Anons

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

30-03-2018, 14:27 - Bakı Gömrük İdarəsinin rəisi, gömrük generalı Vusal Novruzov rəhbərlik etdiyi sahədə ən kiçik çatışmamazlığa...

19-03-2018, 08:28 - İctimai vəkil Koroğlu MMC-in qondarma ittihamı ilə bağlı ölkə başçısına müraciət etdi

13-03-2018, 17:35 - Sumqayıtda milyonlar hara və kimlərin cibinə gedir?

10-03-2018, 20:11 - AQC-nin yeni sədri Nüsrət İbrahimov seçilib

10-03-2018, 18:24 - Zərrabçılar Qeyri Hökümət Təşkilatını ələ keçirdi - Aynur Camalqızının QHT missiyası nədir...?

7-03-2018, 15:58 - Çılpaq qadınların fotolarını çəkdi - Səbəbinə inanmayacaqsız + VİDEO

28-02-2018, 11:22 - Dövlət orqanlarının Qaynar xətt nömrələri

Azərbaycan səhiyyəsində kabus: Pərviz Əhmədov- həkim, yoxsa...?

Tarix:4-09-2018, 14:29 Baxış Sayı:194

Azərbaycan səhiyyəsində kabus: Pərviz Əhmədov- həkim, yoxsa...?

Estetik əməliyyat keçmək istəyənlər anestezioloq Pərviz Əhmədovu nə üçün tanımalıdır?

Estetik əməliyyatlar vasitəsilə gözəlləşməyə can atan, hətta bir neçə dəfə ən ağır estetik əməliyyatlar keçirmiş, bu yolla özlüyündə yaranmış fobiya və komplekslərdən xilas olmağa çalışan xeyli sayda insanlar tanıyırıq. Fəsadlar, nəticələr haqqındaq düşünmürük, bəzən kiçik bir zahiri dəyişiklik həyatımız hesabına başa gəlir. Başa düşürük, gözəllik qurban tələb edir.., amma bu “qurban” ölüm hadisəsi olmamalıdır. Son zamanlar estetik əməliyyatlar sarıdan Azərbaycan səhiyyəsinin imicinə vurulan zərbələrin sayını və miqyasını hesablasaq, o zaman bir çox mətləblərə aydınlıq gətirmək olar. Heç şübhəsiz ki, dövlət başçısı ölkə səhiyyəsinə xüsusi həssaslıqla yanaşır, tibb müəssisələrimiz ən müasir avadasnlıqlarla təchiz olunub, olduqca xeyli sayda peşəkar, dünya şöhrətli həkimlərimiz var. Ancaq söhbət dövlət xəstəxanalarından getmir. Daha çox estetik əməliyyatlar vasitəsilə cəmiyyətdə xüsusi bir “imic”, imitasiya yaratmağa çalışan həkimlərdən danışacağıq. O şəxslərdən ki, özəl klinikalarda estetik əməliyyatlar zamanı səriştəsizlikləri ucbatından gənc insanların öülmlərinə səbəb olublar. Məsələ ondadır ki, belələri özlərini reklam etmək üçün meydan, tribuna əldə edə bilirlər. Buna hansı “vasitəsi” ilə nail olurlar, bunu özləri də bilirlər, bizlər də. Özəl klinikaları qapı-qapı gəzib, nəhayət dövlət müəssisəsinə sığınan həkim görüntüsü yaratmaq, bu yolla kirlənmiş, paslanmış və elastik hal almış imicinə xal toplamaq istəyənlər necə..!? Birbaşa düz mətləbin ortasına keçək.., məsələn anestezioloq Pərviz Əhmədov!

