Anons

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

30-03-2018, 14:27 - Bakı Gömrük İdarəsinin rəisi, gömrük generalı Vusal Novruzov rəhbərlik etdiyi sahədə ən kiçik çatışmamazlığa...

19-03-2018, 08:28 - İctimai vəkil Koroğlu MMC-in qondarma ittihamı ilə bağlı ölkə başçısına müraciət etdi

13-03-2018, 17:35 - Sumqayıtda milyonlar hara və kimlərin cibinə gedir?

10-03-2018, 20:11 - AQC-nin yeni sədri Nüsrət İbrahimov seçilib

10-03-2018, 18:24 - Zərrabçılar Qeyri Hökümət Təşkilatını ələ keçirdi - Aynur Camalqızının QHT missiyası nədir...?

7-03-2018, 15:58 - Çılpaq qadınların fotolarını çəkdi - Səbəbinə inanmayacaqsız + VİDEO

28-02-2018, 11:22 - Dövlət orqanlarının Qaynar xətt nömrələri

Övlad itkisi yaşamış məşhurlarımız — SİYAHI

Tarix:24-08-2018, 15:02 Baxış Sayı:52

Övlad itkisi yaşamış məşhurlarımız — SİYAHI

Dünyada övlad itkisindən böyük acı yoxdur. Hər bir valideynin arzusu övlad çiynində son mənzilə yola salınmaqdır. Amma bəzən valideynlər övladlarını çiyinlərində son mənzilə yola salırlar. Belə bir acı məşhurlarımızdan da yan keçməyib.

"Ölkə.Az" övlad itkisi yaşamış azərbaycanlı məşhurların bir qisminin siyahısını təqdim edir.

Tanınmış aktyor-rejissor, əməkdar artist Elxan Qasımovun oğlu Samir Qasımov 30 yaşında avtoqəzada həlak olub. Qeyd edək ki, S.Qasımov da rejissorluqla məşğul idi.

Əməkdar artist Zöhrə Abdullayeva da övlad itkisinin acısını yaşamış məşhurlardandır. Sənətkarın gömrük orqanlarında çalışan 46 yaşlı övladı bu il beynin xərçəngindən dünyasını dəyişib. Müğənni bu ağır itkidən sonra səhnə fəaliyyətinə son qoyduğunu açıqlayıb.

Xalq artisti Teymur Mustafayevin oğlu Bakıxan Mustafayev isə on bir il öncə övlad acısı yaşayıb. Sənətkarın oğlu Bakıxan Mustafayev şəxsi avtomobilində baş verən yanğın nəticəsində həyatını itirib.

Tanınmış televiziya aparıcısı Afaq Gəncəlinin oğlu Qədirxan isə 2015-ci ildə qan xərçəngindən vəfat edib.

Məşhur diktor, xalq artisti Şərqiyyə Hüseynovanın qızı Mehriban Əhmədova 2015-ci ildə 44 yaşında beyinə qan sızması nəticəsində vəfat edib. M.Əhmədovanın bir qız övladı var.

"Space" telekanalının xəbərlər proqramının aparıcısı Elvin Basqallının bir yaşlı Fidan bu ilin mart ayında ürək çatışmazlığından dünyasını dəyişib.

Xalq artistləri Roza Tağıyeva və Rafiq Hüseynovun izdivacından dünyaya gələn oğlan uşağını isə 1984-cü ildə-18 yaşında qətlə yetirmişdilər. Həmin vaxt ölkəni şoka salan bu hadisənin ən dəhşətli hadisəni törədən cinayətkar, gənci qətlə yetirməklə kifayətlənməmiş, onun meyitini doğrayaraq çemodana yığmışdı. Məhz bu faciədən bir müddət sonra məşhur cütlük rəsmi şəkildə ayrılmışdı.

Tanınmış aktrisa Kübra Əliyevanın böyük oğlu Rauf Məmmədov isə 2015-ci ildə vəfat edib. Qeyd edək ki, aktrisa bir neçə il öncə də kiçik övladını faciəli şəkildə itirmişdi.

Xalq artisti Səməd Səmədovun ilk evliliyindən olan Emin adlı oğlu isə bir müddət öncə 24 yaşında dünyadan köçüb.

Xalq artisti Arif Quliyevin oğlu Fərid Quliyev də gənc yaşında dünyasını dəyişmiş məşhur övladlarındandır. Onun vərəm xəstəliyindən vəfat etdiyi bildirilir.

Mərhum xalq artisti Nuriyyə Əhmədova isə həm oğul, həm də qız övladlarının itkisini yaşamışdı.

XƏBƏR LENTİ