Anons

14-03-2019, 11:41 - Yaşıl Dərə sakinlər mavi yanacaqdan əziyyət çəkir - VİDEO

13-03-2019, 21:01 - “Sədərək” rəhbərliyi yetimin qazancına göz dikib - BİABIRÇILIQ

13-03-2019, 20:56 - DYP özbaşnalığı barədə aidiyyəti şəxslərə müraciət !!!

12-03-2019, 18:02 - Həqiqət Abdullayeva şəhər rəhbərliyi ilə münasibətlərini romantik hind filmi sujeti müstəvisində təqdim edir

11-03-2019, 14:24 - Gömrükdə “sahibkarlara anbar tələsi” - “Boşalt-yığ” əməliyyatından yığılan milyonlar…

11-03-2019, 11:32 - Təbrik edirik cənab General!

11-03-2019, 10:55 - “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədovun göstərişidir, bütün şamaxılılar işdən azad edilsinlər”-VİDEO

27-02-2019, 10:07 - Salzburqda Xocalı şəhidləri anıldı

26-02-2019, 09:10 - Ermənilərin Qarabağda girov götürdükləri ruslar başlarına gətirilən müsibətləri danışırlar

25-02-2019, 15:28 - Nəsimiyə həsr olunan rəsm müsabiqəsi elan edildi - Mükafat 10 min manat

21-02-2019, 12:06 - Pulu saymağa 4 işçi ayrılıbmış… - 5,5 milyardlıq iş

20-02-2019, 09:14 - Azərbaycanın Dövlət Gerbindən istifadə qaydalarını müəyyən edən yeni qanun qəbul edildi

18-02-2019, 18:05 - Habil Vəliyevin anasının Prezidentə ürək parçalayan müraciəti…

18-02-2019, 11:03 - “Azərbaycanda nəinki bələdiyyə institutu, heç texnikumu da yoxdur” - Müqəddəs Mehdiyev

14-02-2019, 16:24 - Azərbaycanda DYP tələbəyə “avtobus sürücüsü” adı ilə 5 müxtəlif cərimə yazdı - FOTOLAR

14-02-2019, 10:54 - Azərbaycanda 17 min cəriməsi olan sürücülər var- ŞOK FAKT

12-02-2019, 09:59 - İpoteka Fondu ilə banklar arasında qalmaqal – Fondun rəhbərliyilə bağlı ŞOK iddialar…

11-02-2019, 11:26 - Ramil Usubov bu rayona rəis müavini TƏYİN ETDİ

11-02-2019, 11:20 - Qaradağ rayon 4 saylı uşaq xəstəxanasında “bazar qaydaları” dəhşətli görüntülər - VİDEO FOTO

8-02-2019, 18:21 - Bir xəyanətin hekayəsi... - Yaxud Orduxanlarla Aynur Camalı nə və ya kimlər bağlayır?!

7-02-2019, 21:02 - Respublika Klinik Xəstəxanasında ciddi qanun pozuntuları... - VİDEOFAKT

7-02-2019, 10:20 - Yasamal Bələdiyyəsində yaşananlar: Zakir Cəfərov qurumu dolandırmağı bacarmır

6-02-2019, 11:47 - “Əzizbəy KM” -MMC vətəndaşın 77000 min manatını mənimsəyərək onu evsiz qoyub - VİDEO

5-02-2019, 11:29 - Azərbaycanın "şanlı" məmuru Saleh Məmmədovun 22 yaşlı milyoner oğlu - FOTOFAKT

5-02-2019, 08:48 - “Metalistlər” ölkə başçısına necə yalan danışırlar? - Müstəqilliyimizə endirilmiş dəmir yumruq

4-02-2019, 09:43 - “Azərsu”ya qarşı şok iddia: “20 ədəd kanalizasiya quyusunun əvəzinə, cəmi 5 ədəd…” - VİDEO

4-02-2019, 08:59 - Adı MTN işində hallanan klinika rəhbəri TƏBİB-ə sədr gətirilir…

4-02-2019, 08:57 - KİVDF qərarını geri oxuyur – qəzetlərin maliyyələşməsi davam edəcək

Fərid Kərimov: "Bir də belə bir şey olsaydı, gedib orada şeir deməzdim."

