Anons

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

14-05-2019, 17:36 - “1600 AZN kompensasiya düşür, 516 manat rüşvət istəyirlər” - “Muğanbank”a ittiham

14-05-2019, 13:30 - Həkim Qafar Cəfərov vətəndaşı yaraladı, Polisin hərəkətsizliyindən Prezidentə şikayət edildi -Foto

9-05-2019, 10:59 - Baxça müdirəsi deputat və icra başçısı, müavin tərəfindən müdafiə edilir - İDDİA... MASALLIDA

7-05-2019, 12:42 - Amerikada gözəllik yaradan azərbaycanlı xanım

7-05-2019, 10:37 - “Azəriqaz” rəhbəri haqda prezidentə elə bir dosye verilib ki…

7-05-2019, 10:33 - Azərbaycanlı qız “ölüm” reysindən necə qurtuldu?

7-05-2019, 10:12 - Düşmən atəşkəs rejimini yenə pozdu

7-05-2019, 10:10 - Elçin Quliyev gürcüstanlı həmkarı ilə sərhəddəki vəziyyəti müzakirə edib

6-05-2019, 12:31 - Ulu öndərə sadiq insan ( Telefonçu qız )

6-05-2019, 10:15 - DYPŞ polis mayoru Namik Məmmədov vətəndaşın hüquqlarını pozması iddiası ilə nazirə müraciət edildi - FOTO

2-05-2019, 16:15 - Səbuhi Abbasov “Xüsusi xidmətlərə görə” Ordeni ilə təltif edildi

2-05-2019, 16:07 - Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib

2-05-2019, 15:58 - Cəlilabad təhsil şöbəsinin müdirinə ittiham - "... Bizimki sayı itirib"

30-04-2019, 03:45 - Yasamal DYP qəza şöbəsi vətəndaşı rüşvət vermədiyinə görə necə qəzanın günahkarı çıxarıb..?

30-04-2019, 02:28 - Priverdiyev bəlası bitdi, Balababa bəlasına start verildi..?

26-04-2019, 15:02 - AĞSUNUN QARA GÜNLƏRİ - Video

26-04-2019, 14:30 - Ağdam rayon 71 saylı tam orta məktəbdə Nazir necə aldadılır

Əsas təslim olmayasan. Sığınacaqda böyüyən qız universitetə qəbul oldu, ancaq...

Tarix:20-08-2018, 10:13 Baxış Sayı:309

Əsas təslim olmayasan. Sığınacaqda böyüyən qız universitetə qəbul oldu, ancaq...

Bu il Azərbaycanda keçirilən qəbul imtahanı zamanı unikal hadisə baş verib.
Oxu.Az-ın müxbiri uşaqlar evində böyüyən və Mədəniyyət və İncəsənət Universitetinə daxil olan qızla söhbət edib.

Qəhrəmanımız Darida Usova həyatın acı günlərini universitetə qəbul olunmasından xeyli əvvəl, uşaq yaşlarında atasının onu atması və 12 yaşında anasının himayəsindən məhrum olmasından sonra görüb.

Ögey bacısı onun tərbiyəsini üzərinə götürsə də, Darida onun yanından qaçıb. O, üç il ərzində bacısının evində döyülüb, qul kimi işlədilib və alçaldılıb.

Bu gün Darida həyatının qaranlıq səhifələri haqqında danışmır və sorğu-sual olunaraq o günlərə qayıtmaq istəmir. Qısa saçlı Darida həmyaşıdlarından fərqli olaraq, həyatın çətin anlarına qarşı kişi kimi dayanır. Ancaq onun gözlərində ağrı və əzabı görmək olur.

Həyatında ağır zərbələr almasına baxmayaraq, Darida ağıllı, gözəl və mədəni böyüyüb.

15 yaşlı, rus görünüşlü bu qızcığaz ikinci dəfə Bakı küçələrində qalmalı olub.

"Bir yaxşı dostum mənə məsləhət gördü ki, uşaqlar evinə gedim. Ac və yorğun ora getdim. Onlar məni doğma övladları kimi qəbul etdilər. Buna görə onlara çox təşəkkür edirəm”, - Darida deyib.

Beləliklə, o, "Təmiz dünya” İctimai Birliyinin xətti ilə uşaqlar evinə qəbul olunub.

