Anons

Bu gün, 10:00 - Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 16% artıb

Dünən, 19:11 - DTX-nə yeni səlahiyyətlər verildi - FƏRMAN

Dünən, 19:09 - ​ADPU rektorunun Muxalifet.az-a qarşı iddiasına baxıldı – HAKİM LİNQVİSTİK EKSPERTİZA TƏYİN ETDİ

Dünən, 11:34 - Nazirlər Kabinetindən kommunal xidmət limitləri ilə bağlı - YENİ QƏRAR

Dünən, 09:12 - Həbsxanada kütləvi qaçış: ölən və yaralananlar var

Dünən, 08:55 - Şöbə müdiri: “Bu il Azərbaycanda biri güclü olmaqla 3 vulkan püskürməsi ehtimal olunur”

16-04-2019, 10:55 - Dərbənd rayon icra hakimiyyətinin başçısı Məhəmməd Cəlilov ikinci dəfə niyə qandallandı?

16-04-2019, 10:54 - Şimali Qafqaz üzrə ekspert Müqəddəs Mehdiyev Rusiya-Azərbaycan sərhəddində saxlanılaraq dindirilib

15-04-2019, 08:44 - Mingəçevirdə şəhid atasından ürəkparçalayan müraciət: “Məktubum prezidentə çatsa…” – Foto

15-04-2019, 08:37 - Ali təhsil müəssisələrinə ərizə qəbulu başa çatır

11-04-2019, 10:30 - Saray qəsəbəsində məcburi köçkünün evi dağıdıldı - VİDEO

8-04-2019, 14:18 - Qobuda 1200-ə yaxın evin 6 minə yaxın sakini Prezident və Mehriban xanımdan kömək istəyir-VİDEO

8-04-2019, 12:24 - Xadimə işlədiyi evdən 40 min manatlıq qızıl-zinət əşyaları oğurlayıb

8-04-2019, 09:57 - Ziyafət Əsgərovun qardaşının himayə etdiyi iddia edilən şəxs İmişlidə faciəyə səbəb ola bilər

4-04-2019, 09:05 - Bağçada uşağa qarşı zorakılıq – Müəllim 5 yaşlı uşağı bu hala saldı? (FOTO,VİDEO)

3-04-2019, 12:32 - Qasım Qasımov, Allahverdi Əliyev və... üçbucağının 20 000 avronu hara verdikləri məlum oldu

3-04-2019, 05:02 - 2 aprel hərracında hansı dövlət əmlakları özəlləşdirildi?

3-04-2019, 04:25 - Radarlar avtomobilinizin sürətini neçə metrdən ölçə bilir – Sirləri öyrənin!

2-04-2019, 09:04 - Rusiyanın daxili işlər naziri gözlənilmədən KXDR-a gedib

1-04-2019, 08:59 - Yaponiyada köhnə həbsxana mehmanxana kimi fəaliyyətə başlayacaq - VİDEO - FOTO

29-03-2019, 09:15 - Uşaqları rus sektoruna qoymaq istəyən valideyinlərə - PİS XƏBƏR

29-03-2019, 08:50 - Bu gün Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Vyanada görüşəcək

29-03-2019, 05:05 - Kimdir günahkar?

14-03-2019, 11:41 - Yaşıl Dərə sakinlər mavi yanacaqdan əziyyət çəkir - VİDEO

13-03-2019, 21:01 - “Sədərək” rəhbərliyi yetimin qazancına göz dikib - BİABIRÇILIQ

13-03-2019, 20:56 - DYP özbaşnalığı barədə aidiyyəti şəxslərə müraciət !!!

12-03-2019, 18:02 - Həqiqət Abdullayeva şəhər rəhbərliyi ilə münasibətlərini romantik hind filmi sujeti müstəvisində təqdim edir

11-03-2019, 14:24 - Gömrükdə “sahibkarlara anbar tələsi” - “Boşalt-yığ” əməliyyatından yığılan milyonlar…

45 yaşlı kişi bir saqqıza 9 yaşlı qızı necə zorladı? — Dəhşətli cinayətin təfərrüatı

Tarix:10-08-2018, 23:04 Baxış Sayı:362

45 yaşlı kişi bir saqqıza 9 yaşlı qızı necə zorladı? — Dəhşətli cinayətin təfərrüatı

Azyaşlı qızı zorladığına görə 9 il həbs cəzasına məhkum olunan Tovuz rayon sakini cəzasının azaldılması üçün Ali Məhkəməyə müraciət edib.

Bakunews.az "ölkə.az”a istinadən xəbər verir ki, cinayət məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə məhkum olunan Əhliman Əhmədovun məhkəmə prosesinə hakim Fərhad Kərimov sədrlik edəcək.

