir oğlu 07.12.2017-ci il tarixdə yenindən instutunun uşaq şöbəsinə daxil olmuş, şöbə müdiri xəstənin müalicəsini rezident Aygün Hacıəliyevaya tapşırmışdır. 12.12.2017-ci il tarixdə rezidentlərin bölgüsü ilə əlaqədar olaraq həkimsiz qalan xəstənin təhkimçiliyi həkim Səbinə Məmmədovaya keçmişdir.

08.12.2017-ci il tarixli, “22934” Nömrəli analizdə xəstənin dərmana həssas olduğu müəyyənləşmiş, son analizin nəticəsinə uyğun olaraq mülalicə proseduru aparılmış və nəticədə dəqiq USM müayinəsinin nəticəsində xəstə Yusifli Çingiz Cabir oğlunun plevrasından əvvəllər USM müayinəsi zamanı yanlışlıqla görülməyən və bu üzdən kisələnən 250 ml maye xaric edilmiş, nəticədə xəstə kliniki vəziyyətinə uyğun olaraq evə yazılmışdır. Xəstənin valideyini aparılan son mülalicədən razılığını ifadə etmişdir.

Buna baxmayaraq xəstəni xeyli miqdarda sağaldan və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 10 may 2011-ci il tarixli 20 saylı qərarı ilə təsdiq edilmiş protokola uyğun olaraq müalicə taktikası seçən tibb elmləri namizədi həkim Səbinə Məmmədova xəstəni sonradan qeyd edilən və təsdiqini tapmayan “MDR” proqramına salmadığına görə tutduğu vəzifəsindən azad edilmişdir.

Əgər xəstənin “MDR” proqramına salınması zərurəti olmuşdursa:

- 10.11.2017-ci il tarixdə xəstənin kliniki durumu analizə əsasən dərmana davamlı olduğu halda, həmin zamana görə xəstənin müalicəsinə məsul olan şəxs Svetlanan Məmmədova tərəfindən xəstənin evə yazılmasının səbəbi nə idi?!

- 1-ci və 2-ci müalicə dövründə xəstənin plevrasında mayenin mövcud olduğu təqdirdə xəstənin USM müayinəsin həkim-kardioloq Afət İsgəndərova tərəfindən həyata keçirilməsinin və nəticədə düzgün müayinə nəticəsinin əldə edilməməsinin, həmçinin bununla bərabər 10.11.2017-ci il tarixli mikroskopik analizin nəticəsinə əsasən xəstə “MDR” proqramına salınmalı olduğu halda həkim Svetlana Məmmədova tərəfindən xəstənin kliniki vəziyyətinin nəzərə alınmamasının səbəbi nə idi?!


Əgər xəstə “MDR” proqramına uyğun olaraq müalicə edilməli idisə və bu müalicə proqramının vacibliyini 10.11.2017-ci il tarixli analizin nəticələri təsdiq edirdsə, o zaman şübhəsiz ki, xəstənin Svetlana Məmmədova tərəfindən evə yazılması faktı qeyri-münasib hal kimi qiymətləndirilməli idi.


- 08.12.2018-ci il tarixli analizin nəticəsinə uyğun olaraq xəstənin kliniki durumu dərmana həssas qiymətləndirilmişsə, yəni vərəm mikrobları analizə görə aşkar edilməmiş və sonuncu tarixdə əldə edilən analizə komissiyon irad tutulmamışdırsa və növbəti mərhələdə Səbinə Məmmədova tərəfindən dərmana həssas xəstənin müalicəsinə uyğun müalicə taktikası seçilmiş, nəticədə xəstə 99 faiz sağlaraq evə yazılmış və ailəsinin bu durumdan razılığı, məmnunluğu ifadə edilmişdirsə, o zaman həkim Səbinə Məmmədova xəstə Yusifli Çingizin xəstəlik tarixçəsinə dair hansı səhv və ya səhlənkar tibbi əməlinə görə məsuliyyət daşımalı idi və onun bu barədə heç bir real səbəb olmadan tutduğu vəzifəsindən 13 yanvar 2018-ci il tarixdə azad edilməsinin səbəbi nə idi?!

