Anons

14-03-2019, 11:41 - Yaşıl Dərə sakinlər mavi yanacaqdan əziyyət çəkir - VİDEO

13-03-2019, 21:01 - “Sədərək” rəhbərliyi yetimin qazancına göz dikib - BİABIRÇILIQ

13-03-2019, 20:56 - DYP özbaşnalığı barədə aidiyyəti şəxslərə müraciət !!!

12-03-2019, 18:02 - Həqiqət Abdullayeva şəhər rəhbərliyi ilə münasibətlərini romantik hind filmi sujeti müstəvisində təqdim edir

11-03-2019, 14:24 - Gömrükdə “sahibkarlara anbar tələsi” - “Boşalt-yığ” əməliyyatından yığılan milyonlar…

11-03-2019, 11:32 - Təbrik edirik cənab General!

11-03-2019, 10:55 - “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədovun göstərişidir, bütün şamaxılılar işdən azad edilsinlər”-VİDEO

27-02-2019, 10:07 - Salzburqda Xocalı şəhidləri anıldı

26-02-2019, 09:10 - Ermənilərin Qarabağda girov götürdükləri ruslar başlarına gətirilən müsibətləri danışırlar

25-02-2019, 15:28 - Nəsimiyə həsr olunan rəsm müsabiqəsi elan edildi - Mükafat 10 min manat

21-02-2019, 12:06 - Pulu saymağa 4 işçi ayrılıbmış… - 5,5 milyardlıq iş

20-02-2019, 09:14 - Azərbaycanın Dövlət Gerbindən istifadə qaydalarını müəyyən edən yeni qanun qəbul edildi

18-02-2019, 18:05 - Habil Vəliyevin anasının Prezidentə ürək parçalayan müraciəti…

18-02-2019, 11:03 - “Azərbaycanda nəinki bələdiyyə institutu, heç texnikumu da yoxdur” - Müqəddəs Mehdiyev

14-02-2019, 16:24 - Azərbaycanda DYP tələbəyə “avtobus sürücüsü” adı ilə 5 müxtəlif cərimə yazdı - FOTOLAR

14-02-2019, 10:54 - Azərbaycanda 17 min cəriməsi olan sürücülər var- ŞOK FAKT

12-02-2019, 09:59 - İpoteka Fondu ilə banklar arasında qalmaqal – Fondun rəhbərliyilə bağlı ŞOK iddialar…

11-02-2019, 11:26 - Ramil Usubov bu rayona rəis müavini TƏYİN ETDİ

11-02-2019, 11:20 - Qaradağ rayon 4 saylı uşaq xəstəxanasında “bazar qaydaları” dəhşətli görüntülər - VİDEO FOTO

8-02-2019, 18:21 - Bir xəyanətin hekayəsi... - Yaxud Orduxanlarla Aynur Camalı nə və ya kimlər bağlayır?!

7-02-2019, 21:02 - Respublika Klinik Xəstəxanasında ciddi qanun pozuntuları... - VİDEOFAKT

7-02-2019, 10:20 - Yasamal Bələdiyyəsində yaşananlar: Zakir Cəfərov qurumu dolandırmağı bacarmır

6-02-2019, 11:47 - “Əzizbəy KM” -MMC vətəndaşın 77000 min manatını mənimsəyərək onu evsiz qoyub - VİDEO

5-02-2019, 11:29 - Azərbaycanın "şanlı" məmuru Saleh Məmmədovun 22 yaşlı milyoner oğlu - FOTOFAKT

5-02-2019, 08:48 - “Metalistlər” ölkə başçısına necə yalan danışırlar? - Müstəqilliyimizə endirilmiş dəmir yumruq

4-02-2019, 09:43 - “Azərsu”ya qarşı şok iddia: “20 ədəd kanalizasiya quyusunun əvəzinə, cəmi 5 ədəd…” - VİDEO

4-02-2019, 08:59 - Adı MTN işində hallanan klinika rəhbəri TƏBİB-ə sədr gətirilir…

4-02-2019, 08:57 - KİVDF qərarını geri oxuyur – qəzetlərin maliyyələşməsi davam edəcək

“DYP-dən gələn iddiaların müzakirə olunmadan onların xeyrinə həll etmək məcburiyyətdir” - Hakim

Tarix:10-08-2018, 15:43 Baxış Sayı:252

“DYP-dən gələn iddiaların müzakirə olunmadan onların xeyrinə həll etmək məcburiyyətdir” - Hakim


