Anons

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

30-03-2018, 14:27 - Bakı Gömrük İdarəsinin rəisi, gömrük generalı Vusal Novruzov rəhbərlik etdiyi sahədə ən kiçik çatışmamazlığa...

19-03-2018, 08:28 - İctimai vəkil Koroğlu MMC-in qondarma ittihamı ilə bağlı ölkə başçısına müraciət etdi

13-03-2018, 17:35 - Sumqayıtda milyonlar hara və kimlərin cibinə gedir?

10-03-2018, 20:11 - AQC-nin yeni sədri Nüsrət İbrahimov seçilib

10-03-2018, 18:24 - Zərrabçılar Qeyri Hökümət Təşkilatını ələ keçirdi - Aynur Camalqızının QHT missiyası nədir...?

7-03-2018, 15:58 - Çılpaq qadınların fotolarını çəkdi - Səbəbinə inanmayacaqsız + VİDEO

28-02-2018, 11:22 - Dövlət orqanlarının Qaynar xətt nömrələri

“Mətbuat cəmiyyətdə güzgü rolunun ifaçısıdır” - DGK-da 5 dəqiqə dayanma rüsumu 1500 AZN

Tarix:13-08-2018, 18:12 Baxış Sayı:655

“Mətbuat cəmiyyətdə güzgü rolunun ifaçısıdır” - DGK-da 5 dəqiqə dayanma rüsumu 1500 AZN


İlk növbədə qeyd edim ki, “Cənab Prezident pulumu alıb mənə qaytarın – vətəndaş etiraz edir” http://bakunews.az/39147-cenab-prezident-pulumu-alib-mene-qaytarin-vetendash-etiraz-edir.htmlsərlövhəli yazı Bakunews.az-ın vətəndaşın xahişinə əsasən müraciət tərəfimizdən dərc edilmişdir. Bundan əlavə olaraq qeyd etmək istərdim ki, mediada illərdir dərc edilən heç bir yazıya DGK-nın mətbuat xidməti adı altında çıxış edərək reaksiya verən şəxslər olmayıb. İllərdir gömrük orqanlarında baş verən özbaşınalıq və vəhşiliyin ictimailəşməsindən sonra adı çəkilən qurumu müdafiə edəcək şəxslər ortalığa çıxmayıb. Nədənsə rəsmi müraciətin məhz Prezidentə edilməsi dərhal yatmış MX-ni şirin yuxusundan edib.

Elə yazının bu şirin yerində tanınmış şairimiz Mirzə Ələkbər Sabirin Hophopnaməsində gözəl bir şeiri yada düşür “Millət necə tarac olur olsun, nə işim var”. Tanınmış şair gələcəkdə həmyerlilərinin gömrük sistemində başına gələcək hasidələri sanki öncədən görərək bu şeirini yazdığın düşünməmək olmur.

Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!
Qoy mən tox olum özgələri ilə nədir karim,
Dünyavü cahan ac olur olsun nə işim var?!

Səs salma, yatanlar ayılar, qoy hələ yatsın,
Yatmışları razı deyiləm kimsə oyatsın,
Tək-tək ayılan varsa da həq dadıma çatsın,
Mən salim olum cümlə cahan batsa da batsın;
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!


Müəllif: Mirzə Ələkbər Sabir

İndi sizə sual edirəm, özünü DGK mətbuat xidməti adlandıran şəxs - 170 yük avtomobilinə Faiq Seyidov qanunsuz olaraq STOP verəndə və media bunu yazanda hardaydın? Vüsal Novruzov tənqid ediləndə hardaydın? Bunlarıda keçdim! Kamaləddin Heydərovla gömrük barəsində mediada durmadan gedən tənqidlər qarşı mövqe bildirmək lüzüm olduğu halda siz hardaydın...? suallarımızı səhərə qədər yazsaq bitmək bilməyəcək. İllərdir mətbuat xidmətinin olduğu məlum olmayan DGK-nın onun mövqeyindən çıxış edənlər kimlərdir. Uzun müddətdir Gömrük ilə bağlı yazılarınızın da kimlər tərəfindən mediadan silindiyinin şahidi olmuşuq. Lüzümsüz çıxışlarınızla özünüzü cəmiyyət qarşısında gülünc vəziyyətə salmayın. Sadəcə reallıq nədirsə onunla kifayətlənməyi bacarın.
Bu suallarımıza cavabınız olacağı təqdirdə sizi dinləmək xoş olacaq inanın!

Sizin verdiyiniz reaksiyadan bir məna çıxır. Bu günə qədər DGK, bölmələri və generalları ilə bağlı yazılan bütün yazılar həqiqəti əks etdirib. Bu gün Prezidentdən yardım istəyən Cəlal Abıyev Hamlet oğlunun müraciəti sadəcə həqiqət deyildi...? Yoxsa reallıq sizin baxış bucağınızda daha fərqli görünməkdədir.

Astara Gömrüyü vətəndaşın 9 aydır yükünü vermir buna müdaxilə etmək səlahiyyətinizdə deyilmi...? Bu gün redaksiyamıza daha bir şikayət gəlib. Yük avtomobilinin dayanacağa daxil olub çıxması maksimum 5 dəqiqə vaxt alıb. Həmin 5 dəqiqəni gömrük dayanacaq haqqı olaraq 1500 manat qiymətləndirilib. Gömrük idarəsinin mətbuat xidməti çıx bunada bir don geyindir. "Olmaya 1 il yüklü avtomobilinə gözətçilik etmisən vətəndaş sual edir. Hansı haqqla almısan 1500 azn məbləğində ödənişi cavab ver qoy vətəndaşda bilsin ki nəyə görə kimə ödəyib 1500 manatı. Adını dövlət rüsumu qoyduğunuz 1500 azn-dən dövlət büdcəsinin heç xəbəridə yoxdur desək yanılmarıq.

