Anons

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

30-03-2018, 14:27 - Bakı Gömrük İdarəsinin rəisi, gömrük generalı Vusal Novruzov rəhbərlik etdiyi sahədə ən kiçik çatışmamazlığa...

19-03-2018, 08:28 - İctimai vəkil Koroğlu MMC-in qondarma ittihamı ilə bağlı ölkə başçısına müraciət etdi

13-03-2018, 17:35 - Sumqayıtda milyonlar hara və kimlərin cibinə gedir?

10-03-2018, 20:11 - AQC-nin yeni sədri Nüsrət İbrahimov seçilib

10-03-2018, 18:24 - Zərrabçılar Qeyri Hökümət Təşkilatını ələ keçirdi - Aynur Camalqızının QHT missiyası nədir...?

7-03-2018, 15:58 - Çılpaq qadınların fotolarını çəkdi - Səbəbinə inanmayacaqsız + VİDEO

28-02-2018, 11:22 - Dövlət orqanlarının Qaynar xətt nömrələri

Bakının ən reytinqli məktəbləri - SİYAHI

Tarix:7-09-2018, 22:41 Baxış Sayı:63

Bakının ən reytinqli məktəbləri - SİYAHI

Yeni tədris ilinin başlanmasına az müddət qalıb. Hər kəs çalışır ki, uşağı mükəmməl təhsil alsın. Bunun üçün yaxşı təhsil verən məktəbləri seçməyə çalışırlar.

Bakıda elə məktəblər var ki, orada qəbul və təlim göstəriciləri çoxdur. Nəticədə, valideynlər övladlarının həmin məktəbdə təhsil almasına üstünlük verirlər.

Oxu.Az Bakının ən reytinqli məktəblərinin siyahısını təqdim edir:

Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyi

Bu lisey orta təhsil verən məktəblər sırasına daxildir. Burada 19 şagird qəbul imtahanlarında 700 bal toplayıb.

Akademik Zərifə Əliyeva adına lisey

Azərbaycanın ən məşhur, eyni zamanda, təhsil ictimaiyyətinin daim diqqət mərkəzində olan nüfuzlu təhsil ocağıdır. Lisey 28 aprel 2008-ci ildə saysız-hesabsız insanların gözlərinə nur bəxş etmiş görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın 85 illik yubileyi ərəfəsində açılıb.

Bakı Dövlət Universitetinin nəzdində “Gənc İstedadlar” liseyi

Təhsil Nazirliyinin razılığı ilə 2007-ci ildən BDU nəzdində “Gənc istedadlar” liseyi fəaliyyət göstərir.

Avropa Azərbaycan Məktəbi

2011-ci ildə Birləşmiş Krallıqda qeydiyyatdan keçmiş, Azərbaycan, