Anons

14-03-2019, 11:41 - Yaşıl Dərə sakinlər mavi yanacaqdan əziyyət çəkir - VİDEO

13-03-2019, 21:01 - “Sədərək” rəhbərliyi yetimin qazancına göz dikib - BİABIRÇILIQ

13-03-2019, 20:56 - DYP özbaşnalığı barədə aidiyyəti şəxslərə müraciət !!!

12-03-2019, 18:02 - Həqiqət Abdullayeva şəhər rəhbərliyi ilə münasibətlərini romantik hind filmi sujeti müstəvisində təqdim edir

11-03-2019, 14:24 - Gömrükdə “sahibkarlara anbar tələsi” - “Boşalt-yığ” əməliyyatından yığılan milyonlar…

11-03-2019, 11:32 - Təbrik edirik cənab General!

11-03-2019, 10:55 - “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədovun göstərişidir, bütün şamaxılılar işdən azad edilsinlər”-VİDEO

27-02-2019, 10:07 - Salzburqda Xocalı şəhidləri anıldı

26-02-2019, 09:10 - Ermənilərin Qarabağda girov götürdükləri ruslar başlarına gətirilən müsibətləri danışırlar

25-02-2019, 15:28 - Nəsimiyə həsr olunan rəsm müsabiqəsi elan edildi - Mükafat 10 min manat

21-02-2019, 12:06 - Pulu saymağa 4 işçi ayrılıbmış… - 5,5 milyardlıq iş

20-02-2019, 09:14 - Azərbaycanın Dövlət Gerbindən istifadə qaydalarını müəyyən edən yeni qanun qəbul edildi

18-02-2019, 18:05 - Habil Vəliyevin anasının Prezidentə ürək parçalayan müraciəti…

18-02-2019, 11:03 - “Azərbaycanda nəinki bələdiyyə institutu, heç texnikumu da yoxdur” - Müqəddəs Mehdiyev

14-02-2019, 16:24 - Azərbaycanda DYP tələbəyə “avtobus sürücüsü” adı ilə 5 müxtəlif cərimə yazdı - FOTOLAR

14-02-2019, 10:54 - Azərbaycanda 17 min cəriməsi olan sürücülər var- ŞOK FAKT

12-02-2019, 09:59 - İpoteka Fondu ilə banklar arasında qalmaqal – Fondun rəhbərliyilə bağlı ŞOK iddialar…

11-02-2019, 11:26 - Ramil Usubov bu rayona rəis müavini TƏYİN ETDİ

11-02-2019, 11:20 - Qaradağ rayon 4 saylı uşaq xəstəxanasında “bazar qaydaları” dəhşətli görüntülər - VİDEO FOTO

8-02-2019, 18:21 - Bir xəyanətin hekayəsi... - Yaxud Orduxanlarla Aynur Camalı nə və ya kimlər bağlayır?!

7-02-2019, 21:02 - Respublika Klinik Xəstəxanasında ciddi qanun pozuntuları... - VİDEOFAKT

7-02-2019, 10:20 - Yasamal Bələdiyyəsində yaşananlar: Zakir Cəfərov qurumu dolandırmağı bacarmır

6-02-2019, 11:47 - “Əzizbəy KM” -MMC vətəndaşın 77000 min manatını mənimsəyərək onu evsiz qoyub - VİDEO

5-02-2019, 11:29 - Azərbaycanın "şanlı" məmuru Saleh Məmmədovun 22 yaşlı milyoner oğlu - FOTOFAKT

5-02-2019, 08:48 - “Metalistlər” ölkə başçısına necə yalan danışırlar? - Müstəqilliyimizə endirilmiş dəmir yumruq

4-02-2019, 09:43 - “Azərsu”ya qarşı şok iddia: “20 ədəd kanalizasiya quyusunun əvəzinə, cəmi 5 ədəd…” - VİDEO

4-02-2019, 08:59 - Adı MTN işində hallanan klinika rəhbəri TƏBİB-ə sədr gətirilir…

4-02-2019, 08:57 - KİVDF qərarını geri oxuyur – qəzetlərin maliyyələşməsi davam edəcək

Ağsu əhalisini dinləməyən İcra başçısı - Suyu səfərə göndərən Səfərin sərgüzəştləri tükənmək bilmir

Tarix:4-08-2018, 17:32 Baxış Sayı:1 317

Ağsu əhalisini dinləməyən İcra başçısı - Suyu səfərə göndərən Səfərin sərgüzəştləri tükənmək bilmir

Bir müddət əvvəl Zaqatala rayon sakinləri bu gün isə Ağsu rayon əhalisi narahatlıq hissi keçirməkdədir. Məsələ regionlarda içməli və əkin sahələri ilə yanaşı həyatyanı sahələrin suvarılması probleminin olmasıdır. Beləki bu ərazilərdə yaşayan sakinlər içməli suyun hayına düşdüklərindən heç çöl torpaqlarının hansı halda olmasındanda bixəbər olduqların deyirlər. Təbii ki Su kanal idarələri bu məlumatı təqzib edir və heç özlərində nöqsan görməyərək yalan məlumat verməklə mətbuatı aldatmağada özlərində cəsarət tapmaqdadırlar. Nə qədər inkar etsələrdə reallıq göz qabağındadır. Əhali susuzluqdan əziyyət çəkir. Məhz bu barədə sosial səhifələrdə yüksək vəzifəli şəxslərə səslərinin çatmasına çalışırlar. Əhali özlərini dağların o tərəfində təcrid edildiklərini düşüncəsinə qapılacaq münasibətlə üz-üzə qaldıqlarından imdad diləyirlər.

