Anons

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

30-03-2018, 14:27 - Bakı Gömrük İdarəsinin rəisi, gömrük generalı Vusal Novruzov rəhbərlik etdiyi sahədə ən kiçik çatışmamazlığa...

19-03-2018, 08:28 - İctimai vəkil Koroğlu MMC-in qondarma ittihamı ilə bağlı ölkə başçısına müraciət etdi

13-03-2018, 17:35 - Sumqayıtda milyonlar hara və kimlərin cibinə gedir?

10-03-2018, 20:11 - AQC-nin yeni sədri Nüsrət İbrahimov seçilib

10-03-2018, 18:24 - Zərrabçılar Qeyri Hökümət Təşkilatını ələ keçirdi - Aynur Camalqızının QHT missiyası nədir...?

7-03-2018, 15:58 - Çılpaq qadınların fotolarını çəkdi - Səbəbinə inanmayacaqsız + VİDEO

28-02-2018, 11:22 - Dövlət orqanlarının Qaynar xətt nömrələri

Azərbaycanın çox böyük problemi: Allahın ümidinə qalan insanlar... - ARAŞDIRMA

Tarix:6-09-2018, 17:25 Baxış Sayı:39

Azərbaycanın çox böyük problemi: Allahın ümidinə qalan insanlar... - ARAŞDIRMA

Bölgələrdə həkim çatışmazlığı illərdir öz aktuallığını itirmir. Son illərdə bütün rayonlarda mərkəzi xəstəxanaların əsaslı təmiri, avadanlıqlar, kadrlarla təchiz edilməsi, bölgələrdə böyük diaqnostika mərkəzlərinin açılması, kompüter tomoqrafiya, MRT müayinələri aparılır. Buna baxmayaraq regionlardakı əhalinin şəhərə axını azalmır. Rayonların kadrlar şöbəsi həkim çatışmazlığı ilə bağlı məşğulluq mərkəzinə, elm, kadr və təhsil şöbələrinə müraciət etmələrinə baxmayaraq, problem çözülmədən qalır.

Kənd xəstəxanalarında isə vəziyyət daha acınacaqlıdır. Kəndlərdə həkim olmadığından sakinlərin səhhətində problem yarananda rayon mərkəzinə və ya paytaxta üz tutmaq məcburiyyətində qalırlar. Bu əlavə xərcdir, aztəminatlı ailələr üçün isə mümkünsüzdür. Belə olan halda, xəstənin yaxşılaşması Allahın ümidinə qalır... Bəs həkimlərin üz döndərdiyi təbəqəni kim sağaldacaq?

Bakunews.az baku.ws-a istinadən xəbər verir ki, statistik rəqəmlərə görə, bu gün rayon xəstəxanalarında bir kabinetə gün ərzində 50-60 nəfər müraciət edir. İxtisaslı kadrların azlığı xəstəxanalara müraciət edən pasiyentlərə lazımi səviyyədə baxmaq imkanlarını məhdudlaşdırır və bir həkimin işini tam yerinə yetirməsinə çətinlik yaradır. Nəticədə, kadrların azlığı üzündən əhaliyə tam tibbi xidmət göstərilmir.

Çünki universiteti yeni bitirən mütəxxəsislər bölgələrdə işləmək istəmirlər. Bölgələrdən ATU-ya daxil olanlar həkim ixtisasına yiyələndikdən sonra geri dönmək istəmirlər. Regionlarda yüksək ixtisaslı həkimlərə ehtiyac olduğu halda hamı Bakıda qalıb işləmək istəyir. Ona görə də rezidenturada qəbul planını artırmaqla, regionda həkim çatışmazlığını aradan qaldırmaq olmayacaq. Bu problemin əsas səbəblərindən biridir. Bəs problemin digər səbəbləri nədir və çıxış yolu nədədir?