Tarix:5-08-2018, 16:08 Baxış Sayı:517

Fərid Kərimov: "Bir də belə bir şey olsaydı, gedib orada şeir deməzdim."

Gazette öz şeirləri və şeirlərini fərqli oxunuş üslubu ilə insanlara çatdıran son ayların ən məşhur gənc şairi Fərid Kərimovdan aldığı müsahibəni diqqətinizə çatdırır.

Şeirləri ilə məşhurlaşan Fərid Kərimov kimdir? Özünüzü oxucularımız və oxucularınıza yaxından təqdim edin.

- Şabran rayonunda anadan olmuşam. 2-3 il orda oxuduqdan sonra atamın işi ilə əlaqədar Bakıya köçmüşük. Bir neçə il də burada qaldıqdan sonra yenə Şabrana qayıtmışıq.

Ümumiyyətlə, 11 illik məktəb həyatımda 7 məktəb dəyişmişəm. Amma heç birinin son zənginə getməmişəm. 7 məktəb arasında hansının son zəngində iştirak etməli olmağımla bağlı seçim edə bilmədim və bu səbəbdən də heç birinə getməməyi qərara aldım. Sonradan bu mənə bir az pis təsir etdi. Düşünürdüm ki, kaş gedərdim.
Gözləyirəm indi universitet bitsin, onun məzun gününə gedim. Yeri gəlmişkən, hazırda Bakı Dövlət Universitetində Filalogiya fakültəsində təhsil alıram. O qədər qızın arasında oxuyuram. (gülür)

Bu qədər məktəb dəyişməyimə baxmayaraq hər zaman yaxşı oxumuşam. Ən yaxşı şagirdlərdən olmuşam. Şərəf lövhəsində həmişə şəklim olurdu. Hətta 9-cu sinifdə oxuyanda rayona gəzməyə getmişdim. Elə belə 6-cı sinifdə çıxdığım məktəbə girdim, şərəf lövhəsində hələ şəklim var idi. Müəllimlərim hələ də televiziyada görəndə zəng edirlər, mesaj yazıb təbrik edirlər.

Həyatda əsas fəlsəfəm odur ki, əsas sevgi ilə yaşamaq, hər şeyi sevmək lazımdır. Eşq hər şeydir amma hər şey eşq deyil. Hər şeyə eşqlə yanaşanda adama həqiqətən xoş gəlir. Uşaqlıqda da, həmişə işlədikdə də hər zaman çalışmışam ki, həyatdan zövq alım. O vaxtdan beynimdə elə qalıb. Sonra da yazmağa başladım.

Deyirsiniz ki, sevgi ilə yaşamaq lazımdır. Maraqlıdır, həqiqətən hər zaman belə pozitivsiniz, yoxsa bu özünüz üçün yazdığınız bir obrazdır?

- Ətrafımda olan dostlardan, tanışlardan soruşsanız ki, "Fəridin ən çox işlətdiyi söz nədir?", deyəcəklər ki, "Fərid deyir, hər şərdə bir xeyir var". Təsəvvür edin ki, yanımda dostum pis olur, mən yenə deyirəm ki, “hər şərdə bir xeyir var”.
Doğurdan da elədir. Əgər bir şey olmalıdırsa olacaq. Bunun başqa yolu yoxdur. Tanrının quraşdırdığı bir şeydir sanki. Ola bilərdi ki, yoldan keçəndə maşın məni vursun, onda da bir xeyir var.

İnsanlar sizin şeirlərinizi oxuyanda, dinləyəndə zövq alırlar. Bəs siz necə, öz şeirlərinizi bəyənir, zövq alırsınızmı?

- Heç zövq almıram. İnanırsınız, yolda istədim yolda qulaqlıq vasitəsilə bir az özümə qulaq asım, görüm necədir, qəmlənə bilirəmmi bu şeirlə? Amma heç təsir eləmədi.
Əksinə çox gülürdüm. Buna görə qulaq asıram ki, birdən nəsə səhv ola bilər, ya hansınısa tez və ya gec demişəm bəlkə. Səhvləri görmək üçün qulaq asıram. Şeirlərimi oxuyanda zövq alıram amma dinləyici kimi yox.

