Anons

14-03-2019, 11:41 - Yaşıl Dərə sakinlər mavi yanacaqdan əziyyət çəkir - VİDEO

13-03-2019, 21:01 - “Sədərək” rəhbərliyi yetimin qazancına göz dikib - BİABIRÇILIQ

13-03-2019, 20:56 - DYP özbaşnalığı barədə aidiyyəti şəxslərə müraciət !!!

12-03-2019, 18:02 - Həqiqət Abdullayeva şəhər rəhbərliyi ilə münasibətlərini romantik hind filmi sujeti müstəvisində təqdim edir

11-03-2019, 14:24 - Gömrükdə “sahibkarlara anbar tələsi” - “Boşalt-yığ” əməliyyatından yığılan milyonlar…

11-03-2019, 11:32 - Təbrik edirik cənab General!

11-03-2019, 10:55 - “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədovun göstərişidir, bütün şamaxılılar işdən azad edilsinlər”-VİDEO

27-02-2019, 10:07 - Salzburqda Xocalı şəhidləri anıldı

26-02-2019, 09:10 - Ermənilərin Qarabağda girov götürdükləri ruslar başlarına gətirilən müsibətləri danışırlar

25-02-2019, 15:28 - Nəsimiyə həsr olunan rəsm müsabiqəsi elan edildi - Mükafat 10 min manat

21-02-2019, 12:06 - Pulu saymağa 4 işçi ayrılıbmış… - 5,5 milyardlıq iş

20-02-2019, 09:14 - Azərbaycanın Dövlət Gerbindən istifadə qaydalarını müəyyən edən yeni qanun qəbul edildi

18-02-2019, 18:05 - Habil Vəliyevin anasının Prezidentə ürək parçalayan müraciəti…

18-02-2019, 11:03 - “Azərbaycanda nəinki bələdiyyə institutu, heç texnikumu da yoxdur” - Müqəddəs Mehdiyev

14-02-2019, 16:24 - Azərbaycanda DYP tələbəyə “avtobus sürücüsü” adı ilə 5 müxtəlif cərimə yazdı - FOTOLAR

14-02-2019, 10:54 - Azərbaycanda 17 min cəriməsi olan sürücülər var- ŞOK FAKT

12-02-2019, 09:59 - İpoteka Fondu ilə banklar arasında qalmaqal – Fondun rəhbərliyilə bağlı ŞOK iddialar…

11-02-2019, 11:26 - Ramil Usubov bu rayona rəis müavini TƏYİN ETDİ

11-02-2019, 11:20 - Qaradağ rayon 4 saylı uşaq xəstəxanasında “bazar qaydaları” dəhşətli görüntülər - VİDEO FOTO

8-02-2019, 18:21 - Bir xəyanətin hekayəsi... - Yaxud Orduxanlarla Aynur Camalı nə və ya kimlər bağlayır?!

7-02-2019, 21:02 - Respublika Klinik Xəstəxanasında ciddi qanun pozuntuları... - VİDEOFAKT

7-02-2019, 10:20 - Yasamal Bələdiyyəsində yaşananlar: Zakir Cəfərov qurumu dolandırmağı bacarmır

6-02-2019, 11:47 - “Əzizbəy KM” -MMC vətəndaşın 77000 min manatını mənimsəyərək onu evsiz qoyub - VİDEO

5-02-2019, 11:29 - Azərbaycanın "şanlı" məmuru Saleh Məmmədovun 22 yaşlı milyoner oğlu - FOTOFAKT

5-02-2019, 08:48 - “Metalistlər” ölkə başçısına necə yalan danışırlar? - Müstəqilliyimizə endirilmiş dəmir yumruq

4-02-2019, 09:43 - “Azərsu”ya qarşı şok iddia: “20 ədəd kanalizasiya quyusunun əvəzinə, cəmi 5 ədəd…” - VİDEO

4-02-2019, 08:59 - Adı MTN işində hallanan klinika rəhbəri TƏBİB-ə sədr gətirilir…

4-02-2019, 08:57 - KİVDF qərarını geri oxuyur – qəzetlərin maliyyələşməsi davam edəcək