Sizə daha hansı neqativ fəaliyyətinizi sayaq ki, media bir dəfə olsun haqqlı məmur isə haqqsız görünə bilsin. Gömrük orqanlarında keçid məntəqələrində insanlara verilən əziyyətlərin görüntüləri hətta satın almağa cəhd etdiyiniz telekanalarda belə yayımlandı nə fayda. DGK sadəcə görüntülərində montaj olduğunu deməklə özünə haqq qazandırmaqdan savayı iş bilmədiyin hər imkanda ifadə etməyi bacarır. Tabeçiliyinizdə olan qondarma media qurumlarına illərdir verdiyiniz maddi dəstək sizin bu günkü əməlinizin ört basdır etməsinə kömək edə bilməz. Hər vasitə ilə vətəndaş haqqını tələb edir və edəcəkdə.

Xroniki xatırlatma: "Birdə xatırladım ki, məhz bizim redaksiyaya məxsus avtomobili qonşu dövlətdən dollar 78 manat olan zaman 2000 dollar civarında ödəniş edərək Azərbaycana gətirdik. Keçən yazılarımızda qeyd etdiyimiz canlı kalkulyatorunuz bizim rəsmi ödədiyimiz qiymətə önəm vermədən avtomobilin bazar qiymətinin 3000 dollar hesablayaraq rəsmiləşdirmək üçün bizdən 3100 dollar rüsum tələb etdi. 72 saat olaraq təyin etdiyiniz rəsmiləşdirmə müddəti bu qanunsuz əməllərinizdən şikayət verib cavab almağa yetmədiyini bir dəfəlik anlamağınız lazımdır. Sizin haqq-ədalət dediyiniz idarəçiliyiniz məhz bundan ibarətdir. Gömrük strukturlarında qanunsuzluq pik həddə çatıb amma buna qarşı tədbir görülmür. Vətəndaşın məktubunu dərc etdikdən sonra Gömrük Komitəsinində Mətbuat Xidəmətinin olması ilə bağlı məlumat belə media nümayəndələrin şok salmağa yetərli olub. Dünənə qədər Dövlət Gömrük Komitəsinin Mətbuat Xidməti harda idi?"

“Şirinlik” olduqda DGK bütün qanunlar saat kimi işləyir. Vay o insanın halına ki, monopolistlərlə deyil azad olaraq iş görmək istəyə və ya şəxsən gedib alverçi olmadan avtomobil gətirə bax o zaman, həmin insanda yandı onun yeddi cəddidə. Xatırladım ki. Azərbaycan Respublikası Konustitusiya ilə idarə edilən mükəməl qanunlar toplusu olan nümunəvi dövlətdir. Bu dövlətimizin qanunlarına gəlin birlikdə hörmətlə yanaşaq.



P.S. Hörmətli DGK-nin mediaya məlum olmayan mətbuat xidməti. Hərcənd ki, vətəndaşın dərc edilmiş müraciətinə daha doğrusu Prezidentə ünvanladığı müraciətinə qərəzli şər-böhtan ifadələrini işlətməklə münasibət bildirmisiniz. Vətəndaşın ünvanladığı müraciəti araşdırılmadan bu tip çıxışınız vətəndaşın deyil DGK-nin məsələyə qərəzli yanaşmanızı sərgiləməkdədir. Xatırladaq ki, vətəndaş məktubunda ondan rüşvət tələb edilib ifadəsini işlətməyib, yaxud da rüşvət vermişəm deyə bildirməyib. Məlumunu olsun deyə qeyd edirik ki, vətəndaş Cəlal Abıyev Hamlet oğlu qeyd edib ki, 4800 ABŞ dolları müqabilində Gürcüstan respublikasından Azərbaycan avtomobil alaraq gətirmişdir. Amma Avtonəqliyyat Baş Gömrük İdarəsinin canlı "kalkulator" rolunun ifaçıları vətəndaşa avtomobilin aldığı qiymətinin iki qatının rəsmiləşdirilməsi haqqını ödəməli olduğunu qeyd edib. Vətəndaşın şikayəti ondan alınan rüsumun 4800 dollar üçün hesablanmalı olduğu halda ona 8000 dollar qarşılığında rüsum çıxarılmasıdır. Və telefonla DGK əməkdaşının pulu ödəməmişdən bizə şikayət edərdin ifadəsidə yanlışdır.

Mövzuya qayıdacağıq

BakuNews.az

Gömrükdə baş verən özbanınalıqlarla bağlı mediada yayılan görüntülər:




Görüntülər Gürcüstan - Azərbaycan sərhədində yerləşən Mazımçay Gömrük məntəqəsində çəkilib.
Sosial şəbəkələrdə yayılan görüntülərdən aydın olur ki, 2 gün gömrükdə gözlədilən və Vüqar adlı səlahiyyətli şəxsin qərəzli münasibətinə etiraz edən Zaqatala rayon sakini 650 kq toxumluq sarımsağı körpüdən Mazımçaya tökür.

XƏBƏR LENTİ