Son dönəmlər sosial şəbəkələrin Azərbaycan seqmentində xeyli məşhurlaşmısınız. Amma onu da qeyd etmək lazımdır ki, sosial şəbəkələrdə müsbət rəylərlə yanaşı mənfi rəylər də gəlir. Bu mənfi rəylərdən bir qismi sizin qəmli şeirləri ifa edərkən gülməyinizlə bağlıdır. Sizin bu vəziyyətə münasibətiniz necədir?

- Düzdür, elədir. Normalda fərqli mimikalarda ola bilərəm amma şeir deyəndə özümdən asılı olmadan gülürəm. Lakin şeir deyərkən gülməyimi təkcə mənfi rəy kimi yox müsbət rəy kimi də yazanlar var. Mənfi rəy yazanlara da belə cavab verirəm ki, qəmli şeir dinləyəndə insanlar əslində qəmlənməli, hüznlənməlidir. Amma onu gülə-gülə deyəndə hardasa ümid var ki, nə vaxtsa “qəhrəmanlar” qovuşacaqlar.

Belə deyim, mən 20% insanların hesabına böyümüşəmsə, 80%-da eşqin hesabına böyümüşəm. Məktəbdə saçını dartdığım qızları çıxmaq şərti ilə mənim də istədiyim olub. O insanı böyüdür. Əgər sevgi qarşılıqsız olsa bu insana daha da böyüməyə kömək olur, insanın baxış bucağını dəyişdirir. Baxın, bu şərdə də bir xeyir var. (gülür)

Şeirlərinizin qəhrəmanı kimdir?
- Kimdir deyəndə ki, bir az öncə qeyd etdiyim kimi, məktəbdə saçını dartdığım qızlardan başqa sevdiyim olub. Amma hazırda “qəhrəmanım” yoxdur.

Tanındıqdan sonra həyatınızda dəyişikliklər çox olub? Hazırki vəziyyətinizdən razısınız?

- Yox, razı deyiləm. Keçən dəfə atama deyirəm ki, bir də belə bir şey olsaydı, gedib orada şeir deməzdim. Gedib otağımda öz-özümə deyərdim, ya da ki sənə deyərdim, qulaq asardıq, onunla da qurtarardı. Doğurdan istəmirəm. Çünki, məsələn, keçən dəfə rayona istirahətə getmişəm. Hovuzda uşaqlarla əylənirdik. Bir də gördüm bir nəfər telefonunun kamerasını açıb üstümə gəlir. Hovuzun içində üzə-üzə gəlir ki, gəl şəkil çəkdirək. Mən buradan qaçmışdım ki, bəlkə orda görməzlər, amma inanın, məni demək olar bütün rayon tanıyırdı.

Məşhurluq ümumiyyətlə elə bir şeydir ki, onun öhdəsindən gəlmək çox çətindir.

- Bəli, elədir. Məsələn, YouTube-da bir videom paylaşılanda, ora bir mənfi rəy yazılanda, düzdür, yaxşı rəy də yazırlar sağ olsunlar, istər istəməz ailəmə, yaxınlarıma pis təsir edə bilər və s., bunun kimi şeylər var. Bunlara görə çətindir.
Mən tanınmazdan əvvəl çox rahat idim. Düzdür, demək olar indi də eləyəm, amma əvvəl universitetə gedirdim, hər kəslə deyib gülürdüm, birinin saçını yolurdum, sonra otururdum yerimdə. Uşaqlar da çalışırdılar ki, mənə yaxın otursunlar ki, dərs maraqsız keçməsin. Amma indi belə edəndə deyirlər ki, özünə hörmət eləmir, biri deyir, dünən televiziyada bunu göstərirdilər mədəni oturmuşdu, indi belə edir. İstər istəməz böyüdürlər elədiklərimi. Açığı yenə də əvvəl elədiklərimi edirəm, çünki mənim üçün kimin nə fikirləşməsinin elə də önəmi yoxdur. Mənə belə rahatdı, belə də edirəm.

Gələcək üçün başqa planlarınız var, yoxsa şair olaraq yolunuza davak etmək istəyirsiniz?

