Anons

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

14-05-2019, 17:36 - “1600 AZN kompensasiya düşür, 516 manat rüşvət istəyirlər” - “Muğanbank”a ittiham

14-05-2019, 13:30 - Həkim Qafar Cəfərov vətəndaşı yaraladı, Polisin hərəkətsizliyindən Prezidentə şikayət edildi -Foto

9-05-2019, 10:59 - Baxça müdirəsi deputat və icra başçısı, müavin tərəfindən müdafiə edilir - İDDİA... MASALLIDA

7-05-2019, 12:42 - Amerikada gözəllik yaradan azərbaycanlı xanım

7-05-2019, 10:37 - “Azəriqaz” rəhbəri haqda prezidentə elə bir dosye verilib ki…

7-05-2019, 10:33 - Azərbaycanlı qız “ölüm” reysindən necə qurtuldu?

7-05-2019, 10:12 - Düşmən atəşkəs rejimini yenə pozdu

7-05-2019, 10:10 - Elçin Quliyev gürcüstanlı həmkarı ilə sərhəddəki vəziyyəti müzakirə edib

6-05-2019, 12:31 - Ulu öndərə sadiq insan ( Telefonçu qız )

6-05-2019, 10:15 - DYPŞ polis mayoru Namik Məmmədov vətəndaşın hüquqlarını pozması iddiası ilə nazirə müraciət edildi - FOTO

2-05-2019, 16:15 - Səbuhi Abbasov “Xüsusi xidmətlərə görə” Ordeni ilə təltif edildi

2-05-2019, 16:07 - Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib

2-05-2019, 15:58 - Cəlilabad təhsil şöbəsinin müdirinə ittiham - "... Bizimki sayı itirib"

30-04-2019, 03:45 - Yasamal DYP qəza şöbəsi vətəndaşı rüşvət vermədiyinə görə necə qəzanın günahkarı çıxarıb..?

30-04-2019, 02:28 - Priverdiyev bəlası bitdi, Balababa bəlasına start verildi..?

26-04-2019, 15:02 - AĞSUNUN QARA GÜNLƏRİ - Video

26-04-2019, 14:30 - Ağdam rayon 71 saylı tam orta məktəbdə Nazir necə aldadılır

Balababa Rzayevin “sayğac terroru”: ikiqat hesablanma ifşa oldu – Araşdırma/Foto

Tarix:30-08-2018, 22:02 Baxış Sayı:489

Balababa Rzayevin “sayğac terroru”: ikiqat hesablanma ifşa oldu – Araşdırma/Foto

Mingəçevir İES-dəki partlayışa görə, respublikanın iki gün enerji fəlakəti yaşamasından sonra "Azərişıq” ASC bunun heyfini, itkilərin kompensasiyasını əhalinin dərisindən çıxarmağa başlayıb.

Son zamanlar sosial şəbəkələrdə və mediada sürətlə abonentlərin elektrik enerjisi borcunun qəbzləri yayıldı, iyul ayında əhaliyə ikiqat borc yazıldığı üzə çıxdı.
Abonentlərə külli miqdarda borc yazılması kütləvi narazılıqla müşahidə olunduğuna görə, "Azərişıq” ASC-nin rəsmiləri mətbuat konfransı keçirməyə məcbur oldu və qurum ictimaiyyəti sayğaclara müdaxilənin mümkünsüz olduğuna inandırmağa çalışdı.

Amma elə həmin tədbirdə iştirak edən rəqəmsal texnologiyalar üzrə ekspert Osman Gündüz "Azərişıq” ASC tərəfindən sayğaclara müdaxilə olduğunu israrla bəyan etdi və beynəlxalq təşkilatları bu qurumda audit etməyə çağırdı.

Balababa Rzayevin “sayğac terroru”: ikiqat hesablanma ifşa oldu – Araşdırma/Foto

"Azərişıq” ASC rəhbəri Balababa Rzayev

Sayğacların ikiqat sərfiyyat hesablaması mümkündürmü?

Kimin haqlı, kimin haqsız olduğunu araşdırmağa qərar verdik və Google axtarış sistemində elektron sayğaclarla bağlı bir sıra maraqlı məlumatlarla rastlaşdıq.
Ən maraqlı faktlardan biri isə o idi ki, sayğacları elektrik sərfiyyatını iki qat hesablamağa quraşdırmaq mümkündür. Bu barədə Okayno.plus xəbər portalının məlumatın linkini təqdim edirik:
https://okayno.plus/vse-schetchiki-kotorye-proveryali-okazalis-nastroennymi-na-rezhim-dvojnogo-tarifa-vy-svoj-proveryali/

Qeyd edək ki, sözü gedən məqalədə okayno.plus xəbər portalı yazır ki, sayğaclara müdaxilə mümkündür və bu halda sayğaclar sərfiyyatı ikiqat hesablayırlar. Sayt öz səhifəsində şərti sayğac fotosu yerləşdirərək ona diqqət etməyə çağırır.

Sarsıntıdan iki dəfə sürətli işləyir

Təsadüfən aşkar edilib ki, ev elektrik sayğacı öz elektron rəqəmlərinin impulslarını səhv hesablamasına görə iki qat artıq yazır. Fotoda — adi elektrik sayğacının nümunəsi. "A=3200imp/ (kw*h)” rəqəmləri yaşıl çərçivəylə dairələnib.

Bu o mənanı verir ki, sayğacda «A=3200imp/(kw*h)» hansı ki, fotoda qırmızı oxla qeyd edilmişdir (qeyd-:”A” müxtəlif sayğaclarda müxtəlif olur).

Məhz bu elektron impulslar sayğacın mexaniki təkərləriylə hesablanırlar. Başqa sözlə, hər 3200 impuls bir kilovatt*saat hesablayır.

Lakin əvvəlcədən qeyri-düzgün quraşdırılma nəticəsində impulsların sayı azalar və nəticədə artıq hesablanma qeydə alınar.

Mütəxəssislərin fikrincə, həmin sayğacları laboratoriya şəraiti olmadan belə, peşəkar mütəxəssis tərəfindən ikiqat yazmaya ayarlamaq olur.

Balababa Rzayevin “sayğac terroru”: ikiqat hesablanma ifşa oldu – Araşdırma/Foto

Kütləvi şəkildə vətəndaşların cibinə girmək, soyğunçuluq…

Göründüyü kimi, məsələ heç də "Azərişıq” ASC-nin rəsmilərinin and-amanı kimi deyilmiş.

Buradan belə çıxır ki, texnoloji cəhətdən mərkəzləşdirilmiş qaydada sayğacların sərfiyyatının iki qat hesablamasını təmin etmək mümkündür.

Yəni "Azərişıq” ASC-nin rəsmilərinin "sayğaclara müdaxilə mümkün deyil” iddiası doğru deyil.

Buradan da belə bir nəticə çıxır ki, "Azərişıq” ASC-nin prezidenti Balababa Rzayev ürəyi istədiyi vaxt öz abonentlərinin, yəni Azərbaycan vətəndaşlarının cibinə girib onları qarət edə bilər.

Və onu da qeyd edək ki, bu qarət kütləvi xarakter daşıyır və təbii ki, bu iddia doğrulanarsa, onda "Azərişıq” ASC məsuliyyətə cəlb edilməlidir.

Balababa Rzayevin “sayğac terroru”: ikiqat hesablanma ifşa oldu – Araşdırma/Foto

Osman Gündüz: "Məhkəmə çəkişməsi olmalıdır”

Sözügedən məqalə ilə tanış olan rəqəmsal texnologiyalar üzrə ekspert Osman Gündüz AzEuroNews.com-a bildirdi ki, belə hallar mümkündür və bu, sayğaclara müdaxilə metodlarından biridir:
"Yəni texnoloji cəhətdən bunu edə bilirlər və sübut etmək üçün məhkəmə çəkişməsi olmalıdır. Eyni zamanda standartlaşdırma və metereologiya tərəfindən baxış keçirilməlidir.

Abonent özü elektrik sayğacının çox yazmasını müəyyən edə bilər. Lakin sübuta yetirmək üçün hüquqi müstəvidə araşdırma aparılmalıdır”.

O.Gündüz deyir ki, qurumun fəaliyyəti ilə bağlı audit yoxlaması aparılmalıdır. Onun sözlərinə görə, Mingəçevir hadisəsi ilə bağlı yaradılmış komissiya əslində, abonentlərə ikiqat işıq pulu yazılması məsələsini də araşdıra bilər:

"Mən hələ də o fikrimdə və şübhələrimdə qalıram ki, əvvılki aylarda artıq pul yazılması üçün müdaxilələr olub. İnanıram ki, hökumət bu məsələyə diqqət edəcək”.

Qeyd edək ki, "Azərişıq” rəsmisi Araz Məmmədzadə isə mətbuat konfransında bildirmişdi ki, mexaniki və elektron sayğacların sərfiyyat hesablamasında fərq yoxdur: "Sadəcə mexaniki sayğaclar kobud, elektron sayğaclar həssas hesablama aparır.

"Azərişıq”ın quraşdırdığı sayğaclara yalnız fiziki müdaxilə mümkündür ki, onu sındırmaq olar. Amma sayğacın yaddaşına kənar müdaxilə mümkün deyil”.

XƏBƏR LENTİ