Bakıda azyaşlıya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən Tovuz rayon sakini, 1973-cü il təvəllüdlü Əhliman Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Əhliman Əhmədov Tovuz rayonunda anadan olsa da, yetkinlik yaşına çatandan sonra Bakı şəhərinə köçüb.

İşdən çıxan kişi 9 yaşlı qızla rastlaşdı

Paytaxtda tikinti obyeklərində fəhləlik edən Əhliman Əhmədov Binəqədi rayonu, Biləcəri qəsəbəsində məskunlaşıb. Elə cinayəti də həmin qəsəbədə törədib.

İttihama görə, Əhliman Əhmədov gecə saatlarlında işdən çıxanda evlərinə yollanıb. Biləcəri qəsəbəsində 2008-ci il təvəllüdlü Səlimə Mehdiyevanı (ad və soyad şərti verilib) görüb.

Zorakılıq

Əhliman Əhmədov Səliməyə saqqız almaq adı ilə orada olan marketin arxasına aparıb. Qaranalıq yerdə Əhliman azyaşlı qıza qarşı zorakılıq edib və paltarını soyundurmaq istəyib.

Bu zaman Səlimə Əhlimana müqavimət göstərib. Əhliman qızın ağzından yapışıb və səs-küy salmasına imkan verməyib. O, azyaşlını orada olan yarımçıq tikiliyə gətirib.

Zorlama və hədə-qorxu

Orada qızı zorla soyunduraraq onunla cinsi əlaqədə olub. O, Səlimə ilə zorla cinsi əlaqədə olandan sonra ona hədə-qorxu gəlib.

Əhliman Səlimədən baş verən olayla bağlı valideynələrinə və başqa heç kimə deməməsini tapşırıb. Əks halda onun ata və anasını öldürməklə hədələyib.

Azyaşlıdan şikayət və həbs

Lakin təcavüzə uğrayan azyaşlı evlərinə gəlib. Qızının bu vəziyyətdə olduğunu görən ondan nə baş verdiyini soruşub. Azyaşlı bir nəfər tərəfindən təcavüzə məruz qaldığını anasına deyib.
Bundan sonra azyaşlının valideynləri baş verən olayla bağlı Binəqədi rayon Polis İdarəsinə şikayət ediblər. Onların şikayəti əsasında azyaşlıya qarşı seksual xarakterli hərəkət edən şəxs qısa müəddətdə müəyyən edilərək həbs edilib.

Ciddi rejim: 9 il cəza

Əhliman Əhmədovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əhliman Əhmədov 9 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edib.

"Zorlamamışam, əxlaqsız hərəkətlər etmişəm”

Hökmdən narazı qalan Əhliman Əhmədov apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini istəyib. O, əməlinin Cinayət Məcəllənin 153.2-ci (on dörd yaşına çatmayan şəxs barəsində əxlaqsız hərəkətlər etmək) maddəsinə tövsif edilməsini, həmin maddə ilə islah işləri cəzasına məhkum edilməsi barədə qərar qəbul edilməsini xahiş edib.

Əhliman Əhmədov bildirib ki, azyaşlını yarımçıq tikiliyə aparsa da, onunla təbii, qeyri-təbii yolla cinsi əlaqədə olmayıb. O, bildirib ki, orada azyaşlı qıza qarşı əxlaqsız hərəkətlər edib.

Əsassız şikayət

Təqsirləndirilən şəxsin şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Faiq Qasımovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Əhliman Əhmədovun apelyasiya şikayəti əsassız hesab edilib və bu səbəbdən təmin edilməyib.

Bundan sonra Əhliman Əhmədov eyni tələblə kasasiya şikayəti verib. Onun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.
Ciddi rejimli müəssisədə cəza çəkən məhkumun xahişi

Şikayət hakim Fərhad Kərimovun icraatında araşdırılıb. Hakim kollegiyası kasasiya şikayətini araşdıran zaman 11 saylı ciddi rejimli cəza çəkmə müəssisəsində cəza çəkən Əhliman Əhmədov məhkəməyə məktub ünvanlayıb.

Əhliman Əhmədov məktububnda göstərib ki, o, kasasiya şikayətinə baxılmasından imtina edir. 2017-ci ilin sentyabr ayında hakim kollegiyası onun məktubunu məhkəmə iclasında elan edib.

Daha sonra hakim kollegiyası məhkumun xahişini nəzərə alıb və kasasiya şikatyətini baxılmamış saxlayıb.

XƏBƏR LENTİ