Anons

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

30-03-2018, 14:27 - Bakı Gömrük İdarəsinin rəisi, gömrük generalı Vusal Novruzov rəhbərlik etdiyi sahədə ən kiçik çatışmamazlığa...

19-03-2018, 08:28 - İctimai vəkil Koroğlu MMC-in qondarma ittihamı ilə bağlı ölkə başçısına müraciət etdi

13-03-2018, 17:35 - Sumqayıtda milyonlar hara və kimlərin cibinə gedir?

10-03-2018, 20:11 - AQC-nin yeni sədri Nüsrət İbrahimov seçilib

10-03-2018, 18:24 - Zərrabçılar Qeyri Hökümət Təşkilatını ələ keçirdi - Aynur Camalqızının QHT missiyası nədir...?

7-03-2018, 15:58 - Çılpaq qadınların fotolarını çəkdi - Səbəbinə inanmayacaqsız + VİDEO

28-02-2018, 11:22 - Dövlət orqanlarının Qaynar xətt nömrələri

Şahdağ Milli Parkı vəhşicəsinə məhv edilir, Muxtar Babayev isə susur - (VİDEO)

Tarix:17-08-2018, 12:37 Baxış Sayı:208

Şahdağ Milli Parkı vəhşicəsinə məhv edilir, Muxtar Babayev isə susur - (VİDEO)

Yaşılıqların və meşə zolaqlarının ölkə boyunca talan edilməsi prosesi davam edir. Prezident seçkilərindən sonra Ekologiya va Təbii Sərvətlər Naziri postunda dəyişiklik edilərək bu kürsüyə Muxtar Babayevin təyin olunması da heç nəyi dəyişməyib. Əksinə meşələrin qırılması əvvəl gizli şəkildə həyata keçirilirdisə indi proses aşkar şəraitdə həyata keçirilir.

Bakunews.az AzToday.az-a istinadən xəbər verir ki, Muxtar Babayevin bu posta təyinatı ictimaiyyətdə müəyyən ümidlər yaratsa da lakin aradan keçən çox qısa zaman kəsiyində bu ümidlərin heç bir əsasa söykənmədiyi təsdiqlənməkdədir. Bunu dövri mətbuatda dərc olunan yaşıllıqların məhv edilməsi ilə xəbərlər sübut edir.

Artıq vəziyyət o həddə qədər inkişaf edib ki, xüsusi mühafizə olunan qoruq və milli parkların ərazilərindəki yaşıllıqlar məhv edilir.

Sayta daxil olan videogörüntülərdən məlum olur ki, Şahdağ Milli Parkının Qəbələ rayonu hissəsində ağaclar kütləvi şəkildə məhv edilir. Videolarda Şahdağ Milli Parkının səlahiyyətli şəxslərinin merkantil maraqlarının heç bir sərhəd tanımadığı görünür. Belə ki, qırılan meşə ərazisi bir müddət sonra səhralığa çevrilə bilər…

Qeyd edək ki, Prezident İlham Əliyevin 2006-cı il 8 dekabr tarixli, 1814 saylı sərəncamı ilə yaradılan Şahdağ Milli Parkının ilkin olaraq ərazisi 115,895 hektar təşkil etsə də, Nazirlər Kabinetinin 8 iyul 2010-cu il tarixli, 193/S nömrəli Sərəncamı ilə Şahdağ Milli Parkının ərazisi 14,613.1 hektar genişləndirilərək 130,508.1 hektara çatdırılmışdır. Şahdağ Milli Parkına İsmayıllı və Pirqulu Dövlət Təbiət Qoruqları 21,014 hektar, Quba, Qusar, İsmayıllı, Qəbələ, Oğuz və Şamaxı rayonlarının inzibati ərazilərində olan dövlət meşə fondu torpaqları 81,797 hektar və həmin rayonların hüdudlarındakı yüksəkliklərdə yerləşən və istifadəsiz yaylaqlar daxildir.

Şahdağ Milli Parkının yaradılmasında məqsəd çoxlu sayda endemik və nəsli kəsilməkdə olan növlər və transsərhəd köçəri heyvanlar da daxil olmaqla qlobal əhəmiyyətli dağ meşələri və yüksək dağlıq ərazilərdə yerləşən otlaqlar ekosisteminin bərpası, qorunması və idarə edilməsi, torpağın münbit qatının qorunub saxlanılması, ərazi üçün xarakterik olan fauna və flora növlərinin qorunması, artırılması və zənginləşdirilməsi, həmçinin, təbii kompleksin sabitliyinin tənzimlənməsi, elmi-tədqiqat işlərinin aparılması üçün daha əlverişli şəraitin yaradılması, eləcə də ətraf mühitin monitorinqi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi və böyük turizm potensialı olan ərazidə ekoturizmin inkişafının təmin edilməsidir.Bu vəzifənin icrası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin üzərinə qoyulub.

Qəbələ rayon sakinin Şahdağ Milli Parkında çəkdiyi görüntüləri təqdim edirik:





Görüntülərdən məlum olur ki, edilən şikayətlərə baxmayaraq Şahdağ Milli Parkında meşələrin məhv edilməsi prosesi indi də davam edir:




Şahdağ Milli Parkında baş verənlərlə bağlı araşdırmalarımız davam edir. Ümid edirik ki, muvafiq qurumlar Şahdağ Milli Parkında baş verənlə bağlı tədbir görüləcək…

XƏBƏR LENTİ