Anons

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

30-03-2018, 14:27 - Bakı Gömrük İdarəsinin rəisi, gömrük generalı Vusal Novruzov rəhbərlik etdiyi sahədə ən kiçik çatışmamazlığa...

19-03-2018, 08:28 - İctimai vəkil Koroğlu MMC-in qondarma ittihamı ilə bağlı ölkə başçısına müraciət etdi

13-03-2018, 17:35 - Sumqayıtda milyonlar hara və kimlərin cibinə gedir?

10-03-2018, 20:11 - AQC-nin yeni sədri Nüsrət İbrahimov seçilib

10-03-2018, 18:24 - Zərrabçılar Qeyri Hökümət Təşkilatını ələ keçirdi - Aynur Camalqızının QHT missiyası nədir...?

7-03-2018, 15:58 - Çılpaq qadınların fotolarını çəkdi - Səbəbinə inanmayacaqsız + VİDEO

28-02-2018, 11:22 - Dövlət orqanlarının Qaynar xətt nömrələri

ELMAR VƏLİYEVİN “QARA KASSASI” HƏBS OLUNA BİLƏR – “Deyir ki, pulları Vəliyevə verib”

Tarix:7-09-2018, 15:20 Baxış Sayı:324

ELMAR VƏLİYEVİN “QARA KASSASI” HƏBS OLUNA BİLƏR – “Deyir ki, pulları Vəliyevə verib”

Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəisi olmuş Məharət Mustafayev onlarla vətəndaşı aldadıb

“Elmar Vəliyev və onun dəstəsinin Gəncə şəhərini son 6 ildə talan etməsi ilə bağlı ciddi araşdırmalar başlayıb. Şəhərin mərkəzində və şəhərətrafı ərazilərdə 100 hektarlarla torpaq sahəsini, habelə xeyli tikilini faktiki sahiblərinin əllərindən zorla, təhdidlə alaraq müxtəlif adamlara saxta, qanunsuz sənədlərlə satıblar. Bu işləri isə birbaşa Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəisi, sabiq başçı Elmar Vəliyevin əsas pultoplayanı kimi tanınan Məharət Mustafayev həyata keçirib. Yeni başçı Niyazi Bayramov onu ötən həftə işdən çıxardı və fəaliyyətinin araşdırılması üçün komissiya yaratdı. Komissiyanın ilkin təftişi zamanı çoxsaylı qanunsuzluqlar fiksə olunub. Habelə, Məharət Mustafayevin işdən çıxarılmasından sonra onun mal-mülkünü mənimsədiyi şəxslər də hüquq-mühafizə orqanlarına müraciətlər etməyə başlayıblar”.

Bunu müsavat.com-a Gəncədəki mənbə deyib. Qaynaq qeyd edib ki, Məharət Mustafayev Elmar Vəliyevin “qara kassası” olub və Gəncədə mülkiyyət, torpaq yağmalamaları məhz onun vasitəsilə həyata keçirilib:“Elmar Vəliyev Gəncədən əvvəl Yevlağın icra başçısı olarkən də Məharət Mustafayev həmin rayonda onun torpaq alverçisi olub. O, Yevlaxda rayon torpaq şöbəsinin müdiri işləyirdi, Yevlaxda da torpaqları yağmalayıb, sahiblərinin əlindən təhdidlə alıb iş adamlarına, müxtəlif şəxslərə satırdı. Elmar Gəncəyə gələndə onu da özü ilə gətirdi və Gəncənin torpaq sahələrinin daha çox olduğu Nizami rayonuna icra başçısı təyin etdirdi. Məharət Mustafayevin zülmü bu rayonda ərşə qalxmışdı, hətta məcburi köçkünlərin məskunlaşdığı torpaqları, onların örüş yerlərini də əllərindən alıb satırdı. O, əndazəni aşdığına görə bu vəzifədən azad edildi, az sonra isə Elmar Vəliyev onu Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəisi təyin etdi. Bundan sonra bütün Gəncəyə ”qan uddurmağa” başladı.

Elmar Vəliyevin, Məharət Mustafayevin şəhərdə hara gözü düşdüsə, sahibinin əlindən zorla alırdılar; ya orada özlərinin biznesini qururdular, ya da baha qiymətə başqasına saxta sənədlə satırdılar. Mülkün faktiki sahibi məhkəməyə müraciət edib, haqqını tələb edəndə isə Elmar Vəliyev nüfuzundan istifadə edib, ya məhkəmədən işi geri qaytarırdı, ya da qərarın icrasına imkan vermirdi. Bununla yanaşı, Məharət Mustafayev bir neçə iş adamına qiyməti 200 min, 1 milyon manat dəyərində olan mülklər satıb, lakin onlara saxta sənədlər verib. Bəzi şəxslər sənədlərin saxta, mülkiyyətin faktiki olaraq başqasına aid olduğunu biləndə Məharətdən pullarını geri tələb ediblər. Lakin onlar hədələniblər, təhdid ediliblər. Son olaylardan sonra isə həmin adamlar Məharət Mustafayevdən pullarını geri tələb edirlər, o isə həmin adamlardan qaçır. Söhbət bir neçə milyon manatdan gedir.

Bəzilərinə isə deyir ki, pulları Elmar Vəliyevə verib. Bir neçə vətəndaş isə onun tərəfindən dələduzluğa məruz qalması ilə bağlı hüquq-mühafizə orqanlarına, yeni başçının yaratdığı komissiyaya müraciətlər edib. Bu şikayətlər əsasında Məharət Mustafayevin həbsi qaçılmazdır, çünki bu cinayət xarakterli, mülkiyyət əleyhinə qanunsuzluqlar birbaşa onun rəsmi imzası ilə reallaşıb. Həmçinin şəhərin mərkəzi hissələrində Məharət Mustafayevin “haqq” tələb etdiyi, ala bilmədikdə yerlə-yeksan etdiyi onlarla obyektin sahibi də şikayətçidir”.

Mənbə maraqlı bir məlumat da verdi. Belə ki, Məharət Mustafayevin oğlu Sərxan Mustafayev Gəncədə “avtoş” kimi tanınır. O, şəhərdə davamlı olaraq avtoxuliqanlıqla məşğul olub, amma atası Elmar Vəliyevin “sağ əli” olduğundan əməlləri cəzasız qalıb. Maraqlısı isə odur ki, iddiaya görə, ad-soyadını yazanda belə səhv edən Sərxan Mustafayev bütün gününü əyləncələrdə keçirsə də, sənəd üzərində Gəncə Şəhər İcra Hakimiyyətinin Hüquq söbəsinin işçisi olub. Lakin onu heç zaman işdə görən olmayıb…

Sonda qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyətində Elmar Vəliyevin adı korrupsiyaya bulaşmış kadrlarının təmizlənməsi prosesi davam edir. Belə ki, yeni başçı sentyabrın 3-də E.Vəliyevin yaxın adamlarından biri olan Hacızadə Tural Yaşar oğlunu icra başçısının köməkçisi vəzifəsindən azad edib.

Yazıda adları keçən şəxslərin mövqeyini çap etməyə hazırıq(musavat.com).

XƏBƏR LENTİ