- Nəslimizdə ilk universitetə daxil olan mənəm. BDU-da imtahan vermişəm. Təsəvver edin, mən imtahan verəndə nə qədər insan gəlmişdi. Gələ bilməyənlər də tez-tez zəng edib dəstək olurdular. Məndə isə heç həyəcan yox idi. Girib yazdım, çıxdım. 600 bal topladım. İstədiyim fakültədə oxuya bilərdim. Atam deyirdi ki, polis və ya hüquqşunaslığə oxu. Mən bir kəlmə dedim ki, onları oxusam istədiyim olmayacaq. Soruşdu niyə, mən də zarafatyana dedim ki, tutaq ki, polislik oxumaq üçün getsəm, orada qız var? Dedi yox. Dedim yox, onda istəmirəm, məni filalogiyaya qoy. Orada qız çoxdur. Belə zarafyana dedim, aldatdım. Başa düşdü ki, həqiqətən oranı istəyirəm. Azərbaycan dili və ədəbiyyat müəllimliyidi ixtisasım. Belə desəydim qoymazdılar orada oxuyum. Müəllim olmaq fikrim var. Hətta çox istəyirəm universitetdə dərs deyim.
Keçən dəfə başqa sayta müsahibə vermişdim. Atam oxuyub, gəlib mənə dedi ki, sən yaxşı ki, müəllimliyi seçmisən, səndən yaxşı müəllim olacaq.

Başqa bir müsahibənizdə demişdiniz ki, keçirilən sorğu əsasında ən çox "19 yaşım" şeiri bəyənilib. Bəs sizin ən çox sevdiyiniz şeiriniz hansıdır?

- Açığı aralarından çox sevdiyim, "möhtəşəmdir" dediyim yoxdur. Amma bir şeirim var idi, ARB TV-də Elza (red: Seyidcahan) xanımla bir yerdə demişdim, o bir az xoşuma gəlir.

İlk şeirinizi nə zaman yazmısınız? Sizi buna ilhamlandıran nə oldu?

- İlk şeirimi 13 yaşımda yazmışam. Atamla maşınla gedirdik. Atam başqa istiqamətdə getməli oldu, məni düşürtdü, mən də avtobusa mindim. Elə ilk şeirimin ilk misralarını orda yazdım və daha sonra evə də gəlib onu tamamladım.

Əsasən şeirləri bəyənilməyən gənc şairlər iddia edirlər ki, şeirlərini insanlar hələ anlamır və bunun üçün bəyənmirlər. Bəs siz necə fikirləşirsiz? Sizcə insanlar şeirdən anlamırlar, yoxsa şairlər yaxşı şeir yazmırlar?

- Razı deyiləm. İnsanlarımız şeirdən anlayır. Azərbaycanda musiqi duyumu olanlar çoxdur. Adi şeirdə bir heca artıq və ya əskik olan kimi hiss edirlər. Bizdə şeirə maraq böyükdür. “Anlamırlar” deyənlər yəqin ki, özlərini "cool" göstərməyə çalışırlar.


Türkiyəli bir şair demişdi ki, "Eşqsiz bir şeir yazıla bilməz. Eşq bütün mövzuların və cəmiyyətin özüdür, əsasıdır". Sizin bu fikrə münasibətiniz necədir?

- Çox doğru deyib, razıyam. Doğurdan da elədi. Hər şey eşqdir və hər şeyi eşqlə sevgiylə həll etmək mümkündür. Eşqsiz dünya təsəvvür edə bilmirəm. Ağıl da ki bir yerə qədərdir.

Son olaraq oxuculara demək istədiyiniz bir şey var?

- Çox zaman mənə deyirlər ki, şeirlərini tez-tez paylaş. İmkan olduqca paylaşmağa çalışıram. Amma onu da deyim ki, bu yaxınlarda şeir kitabım çıxacaq. Ona görə gec-gec paylaşıram ki, kitabı da oxuyan olsun, sonra kim oxuyacaq o kitabı? (gülür)

Fərid Kərimov: "Bir də belə bir şey olsaydı, gedib orada şeir deməzdim."
Fərid Kərimov: "Bir də belə bir şey olsaydı, gedib orada şeir deməzdim."
Fərid Kərimov: "Bir də belə bir şey olsaydı, gedib orada şeir deməzdim."
Fərid Kərimov: "Bir də belə bir şey olsaydı, gedib orada şeir deməzdim."

XƏBƏR LENTİ