Bu günlərdə Ağsu sakinləri sosial şəbəkələrdə susuz keçən isti yay günlərindən söhbət açıblar. Beləki sakinlərdən biri qeyd edir ki, Ağsu şəhərin iki hissəyə bölən Ağsu çayı artıq ağsuluların dadına çatmamaqdadır. Qeyd edək ki, Ağsu çayı həmin çaydır ki, bu il bir neçə kəndin sel tərəfindən yuyulması məhs bu çayın dolub daşmasından tar-mar olmuşdu. Ağsu sakini Şəhriyar Kərimovun yazdığı statusunda qeyd edilir ki, ağsuluların susuz qalmasının əsas səbəbi odur ki, Ağsu şəhər Su Melorasiya ASC-nin rəhbərinin başı şəxsi biznesinə qarışdığından əhali unudulub deyə qeyd edir. Ağsu Su kanal idarəsinin müdiri isə yay gəldi sezon başlayır prinsiplərinə üstünlük verərək içməli suyu su maşınlarına dolduraraq əhaliyə pulu xidmət göstərməyə üstünlük verməkdədir. Həmçinin Ş.Kərimov qeyd edib ki, 7 gün ərzində rayon ərazisinə cəmi ümumi olaraq 4 saat su verilir. Bu su verilmə müddətində isə cəmi 5 kub su götürmək mümkün olur. Həmçinin vətəndaş bildirib ki, 12 may 2018-ci il tarixində Prezident İlham Əliyevin əhalinin su ilə təminatının yüksəldilməsi məqsədiylə imzaladığı sərəncam əsasında 35 milyon manat dövlət büdcəsindən vəsait ayrılıb. Prezidentin sərəncamı məhz artizan quyularının və kanaların təmizlənməsinin təmin edilməsi üçün verilən əmr olub. Amma təsüf olsun ki, sərəncam elə imzalanan kağızda olduğu kimi qalıb. Ağsuda olan mənbələrimizdən əldə etdiyimiz məlumatdada qeyd edilir ki, Ağsu şəhəri inkişafdan tamamilə dayanmış və təcrid edilmiş ərazi görünüşün xatırlatmaqdadır. Beləki, Ağsu rayon rəhbərliyi sadəcə kabinetindən çölə çıxmamaqla əhaliyə xidmət etdiyin düşünür. İdarə və müəssisə rəhbərləri isə bu haldan istifadə edərək əhaliyə zülm edirlər. Bir yandanda məhz elə bunun səbəbinin bir başa icra başçısı Ənvər Seyidəliyevin olması göstərilməkdədir ki, buda xalqın əsaslı narahatçılığından irəli gələn iddialardır. Əhali dərdini demək üçün getdiyi RİH-dən sözü ağzında qalmaqdadır.
Hacı Səfərin əhalinin xidmətində deyil öz şəxsi biznesi ilə məşğul olması əhalini narahat edir. Bu fikirlər məhz rayon sakinlərinə məxsusdur. Onlar həmçinin Ənvər Seyidəliyevin Hacı Səfərə verdiyi səlahiyyətlərin nəticəsində əhaliyə xidmətsizlikdə ittiham edilməkdədir. Hörmətli icra başçısı sizin əhaliniz sizdən narazıdı. Hacı Səfər kimdən bu qədər ixtiyar sahibi olub ki əhalini incidilməsinə yüksək səy göstərməkdədir. Ağsu mənbəmizdən verilən mənbə də isə hətta Ağsu Su kanal idarəsinin müdiri Cəmil bəy və Su Melorasiyanın rəhbəri Səfər Məmmədov əhalini vecə almır.
Digər verilən məlumatlarda isə Padar kəndində Azərqaz ASC əməkdaşının gizlin yolla əhalinin qaz sayğaclarının blomların qıraraq və bir neçə sakinin hətta sayğacını oğurlayıblar. Bu prossesdən bir gün sonra qaz istismar idarəsinin rəhbərliyindən bir qurup şəxs kəndə gələrək baxış keçirmək adı altında həmin zədələnmiş sayğacları müəyyən edərək vətəndaşlara qanunsuz cərimə tətbiq edilib. 800 azn təşkil edən cərimələr əslində Azəriqaz ASC-nin Ağsu rayon filiallının əməkdaşları tərəfindən qəsdən edilmiş hərəkət olduğu sakinlər tərəfindən qeyd edilməkdədir. Hətta bir neçə sakinlərə isıə dərhal 2 gün ərzində məhkəmə keçirərək cərimələrə hüquqi qiymət verilməsidə təmin edilib. Hansı sakin cəriməni dinməz öhdəsinə götürərək ödəyəcəyin qeyd edirsə onlar məhkəmə orqanlarından xilas olunur. Kim ki, haqqın tələb edirsə onu dərhal məhkəmə kürsüsünə çıxararaq cəriməyə hüquqi don geyindirilir. Sakinlərin dediyindəndə belə anlaşılır ki artıq Ağsu rayon Məhkəməsinin hakimləri bəzi idarə və müəsissə rəhbərlərinin sifarişi əsasında qərar qəbul etməklə müstəqil olmadıqların subut etmiş olurlar.
Bütün bu məsələlərlə bağlı qarşı tərəflərlə əlaqə saxlamaqa cəhd etsəkdə onlarla əlaqə saxlamağımız mümkün olmadı. Hətta RİH-nin başçısı Ənvər Seyidəliyevə məxsus olan nömrələrə zəng açdıq amma cavab verilmədi.


Mövzuya yenidən qayıdacağıq
Yazıda adları qeyd edilən şəxs və idarələrin mövqeyin dinləməyə hazırıq.
BakuNews.az

XƏBƏR LENTİ