Anons

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

30-03-2018, 14:27 - Bakı Gömrük İdarəsinin rəisi, gömrük generalı Vusal Novruzov rəhbərlik etdiyi sahədə ən kiçik çatışmamazlığa...

19-03-2018, 08:28 - İctimai vəkil Koroğlu MMC-in qondarma ittihamı ilə bağlı ölkə başçısına müraciət etdi

13-03-2018, 17:35 - Sumqayıtda milyonlar hara və kimlərin cibinə gedir?

10-03-2018, 20:11 - AQC-nin yeni sədri Nüsrət İbrahimov seçilib

10-03-2018, 18:24 - Zərrabçılar Qeyri Hökümət Təşkilatını ələ keçirdi - Aynur Camalqızının QHT missiyası nədir...?

7-03-2018, 15:58 - Çılpaq qadınların fotolarını çəkdi - Səbəbinə inanmayacaqsız + VİDEO

28-02-2018, 11:22 - Dövlət orqanlarının Qaynar xətt nömrələri

SHXÇDX, Salyan rayon idarəsində biabırçı olay yaşanıb - ŞOK VİDEO İTTİHAM

Tarix:27-08-2018, 17:42 Baxış Sayı:1 551

SHXÇDX, Salyan rayon idarəsində biabırçı olay yaşanıb - ŞOK VİDEO İTTİHAM

“Onu da bildirim ki, Arzu Rəhimovun rəhbərlik etdiyi bu qurumda övladımızı “komsovat” etmək üçün ilk əvvəl bizdən 3 (üç) min manat “haqq-hesab” istədilər”

Son vaxtlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Salyan rayon idarəsində yaşanan biabırçılıqlarla bağlı dövrü mətbuatda dərc olunan məqalələrin ardı-arası kəsilmir. Belə bir səbəblər üzündən də, işıq üzü görən açıqlamaları oxuyan hər kəs bu yöndə lazımi məlumatları əldə etdikdən sonra, adı çəkilən qurumda idarəetməni həyata keçirən rəhbər şəxslərin vətəninə, xalqına olan “sevgisini və bağlılığını” tam çılpaqlığı ilə ayrıd edə bilirlər. Onu da bildirək ki, bəlkə də bu gün SHXÇDX dövlət qurumları içərisində ən çox tənqid atəşinə tutlan sahələrdən biridir. Çünki, hal-hazırda bu sahə ilə bağlı problemlər nəinki azalır, hətta gündəlik problemlərin üstünə yeni bir problemlər də əmələ gəlməkdə davam edir. Belə bir “bezpredel” vəziyyətin əmələ gəlməsinə səbəb olan amillərdən ən əsası, vəzifə sahibi olan bir çox şəxslərin şəxsi maraqlarının təminatı yöndə lazımi addımlarını atmalarıdır. Bir neçə gün bundan əvvəl redaksiyamıza Salyan rayonu, Taleh Bağırzadə küçəsi ev-50 ünvanda yaşamış və hal-hazırda isə “N” saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olan Tağıyev Nuramin Rza oğlunun valideyinləri müraciətlərini çatdırıblar. Onlar yazmış olduqları müraciətlərində qeyd edirlər ki, “övladımız Nuramin Tağıyev 10 may 2000-ci il tarixdə anadan olub və onun sağ ayağının alt hissəsi anadangəlmə düzdür. Həkim müayinəsi zamanı ayağındakı problemlə bağlı ona 2 (qeyri-kafi), gözündəki problemlə bağlı 3 (kafi), ürəyindəki yırtıqla bağlı isə 3 (kafi) qeydiyyatı yazdılar. Övladımızdakı belə bir problemlərin varlığına və rəhbərliyin, hərbi həkim komissiyası üzvlərinin əmələ gələnlərlə bağlı ətraflı xəbərdar olmalarına baxmayaraq, Nuramini bu ilin 4 iyul günü SHXÇDX, Salyan rayon idarəsindən həqiqi hərbi xidmətə göndərdilər. Onu da bildirək ki, Arzu Rəhimovun rəhbərlik etdiyi bu qurumda övladımızı “komsovat” etmək üçün, ilk əvvəl bizdən 3 (üç) min manat “haqq-hesab” istədilər. Maddi imkansızlıq ucbatından həmin məbləği düzəldib onlara verə bilmədik, o halda Nuramini hərbi xidmətə “yararlıdır” adı altında göndərdilər. Artıq həmin vaxtdan iki aydan bir qədər çox vaxt keçib. Elə ki, “N” saylı hərbi hissədə xidmətdə olan övladımızın görüşünə gedirik, o, daim ayağındakı, gözündəki və ürəyindəki problemlərindən şikayətlənir. Bu da onu sübut etməyə əsas verir ki, SHXÇDX, Salyan rayon idarəsindən övladımızı həqiqi hərbi xidmətə hansısa “gülbala”nın əvəzindən göndəriblər. Çünki hərbi təlimatda ayağının alt hissəsi düz olan şəxslərin hərbi xidmətə yarasız olmaları qeyd olunub. Bu belə olduğu halda, görəsən Salyan rayon idarəsində vəzifə sahibi olan şəxslərin övladımız Nuramin Tağıyevlə, yaxud da, bizimlə hansı “qəsd-qərəzçilik”ləri olub ki, onlar belə bir addımlarını atdılar? Yox, deyəsən hansısa “qəsd-qərəzçilik”dən söhbət gedə bilməz, sadəcə olaraq onların tələb etdikləri 3 min manat pulun yoxluğu, məhz bu cür addımın atılmasına səbəb oldu”.


Bəli, bütün bunlar bir daha onu sübut edir ki, SHXÇDX, Salyan rayon idarəsində Vətən, xalq anlayışı rəhbərlikdə təmsil olunan şəxslərə yad bir anlayışdır. Əgər bu belə olmasaydı, o halda adı çəkilən qurumda aparıcı vəzifələrə sahib olan şəxslər qanunsuzluğa deyil, qanunçuluğa əməl edərdilər. Düşünürük ki, məqalənin dərcindən sonra aidiyyəti dövlət qurumları SHXÇDX, Salyan rayon idarəsinin rəhbərliyində təmsil olunan şəxslərin atdıqları adımlarla bağlı müvafiq araşdırmalarını aparıb, lazımi qərarlarını da bəyan edəcəklər.

Problemin varlığını diqqətdə saxlayacağıq.

XƏBƏR LENTİ