ƏƏSMN Beyləqan rayon şöbəsinin müdiri Anar Vəliyevin fırıldaqları davam edir

Tarix:31-07-2018, 12:55 Baxış Sayı:435

ƏƏSMN Beyləqan rayon şöbəsinin müdiri Anar Vəliyevin fırıldaqları davam edir

Şahin Quliyevin hesabına vəzifə tutan müdir Sahil Babayevin diqqətindən yayınır

Anar Əlabbas oğlu Vəliyevin DSMF Beyləqan rayon şöbəsinin müdiri vəzifəsinə gətirilməsi yaxın qohumu və kənd qonlümovşusu, sabiq şöbə müdiri və Səlim Müslümovun yaxın adamı (pulyığanı) Şahin Ənvər oğlu Quliyevin sayəsində baş tutduğunu bütün beyləqanlılar yaxşı bilir.
Şahin Quliyevlə birlikdə hərəkət edən Anar Vəliyev nazirlik sistemindəki əsas dayağını itirdiyinə görə, əvvəlkindən fərqli olaraq, ehtiyatla hərəkət edir və qazancından da geri qalmır. Lakin bu, o demək deyil ki, Anar Vəliyev nazirin dəyişməsinə görə, qaz vurub qazan doldurmaq məramından əl çəkib.
Əksinə, nazir Sahil Babayevin diqqətini cəlb etməmək şərti ilə Səlim Müslümovun zamanından nəzarətinə götürdüyü rayondakı sosial idarə və təşkilatları yenə də əlində cəmləşdirib. Qeyd edək ki, Beyləqanda ƏƏSMN sisteminə daxil olan bütün rayon şöbələrinin rəhbərlərinin hamısı Anar Vəliyevin qohumlarıdır.
Məsələn, Tibbi Ekspert Komissiyasının sədri qardaşı arvadı Leyla Nəsirovadır, DSMF-nin sədri Xəqani Məmmədov kəndçisi və qohumudur, Məşğulluq İdarəsinin müdiri R.Tağıyev isə Azərlotereyanın sədr Maqsud Tağıyevin qardaşı R. Tağıyevdir.
Yəni, ƏƏSMN Beyləqan Rayon Şöbəsinin müdiri rayonda “mafiya babası” hesab olunur və milyonlar sahibi kimi tanınır. Rayon əhalisinin hər biri yaxşı bilir ki, əlillik dərəcəsinin müəyyən edilməsini asanlıqla almaq üçün Tibbi Ekspert Komissiyasının baş həkimi, ƏƏSMN Beyləqan rayon şöbəsinin müdiri Anar Vəliyevin qardaşı arvadı Leyla Nəsirovanın müəyyən etdiyi rüşvətin məbləğini verməsə, onun əlillik dərəcəsi alması və istədiyi məbləğdə təqaüd müəyyən olunması qeyr-mümkündür. Bu cür ağır cinayət əməlin nəticəsidir ki, Anar Vəliyevi və onun komandasını rayonun ən varlı-hallı məmurlarında sayırlar.
Anar Vəliyev və qardaşı arvadı Leyla Nəsirova əhalidən zorla topladıqları milyonlar hesabına Beyləqanda və Bakıda bir neçə obyekt və mənzil əldə ediblər. Bakının müxtəlif rayonlarında çoxmənzilli evlər alaraq, krayəyə veriblər.
Minik avtomobillərinin sayı onlarla ölçülür. Leyla Nəsirova 4 yerdə mənzil alaraq, hər bir evin içərisini qiymətli xarici ev əşyaları ilə təmin etmişdir. Şahin Quliyevə arxalanaraq rayonda sözün əsil mənasında pul qıran Anar Vəliyev o qədər həddini aşıb ki, hətta katibəsinə də Bakıda ev almağı, onun zər-ziba içində yaşamasına şərait yaratmağı unutmayıb.
Katibə məsələsinə gəlincə, qeyd edək ki, Anar Vəliyevin həyat yoldaşı rayon xəstəxanasının ən bacarıqlı cərrahlarındandır. Hazırda cərrahların ən yüksək səviyyədə qazanc sahibləri olduğu heç kimə sirr deyil.
Bununla belə, Anar Vəliyevin yaxşı qazanc gətirən ailəsi olmasına baxmayaraq, öz katibəsi ilə eşq məcarası yaşaması ailədə daim gərginlik yaşanmasına səbəb olur. Tək bircə faktı qeyd edək ki, Anar Vəliyev katibəsinin dişlərinin düzəldilməsinə 10 min manatdan çox pul xərcləyib. Katibəsinə 90 min manata aldığı Bakıdakı mənzilin içərisinə 25 min manatlıq ev əşyaları alıb.
Qeyd etdiyimiz faktlar Anar Vəliyevin əhalini soymaq hesabına əldə etdiyi varidatın yalnız cüzi bir hissəsidir. Onun digər bəd əməlləri barədə oxuculara növbəti yazıda ətraflı bəhs edəcəyik.
Bizi izləyin.

Milletinsesi.info

XƏBƏR LENTİ