Aşkar qərəzli münasibət, haqsızlıq və qanunsuzluq: Tibb Elmləri Namizədi həkim Səbinə Məmmədova məhz bu kompleks yanaşmanın qurbanı olmuş və uzun illər ərzində fayda verdiyi institunun fəaliyyət sıralarından uzaqlaşdırılmışdır. Yuxarıda sadalanan, müfəssəl izahı tərəfimdən verilən faktlar əsasında görmək mümkündür ki, həqiqətən tibb elmləri namizədi həkim Səbinə Məmmədova xəstə Yusifli Çingiz Cabir oğlunun səhhəti ilə bağlı mülalicə müddətincə səhlənkarlıq və səhvə yol verməmiş, tərəfindən aparılan müalicə məhz təsdiq edilmiş son 08.12.2017-ci il tarixli mikroskopik analizin, USM müayinəsinin nəticələrinə görə aparılmış və effektiv olmuşdur.

Əgər xəstə ağır dərəcəli vərəm idisə, o zaman bu kliniki vəziyyət sonuncu analizə görə niyə müəyyən edilməmişdi?

Əgər xəstə doğurdan da ağır dərəcəli vərəm idisə, o zaman 10.11.2018-ci il tarixli analizə əsasən məsul olan şəxs, şöbə müdiri Svetlana Məmmədova tərəfindən niyə xəstənin “MDR” proqramına salınması gerçəkləşməmiş və o, plevrasında maye sorulmadan evə yazılmışdı?

Xəstənin valideyini həmçinin qeyd edir ki, o şöbə müdiri Svetlana Məmmədova tərəfindən sonradan instituta dəvət edilmiş, ona izah edilməyən müqaviləyə imza atdırılması gerçəkləşdirilmişdir. Həmin müqaviləyə əsasən müəyyən edilir ki, guya xəstə Yusifli Çingiz Cabir oğlu hazırkı kliniki vəziyyətinə görə “MDR” proqramına daxil edilməsi vacib olan durumdadır. Halbuki bu qondarma və cinayət tərkibli fakt məhz Səbinə Məmmədovanın əleyhinə hesablanmış bir hərəkətlilikdir. 25.12.2017-ci il tarixli konsiliumun nəticəsi məhz xəstəni sonuncu dəfə müalicə edən həkim Səbinə Məmmədovanın iştirakı olmadan qeyd edilən saxta mahiyyətə malik müqaviləyə əsasən müəyyənləşmişdir.

Cənab Nazir! Qeyd edilən xüsusatlar həyati önəm daşıyır. İnsan həyatı ilə bağlı saxtakarlığa, sui-istifadə halına yol vermiş şəxs və şəxslərin əməllərinə hüquqi qiymətin verilməməsi hesab edirəm ki, dövlətimizin və xalqımızın adına tibbi-sosial təhlükəsizliyin təmini baxımından təhdid yaratmış olar. Bu baxımdan göründüyü kimi tibb elmləri namizədi, prespektivli tibb mütəxəssisi, hippokrat andına fəaliyyəti boyunca sadiqliyi ilə nümunəyə çevrilmiş həkim Səbinə Məmmədovanın çox ciddi və ağlasığmaz haqsızlığa məruz qaldığını görməmək mümkün deyil.

Nəticə etibarı ilə qeyd edilən faktlara əsasən sizdən dövlət səhiyyə siyasətimizin inkişafı və tərəqqisi naminə

Xahiş Edirəm

1. Həkim Səbinə Məmmədova haqqında gerçəkləşən qanusuzluqlarının, haqsızlıqların qüvvəsini aradan qaldırmaqla əvvəllər ETAXİ-da sahibləndiyi şöbə müdiri vəzifəsinə bərpa olunması haqqında qərar qəbul edəsiniz.

2. Direktor Həqiqət Qədirova haqqında qanuna müvafiq ciddi tədbirlərin görülməsinə dair göstəriş verəsiniz.


İctimai Vəkil SAMİR ZEYNALOV

XƏBƏR LENTİ