Başlıqdan göründüyü kimi vətəndaşın üzıəşdiyi qanunsuzluğu hakim öz qərarı ilə ölkə adından isitfadə edərək təkrar təsdiqləyir. Ulu Öndər Heydər Əliyev deyirdi ki: “Kiməsə qarşı ədalətsizlik edilibsə, bu ədalətsizliyin qarşısını ədalətlə almaq lazımdır. Amma ədalətsizliyə qarşı daha böyük bir cinayət törətmək, ədalətsizlikdən də betərdir.” Masallı şəhər Səfəralı Məmmədov küç, ev 43-də yaşayan Rəşad Məhərrəm oğlu Fərəcov BakuNews.az-a müraciət edərək qeyd edir ki, şəxsi avtomobilimdən istifadə edmədiyim halda belə rayon DYP-si mənə cərimə tətbiq edərək, əlavə olaraq iki il müddətində sürücülük hüququm da əlimdən alndı. Hüquqlarını məhkəmədə müdafiə etməyə cəhd edən Rəşad Fərəcova burada da surpriz qərar təqdim edilir. Masallı rayon məhkəməsinin hakimi Anar Alməmmədov qeyd edir ki, “DYP-dən gələn iddiaların müzakirə olunmadan onların xeyrinə həll etmək məcburiyyətdir”. Şikayətçinin ərizəsini olduğu kimi təqdim edirik:


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə


Surəti: Azərbaycan Respublikasının Şirvan Apellyasiya Məhkəməsinin sədri Rəşadət Ağayevə

Surəti: Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevə

Surəti: Azərbaycan Respublikasının ədliyyə nazirliyinin Təşkilat Baş İdarəsinin rəisi Elçin Qasımova

Surəti: Daxili İşlər Naziri polis general-polkovniki Ramil Usubova

Surəti: Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalova

Surəti: Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədova

Surəti: Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyev



Masallı şəhər Səfəralı Məmmədov küç, ev 43 ünvanında yaşayan Rəşad Məhərrəm oğlu Fərəcov tərəfindən



Ərizə



Hörmətli Prezident!
Hörmətli nazir!


Diqqətinizə çatırmaq istəyirəm ki, mən uzun müddətdir şadlıq evlərində operator vəzifəsini icra etməkdəyəm. Elə buna görədə gecələr yaşadığım mənzilə gedib çıxmaq məcburiyyətində qalıram. 16.07.2018-ci il tarixdə gecə saat 2 raddələrində çalışdığım şadlıq sarayından çıxıb iş yoldaşımın avtomobili ilə yaşadığım küçəyə gəldim. Günüzdən özümə məxsus olan avtomobilimi isə evin yaxınlığında yol kənarında saxlamışdım. Əlimdəki video kameranın çantası mənə məxsus avtomobildə olduğundan onu götürüb kameranı yerləşdirib avtomobilimi yenidən bağlayaraq evə tərəf addımlamağa başladım. Avtomobilimdən 3-4 metr aralanmışdım ki, Masallı rayon DYP Elxan adlı əməkdaşı mənə yaxınlaşaraq içkili olub olmadığımı soruşdu. Mən həmin vaxt içkili olduğumu qeyd etdim. Amma aidiyyatı olmayan sualla yaxınlaşmasına baxmayarq Azərbaycan polisinin verdiyi sualı səlis cavablandırdım. Bu zaman inspektor Elxan mənə bildirdi ki, avtomobilim cərimə duracağına qoyulmalıdır mən isə onunla bölməyə qədər getməliyəm. İnspektorun qanunsuz qərarına cavab olaraq bildirdim ki, mən sükan arxasına əyləşərək avtomobil idarə etmədiyim halda niyə sizinlə getməliyəm? O isə mənim müqavimət göstərdiyimi bəhanə gətirərək PPX çağırdı. Sonra mənə məxsus 10-VX-383 dövlət qeydiyyat nişanlı avtomobili yaşadığım ərazidən uzaqlaşdırdı. Mənim şəxsimə və mülkümə qarşı edilən bu qanunsuz əməllərdən şikayət edəcəyimi bildirdikdə isə əlin hara çatır get orada şikayət elə deyə Elxan qeyd etdi. Mənimlə olduqca kobud rəftar edildi. Orada mən alkaqol testi ilə yoxlanıldım. Daha sonra protokol tərtib edildi. Mən isə öz növbəmdə həmin qərara etiraz edərək onu imzalamadım.

Hörmətli Prezident!
Hörmətli nazir!

