Anons

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

30-03-2018, 14:27 - Bakı Gömrük İdarəsinin rəisi, gömrük generalı Vusal Novruzov rəhbərlik etdiyi sahədə ən kiçik çatışmamazlığa...

19-03-2018, 08:28 - İctimai vəkil Koroğlu MMC-in qondarma ittihamı ilə bağlı ölkə başçısına müraciət etdi

13-03-2018, 17:35 - Sumqayıtda milyonlar hara və kimlərin cibinə gedir?

10-03-2018, 20:11 - AQC-nin yeni sədri Nüsrət İbrahimov seçilib

10-03-2018, 18:24 - Zərrabçılar Qeyri Hökümət Təşkilatını ələ keçirdi - Aynur Camalqızının QHT missiyası nədir...?

7-03-2018, 15:58 - Çılpaq qadınların fotolarını çəkdi - Səbəbinə inanmayacaqsız + VİDEO

28-02-2018, 11:22 - Dövlət orqanlarının Qaynar xətt nömrələri

Şəmkirli avtoritet axtarışa verildi - TƏFƏRRÜATLAR

Tarix:16-08-2018, 16:34 Baxış Sayı:60

Şəmkirli avtoritet axtarışa verildi - TƏFƏRRÜATLAR

Şəmkirli iş adamlarının «Piter savaşı» - müəmmalı qətllər və biznesin sıxılması

Bir müddət əvvəl Sfera.az saytında http://www.sfera.az/semkirin-meyve-oliqarxlarinin-piter-savasi-sifarisli-qetl-adam-ourluu-narkotik-alveri/]http://www.sfera.az/semkirin-meyve-oliqarxlarinin-piter-savasi-sifarisli-qetl-adam-ourluu-narkotik-alveri/ şəmkirli iş adamlarının «Piter savaşı» barədə yazı dərc olunmuşdu. Qeyd olunan yazı ilə bağlı sensasion hesab oluna biləcək məlumatlar əldə olunub. Rusiya hüquq mühafizə orqanlarının araşdırmaları nəticəsində Sankt-Peterburqda azərbaycanlı iş adamları incidən, onlara haqq qoyan kriminal dəstənin başçısı axtarışa verilib. Rusiyada kriminal dairələrdə tanınan Məmmədov Sabirin (başqa adı Seyfəddin) quldur dəstəsi hüquq mühafizə orqanları tərəfindən 2015-ci ildə ifşa olunaraq dağıdılıb.

Məmmədov Sabir kimdir?

Başqa adı Seyfəddin olan Məmmədov Sabir Rusiyada kriminal aləmdə kifayət qədər tanınan avtoritetdir. Bu adam ömrü boyu Şimal paytaxtının bazarlarına nəzarət edərək minlərlə azərbaycanlıdan haqq yığan, adı dəfələrlə ölüm işləri, sifarişli qətllər və kriminal dəstələrlə savaşlarda hallanan birisidir. Əslən Şəmkirin Şistəpə kəndindən olan Sabir Piterdə öz həmkəndlilərindən belə haqq yığmaqla hamıda qorxu və nifrət hisləri oyadan biri kimi tanınır. Uzun illər soyuq piştaxtalarda alver edən zavallı azərbaycanlıları guya hüquq mühafizə orqanlarından qoruyur, pul verməyənləri döydürür və ram edir. Ancaq bu sərgüzəştlərin bir sonu olmalı idi və oldu da. 2016-cı ildə quyruğu qapı arasında qalan Sabir Rusiyada etdiyi əməllərinə görə axtarışa verilir (bax. Foto-1-2) və Azərbaycana qaçmalı olur.

Məmmədov Sabirin qardaşları Novruz və Mübariz isə həbsdən can qurtara bilmir. Rusiya hüquq-mühafizə orqanları onları ədalət məhkəməsinə təhvil verirlər. Bir il çəkən prosesdən sonra Novruz və Mübariz müvafiq olara 15 il və 11 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda da Rusiya həbsxanalarında saxlanılırlar. Etibarlı mənbələrdən əldə olunan məlumata görə həbsdə olan qardaşlar öz kriminal əlaqələri hesabına həbsdə də özlərini adekvat aparmırlar.