"Həyat ona o qədər əzab verib ki, ilk vaxtlar Darida gülümsəmirdi. O, hər şeydən qorxurdu. Allaha şükür olsun ki, universitetə girdikdən sonra onun üzündə gülüş yarandı”, - uşaqlar evinin nümayəndəsi bildirib.

"Beləliklə, mənim uşaqlıq arzum yerinə yetdi. Uşaq yaşlarımdan çəkdiyim rəsmlər çoxlarının xoşuna gəlir. Uşaq evinin bütün kollektivi ilə bunu qeyd etdik”, - Darida söyləyib.

Həyatın çətinliklərinə görə o, orta məktəbi yarımçıq dayandırmalı olmuşdu. Ancaq uşaqlar evinin rəhbərliyinin səyi nəticəsində o, burada yaşadığı müddətdə məktəbin 10-11-ci siniflərini başa vurur.

''Bacardığım qədər çox çalışırdım. Məni pulsuz hazırlayan müəllimlərə təşəkkür edirəm.

Bütün imkanları - anası, atası, qohumları olan, ancaq öz üzərində işləməyən uşaqları başa düşmürəm. Dərsdən qaçmaq, vaxtını əyləncəyə sərf etmək, kompüter və noutbukdan asılı olan, narkotik qəbul edən...

Qısa desək, onlar özləri üçün problem yaradır. Sonra da deyirlər ki, həyat uğursuzdur.

Həyat, çörək, nəfəs almaq uğrunda mübarizə aparmaq lazımdır.

Mübarizə aparmaq və göydə Allaha, yerdə yaxşı insanlara təşəkkür etmək...

Güclü olmaq lazımdır. Düşünürəm ki, mübarizəmə görə Allah məni mükafatlandırdı.

Universitetdə oxumaq və layiqli azərbaycanlı olmaq istəyirəm. Dünyada öz yerimi tapmaq istəyirəm” , - Darida əlavə edib.

Daridanın təmiz Azərbaycan dilində söylədiyi fikirlərdə tez-tez Allahın adını çəkməsi diqqətimizdən yayınmayıb.

Öyrəndik ki, xristian ailəsində doğulan Darida 17 yaşında öz istəyi ilə İslamı qəbul edib.

"Məni xristianlar dünyaya gətirib, müsəlmanlar isə məni yaşadıb. Gözəl günlərin birində İslamı öyrənməyə başladım. Bunu qəlbən istəyirdim.

İslamın gözəlliyini və böyüklüyünü öyrəndikdən sonra uşaq evinin rəhbərliyindən xahiş etdim ki, məni məscidə aparsınlar. Müsəlman olmağımla fəxr edirəm”, - Darida bildirib.

Burada qəhrəmanımızla söhbəti bitirə bilərdik, əgər "amma” çıxmasaydı. Biz Daridanın başqa problemini də deməliyik.

Universitetə qəbul olandan sonra Darida öyrənib ki, onun ixtisası pulludur və illik 1800 manat ödəməlidir. Bu, hökmə bənzəyirdi. Qızın öz dili ilə desək, o, heç yuxusunda bu qədər pulu bir yerdə görməyib.

Qızın gözündəki yaşı görən "Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova onun üçün mübarizə aparmaq qərarına gəlib.

"Sən oxuyacaqsan”, - vədini verən sədr bütün qapıları döyməyə başlayıb.

Zeynalovanın sözlərinə görə, o, artıq Təhsil Nazirliyinə və universitet rəhbərliyinə müraciət edib.

"İstəyirik ki, onlar bizə kömək etsinlər. Ola bilsin ki, onu pulsuz ixtisasa keçirmək olacaq. Baxaq... Bu günlərdə nazirlik öz qərarını bizə açıqlamalıdıt. Fürsətdən istifadə edərək, bu qıza kömək edə biləcək imkanlı şəxslərə müraciət edirəm” , - uşaqlar evinin direktoru qeyd edib.

Sonda demək istərdim ki, əgər hər birimiz ona kömək etməyə çalışsaq, bunu bacararıq - kimsə bu məqaləni çap etsə, kimsə sosial şəbəkədə paylaşsa, məqsədimizə çatacağıq və Darida oxuyacaq. Axı o, qanunsuz heç nə istəmir. Sadəcə, oxumaq istəyir. Allah sənə kömək olsun, Maşinka.

XƏBƏR LENTİ