“Nazirlər Kabinetinin qərarına görə əgər sürücü içkili olarsa bu zaman onun içkili olduğun təsdiq edən yoxlamalarla alkotesterin cavabı ilə razılaşmadığı halda mütləq şəkildə həkim yoxlamasından keçərək, həkimin rəyi əsasında DYP onun barəsində hər hansı qanuni sənədləşdirmə edə bilər” – deyə qeyd edilir. Həmin günün səhəri saatlarında Məmməd Həbiyevə müraciət edərək başıma gələnləri ona danışdım. M.Həbiyev isə əməkdaşlarını müdafiə edərək bildirdi ki, guya mən içkili avtomobil idarə etmişəm. Amma bunu subut edəcək heç bir dəlil təqdim etmədi.
Qeyd edirəm ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmişdir ki: Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi QAYDALARI-nda, ümumi müddəalarda deyilir:
1.1. Bu Qaydalar "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 5 aprel tarixli 597-IVQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 18 aprel tarixli 864 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi, o cümlədən həmin şəxsin tibbi müayinəyə göndərilməsi və tibbi müayinənin aparılması qaydalarını müəyyən edir.
1.2. Şəxsin sərxoşluğunun xüsusi cihaz vasitəsilə yoxlanılması sanitariya-gigiyena qaydalarına riayət edilməklə həyata keçirilir.
2. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi, o cümlədən həmin şəxsin tibbi müayinəyə göndərilməsi
2.1. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi aşağıdakı əlamətlərdən biri müşahidə olunduqda həyata keçirilir:
2.1.1. nəfəsindən alkoqollu içki qoxusu gəldikdə;
2.1.2. ayaq üstə sərbəst dayana bilmədikdə;
2.1.3. özünü idarə edə bilmədikdə.
2.2. Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir.
2.3. Alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır.
2.4. Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir.
2.5. Şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 406-cı maddəsinə uyğun olaraq protokol tərtib edilir.
2.6. Müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən sənəd 2 nüsxədə tərtib olunur. Həmin sənədin bir surəti nəqliyyat vasitəsini idarə edən şəxsə verilən protokola əlavə edilir, digər surəti isə polis əməkdaşında saxlanılır.
2.7. Nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir.
3. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinənin aparılması
3.1. Alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir.
3.2. Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqol sərxoşluğunun təyin edilməsi qanda alkoqolun bu Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilmiş konsentrasiyasına əsasən müəyyənləşdirilir.
3.3. Narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir.
3.4. Müayinə aparan həkim-narkoloq bu Qaydaların əlavəsinə uyğun formada 3 nüsxədən (əsli və surəti) ibarət tibbi müayinə aktı tərtib edir. Aktda yoxlanılan şəxs barədə məlumatlar (adı, soyadı, atasının adı, doğulduğu tarix, sürücülük vəsiqəsinin nömrəsi), müayinə aparılması barədə qərar qəbul edən orqanın adı və müayinənin səbəbi göstərilir.
3.5. Müayinənin nəticələri aktda qeyd olunur və aktın bir surəti müayinə edilən şəxsə, bir surəti isə onu müayinəyə təqdim etmiş vəzifəli şəxsə təqdim edilir.
3.6. Müayinə olunan şəxs tibbi müayinənin nəticəsi ilə razı olmadığı təqdirdə, o təkrar tibbi müayinənin keçirilməsi barədə müayinəni keçirən tibb müəssisəsinin rəhbərliyinə yazılı ərizə təqdim edə bilər. Bu halda tibb müəssisəsinin rəhbəri təkrar tibbi müayinənin həkim-narkoloqlar tərəfindən təşkil edilən komisyon qaydada aparılması barədə qərar qəbul edir.
"Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsi
Aktın №-si, tarixi, müayinə olunan şəxsin soyadı, adı, atasının adı, doğulduğu tarix, müayinəyə kim tərəfindən və nə vaxt göndərilib (dəqiq vaxt), müayinəni aparan həkimin soyadı, adı, atasının adı və vəzifəsi qeyd edilməlidir.
Göründüyü kimi mənə qarşı tərtib olunmuş bu protokol tam qanuna zidd qayda da qərəzli şəkildə tərtib olunmuşdur.
Masallı rayon məhkəməsi hakimi Anar Alməmmədov məsələyə ədalətli qərar verəcəyini qeyd etsə də, ədalətin olmadığı bir qərarla üz-üzə qaldım. Qanunun kobud şəkildə pozulduğu iddia da isə həkim rəyi olmadan razılaşmadığım protokol əsasında mənə 400 azn cərimə və 2 il sürücülük hüququndan məhrum edən qərar verildi. Hakim Anar Alməmmədov mənə bildirdi ki, DYP tərəfindən gələn iddialar müzakirə edilmədən onların xeyrinə həl edilməsi məcburiyyətdir!. Məcburiyyətlərlə işləyən hakim hansı ədalətdən danışmaq iqtidarındadır?

İmza: Rəşad Fərəcov
24.07.2018-ci il
“DYP-dən gələn iddiaların müzakirə olunmadan onların xeyrinə həll etmək məcburiyyətdir” - Hakim

P.S. Ərizədən göründüyü kimi əynində polis mundiri olan şəxs vətəndaşı etmədiyi əmələ görə ittiham edir. Hətta cərimə tətbiq olunur. Bu azmış kimi Prezident Sərəncamı ilə hakim vəzifəsi daşıyan şəxs isə ölkə adından çıxardığı qərarı DYP-nin göstərişi kimi təqdim edir. Bəs bu məsələdə ədalət hissi harada qalır? Nədən bir polisin əsassız qərarı vətəndaş hüququndan üstün tutulur? Hesab edirik ki, qanunlarla idarə olunan Azərbaycanda, Ulu öndərin söylədiyi kimi “ədalətsizliyiyə qarşı daha böyük cinayətə” yol verilməyəcək.

Mövzuya qayıdacağıq.
Redaksiya yazıda adı çəkilən qurum və şəxslərində mövqelərini dərc edə bilər.
BakuNews.az

XƏBƏR LENTİ