Gənc bir həkimin rayon yerində kifayət qədər sosial problemi olacaq

Tibbi ekspert Vaqif Qarayev gənc mütəxəssislərin rayon və kəndlər çalışmaq istəməməsinin səbəbini bölgələrdəki həyat tərzinin aşağı olması ilə əlaqələndirir:

"Rayonlarda həkim çatışmazlığı həmişə olub, amma indiki qədər yox. Əksər rayonlarda terapevtik profildən başqa cərrah, mama-ginekoloq da çatışmır. Praktik təbabətin ən bərk gedən sahələridir, buna baxmayaraq vakant yerlər var. ATU-nu bitirəndən sonra ixtisas seçimi üçün rezidentura kursu var. Həkimləri rayonlara cəlb etmək çətin məsələdir. Gənc bir həkimin rayon yerində kifayət qədər sosial problemi olacaq. Əgər gənc ailədirsə və ailədə kiçik yaşlı uşaq varsa, vəziyyət daha da qəlizləşir. Normal yaşayış yeri, uşaq bağçası, məktəb və s. problem olaraq qalacaq. Alacağı maaşa toxunmuram".

Əmək haqlarında dəyişiklik olmazsa, vəziyyətin yaxşılaşması sual altında qalacaq

Səhiyyə Nazirliyinin Kadrlar, elm və təhsil şöbəsinin aparıcı məsləhətçisi Təranə Əhmədova açıqlamasında problemin həlli yönündə işlər görüldüyünü bildirdi: "Azərbaycanda həkim çatışmazlığı regionlarda əsasən müəyyən ixtisaslar üzrədir. Rezidentlərin təyinatı ilə bu məsələnin həllinə çalışılır. Nazirlər Kabineti tərəfindən kənd yerlərində işləyən gənc kadrlar, o cümlədən səhiyyə kadrlarına stimullaşdırıcı tədbirlər həyata keçirilir. Bu tədbirləri daha da təkmilləşdirmək və həvəsləndirmə ilə bağlı təkliflərimiz olacaq".

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) Səhiyyə departamentinin səhiyyə siyasəti və kliniki kodlaşdırma şöbəsinin müdiri Şərafət İsmayılova isə deyib ki, əgər əmək haqlarında bir dəyişiklik olmazsa, vəziyyətin yaxşılaşması sual altında qalacaq.

Bəhanə aradan qaldırılır. Rezidenturaya qəbul olmadan baza ali tibb təhsili ilə vakant həkim işləmək mümkündür

Ekspertlərin fikrincə, bölgələrdə kadr çatışmazlığının səbəblərindən biri də rezidentura təhsilinin 5 il olmasıdır. Bakıda kifayət qədər yüksək ixtisaslı həkimlər olsa da, indi heç kim, elə rezidenturanı bitirənlərin də çoxu təyinatla belə regionlara gedib işləmək istəmirlər.

Səhiyyə Nazirliyi bölgələrdə işləmək istəməyənlərin bu bəhanəsini də aradan qaldırıb. Nazirlik bildirir ki, həkimlər baza ali tibb təhsili əsasında müəyyən vakant vəzifələri tuta bilərlər. Rezidenturaya qəbul olmayan həkimlər baza ali tibb təhsilinə müvafiq olaraq Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində müəyyən vakant həkim vəzifələrində işləyə bilərlər. Bunun üçün onlar Səhiyyə Nazirliyi tərəfindən mütəmadi olaraq keçirilən həkimlərin mərkəzləşdirilmiş işə qəbulu üzrə müsabiqələrdə iştirak etmək üçün müraciət edə bilərlər.

Nazirlik bölgələrdə kadr çatışmazlığı nəzərə alaraq, 2018/2019-cu tədris ili üçün rezidenturaya qəbul üzrə plan yerlərinin müəyyən hissəsinə məqsədli qəbul aparacaq. Məqsədli qəbul üzrə plan yerləri müvafiq ixtisas üzrə həkim çatışmazlığı olan konkret səhiyyə müəssisələrində işləyəcək həkim-mütəxəssislərin hazırlanması üçün nəzərdə tutulur.

Ümid edirik Azərbaycanın həmişəcavan problemi nə vaxtsa öz həllini tapacaq və həkimlərin üz döndərdiyi, Allahın ümidinə qalan rayon camaatı xəstələnəndə paytaxta üz tutmağa məcbur qalmayacaq...

XƏBƏR LENTİ