Azərbaycana qaçan Məmmədov Sabirin Rusiyada axtarışda olmasından vətənində xəbərdar deyillər. Yoxsa onun Rusiya qeydiyyat nişanı ilə idarə etdiyi dəbdəbəli Gelenvagen markalı avtomobilini çoxdan saxlayar və onu etdiyi əməllərinə görə dərhal həbs edərlər. Yəqin o, ölkədə başqa ad və soyadla hərəkət edir və Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən onun kimliyi bəlli deyil.

Sabir Elbrusa niyə himayədarlıq edir?

Azərbaycanlı iş adamlarını incidənlərdən biri də Elbrus Məmmədovdur. Bu təsadüfi də deyil. Axı onu Sabir kimi kriminal dairələrdə nüfuzu olan şəxs himayə edir. Elbrus Məmmədovun adı bir çox qalmaqalda çəkilib. Onun Razil Məmmədov adlı iş adamının başını yararaq, xəsarət yetirdiyi barədə əksər saytlarda xəbər yayılmışdı. Razil Məmmədov özü bu barədə jurnalistlərə açıqlama vermişdi. Musavat.com-un əldə etdiyi məlumatda bildirilir ki, Xəlilov qardaşlarının 1 milyon 500 min dollarını Elbrus Məmmədovla Elçin Əhmədov əlbir olub, ələ keçirib. Bu olayın hekayəsi isə son dərəcə maraqlıdı. "Kommersant”ın məqaləsində də https://www.kommersant.ru/doc/3676178]https://www.kommersant.ru/doc/3676178 adı keçən Rövşən Muradovun deyilənə görə, Elçin Əhmədovla Elbrus Məmmədova 1 milyon 500 min manat borcu varmış. Mənbəmiz bildirir ki, bu borcu Rövşən ödəyə bilmədiyi üçün Elçin Əhmədovla Elbrus Məmmədov onu girov götürüblər. Hədə-qorxu gələrək pulu ödəməsini tələb ediblər.

Rusiya hüquq-mühafizə orqanları Elçin Əhmədovla Elbrus Məmmədovun barəsində axtarış elan ediblər. Mənbənin məlumatına görə, onlar həbsdən yayınmaq üçün Azərbaycana qaçıblar.

Hazırda Elbrus Məmmədov Azərbaycanda qoçuluq etmək istəyir. Ayağında 4 ölüm işi olan, mümkün olan və olmayan cinayətlər edən adam buradan öz quldur dəstəsinin köməyi ilə Peterburqda işləri idarə edir. Sabirin köməyi ilə yenə də azərbaycanlı iş adamları sıxışdırır, haqq qoyur, haqq verməyənləri ölümlə hədələyir, döydürür.

Sabir və Elbrusun hədəfi

Belə qurbanlardan biri Sankt-Peterburqda azərbaycanlılar arasında yüksək nüfuza malik olan Novruz Xəlilovdur. Bu adam uzun illər orada yaşayan azərbaycanlılara dayaq olub, çətin günlərində kömək edib. İndi isə o özü təhlükədədir. Onun həyatına qəsd etmək istəyən həmyerlisi Elbrus onun normal fəaliyyət göstərməsinə imkan vermir. Biznesi sıxılıb, küllü miqdarda pulu zor vasitəsilə əlindən alınıb, tabe olmayacağı təqdirdə isə ölümlə hədələnir.

Novruz Xəlilovun bəxti heç cürə gətirməyib. Sabir və Elbrusun təzyiqi az imiş ki, onların yaxın adamı Füzuli də onların təkidi ilə Novruz Xəlilovu təkləyib. Füzuli və himayədarları (redaksiyamıza onlar barədə də ətraflı məlumat daxil olub və yaxın günlərdə ayrıca material veriləcək) Azərbaycanda bir çox şəxslərə müraciət edərək Novruzu sıxmaqda davam edirlər. Onun şərlənməsi üçün müxtəlif şəxslərə pullar və hədiyyələr vəd edilir. Novruz kömək istəyir. Bu məqsədlə Rusiyada fəaliyyətinə edilən müdaxilələrə görə hüquq-mühafizə orqanlarına müraciət edib və ona qarşı aparılan kampaniyanın ədalətlə həll olunmasına səy göstərir.

////Musava.com

Şəmkirli avtoritet axtarışa verildi - TƏFƏRRÜATLAR
Şəmkirli avtoritet axtarışa verildi - TƏFƏRRÜATLAR

XƏBƏR LENTİ