Öncə Pərviz Əhmədovun kimliyinə qısa şəkildə arayış verək! Anestezioloq P.Əhmədov “Zəfəran Hospital”da və bir neçə özəl klinikalarda çalışıb. Hazırda Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda işləyir. Öncə qeyd edək ki, bizim kiminsə, eləcə də P.Əhmədovun imicinə zərbə vurmaq fikrimiz yoxdur, sadəcə cəmiyyətdə bir qınaq, ictimai reaksiya olmalıdır və media nümayəndələri olaraq biz də bütün bu məsələlərə münasibət bildirmək hüququmuz var. Kimsə cibini, boşalacaq kisəsini düşünürsə, heyf... Bizim üçün öndə olan millətdir, dövlətdir, bu ölkənin başında duran Liderin mövqeyidir.

Hesab edirik ki, hər kəs, xüsusilə estetik əməliyyat keçirmək istəyən şəxslər anestezioloq P.Əhmədovu mütləq tanımalıdırlar. Niyə? Ona görə ki, insan canını həvalə elədiyi şəxsin peşəkarlığına bələd olmalıdır. Ona görə ki, onun əməliyyat zamanı insan öldürmədiyinə dair dəqiq məlumatlar əldə etməlidir. Ona görə ki, onun pula, insanın istəyinə görə deyil, sırf həyati amilləri nəzərə alıb əməliyyta aparacağına tam əmin olmalıdır. Təəssüf ki, biz bunları deyil, həyatımız hesabına belə olsa, əldə edəcəyimiz “gözəlliyi” üstün tuturuq.

22 yaşlı Leyla Oruclunun ölümündə əsas günahkar: Pərviz Əhmədov, yoxsa alın yazısı...

Anestezioloq P.Əhmədov 24.08.2016-cı il tarixində ATV kanalına verdiyi müsahibədə deyir: “Estetik əməliyyat təcili deyil. Ona görə mütləq yoxlanmalıdır. Əməliyyat olmaq istəyən şəxsdə irsi bədxassəli hipertemiya ola bilər. Kəskin qanazlığı olar ki, onu da korreksiya eləmək lazımdır mütləq. Anestezioloqlar tərəfindən ətraflı müayinə olunmalı və bütün analizlər toplanmalıdır”. 2017-ci il iyun ayının 23-də isə gənc model Leyla Oruclu əməliyyat olunur və cəmi 2 gün sonra gənc qız ölür. Və Leylanın valideyni Sevinc Alpman yerli mediaya verdiyi açıqlama qeyd edir ki, qızının ölülümdə günahkar məhz Pərviz Əhmədov günahkardır.
S.Alpman deyir: “Leylanın analiz nəticələrini onun telefonundan tapmışam. "Zəfəran Hospital"ın həkimlərinə dedim ki, mənim qızımı analiz etmisiniz? Orada mənə bildirdilər ki, analiz etməyiblər, Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasından alınmış analizin nəticələrinə görə əməliyyat ediblər. Biz də saytınızda çıxan xəbərdən sonra bildik ki, analizin nəticələrinə görə Leyla əməliyyat ola bilməzmiş. Qızımı bir ay əvvəlki analizlə əməliyyatına razılıq verilib. Qızımın əməliyyat olunduğunu bilmirdim. Qızım komada olan zaman mənə məlumat verdilər. İyunun 23-də Leyla işə getmək adı ilə evdən çıxıb. Gün ərzində çox zəng etdim, zənglərimə cavab vermədi. İyunun 24-də gecə anestezoloq Pərviz Əhmədov zəng edərək mənə xəbər verdi. Pərviz Əhmədov mənə dedi ki, istəyirsiniz sabah gəlin. Mən isə elə həmin dəqiqə evdən çıxıb "Zəfəran Hospital"a getdim. O dəqiqə məni qızımı görməyə qoymadılar. Səhərə yaxın, saat 5 radələrində qalxdım yuxarı, Leylanı koma vəziyyətində gördüm. Süni nəfəs aparatına qoşmuşdular. Leylanı 2 gün süni nəfəs aparatında saxladılar. Müddəti uzadırdılar ki, Leyla əməliyyatdan sonra iki gün yaşayıb. Bütün bədən göm-göy olmuşdu. İyunun 25-i səhər saat 11 radələrində dedilər ki, Leyla dünyasını dəyişdi. Bir yandan əməliyyatda qan azlığı, bir yandan qan itkisi, bir yandan da menstruasiya dövrü. Belə bir vəziyyətdə əməliyyat etmək olmazdı. Pərviz Əhmədov mətbuata açıqlamasında bildirib ki, Mərkəzi Klinika bizi qanla təmin edib. Əgər Mərkəzi Klinika qanla təmin edirdisə, niyə görə mənə deyirdilər ki, qan elanına çıx, qan axtar? Leylanın sosial şəbəkədəki adresindən elan yazmışdım, tanıyıb, tanımadığımız adamlar gəlmişdi qan verməyə. Ancaq bu boş şey idi”.

P.Əhmədov yuxarıda verdiyimiz açıqlamasında göstərir ki, əməliyyata tələsmək olmaz, müayinə aparılmalıdır, yoxlanılmalıdır. O zaman sual olunur: bir ay əvvəlin analizləri ilə bu boyda bir məsuliyyətin altına girməyə bir anestezioloq kimi sizi nə məcbur edirdi? Axı əməliyyat şəraiti yaradılanda estetik həkimdən öncə anestezioloq bu işə əsas məsuldur, o müəyyləşdirir ki, əməliyyat oalr, yoxsa yox. Siz buna niyə icazə verirdiniz?

Anestezioloqun “estetik cərrahlığı”, yaxud papaqçının başmaqçılığı...

Nəzərinizə çatdıraq ki, P.Əhmədov bu kimi mənfi hallarda dəfələrlə ittiham olunub. Maraqlıdır, hansısa “sehrli” əl bu adamı məsuliyyətdən yayındıra bilir. Ortada ölən, bədbəxt olan hansısa vətəndaş olur, əvvəldə də, sonda da qazanan isə P.Əhmədov. Biz bu yazıda onunla bağlı əldə etdiyimiz bütün məlumatları dərc etmək fikrində deyilik. Hissə-hissə yazılar dərc ediləcək.

P.Əhmədov haqqında növbəti yazımızda daha “maraqlı” məlumatları dərc edəcəyik. Ancaq sonda sosial şəbəkə istifadəçilərinə müraciət edərək bildiririk: Bu şəxsin reklamına, yarpızla ilan qovmasına çox da uymayın. P.Əhmədovun hazırda ADHTİ-na sığınması da sırf məqsədlidir, ancaq o orada da öz işlərini davam etdirir: özünün estetik cərrah kimi qələmə verərək xəstə yığır, əməliyyatlardan faizini alır, anestezioloq kimi pulunu da götürür. Lap yaxşı! Ancaq araşdırın, görün, P.Əhmədovun adı hansı qalmaqallarda keçir. Hər halda ilkin olaraq peşə etikamızı gözləyərk onunla bağlı faktların hamısını birdən təqdim etmirik. Çünki bu qərəzli görünər. Hesab edirik ki, məqalədəki fikirlər sırf P.Əhmədovun öz açıqlaması və qızı öldürülən valideynin müsahibəsi əsasında yazılıb. O ki qaldı nə üçün məhz P.Əhmədovun məqalədə tənqidə tuş gəlməsinə..!? Bu haqda növbəti yazıda..! Tutarlı səbəblərlə izləyin bizi! Hazırda dövlət tibb müəssisəsələrindən birinin baş həkiminin şinelinə sığınıb insanlara qarşı etdiyi xoşagəlməz halları ört-basdır etmək kimsəyə başucalığı gətirməz. Bu haqda da daha sonra...

P.Əhmədova cavab haqqı tanımaq borcumuzdur. Istənilən vaxt zəng edib məqalədəki fikirlərlə bağlı münasibətini ifadə edə bilər, biz də dərc edərik.../Bolgexeber.com/

XƏBƏR LENTİ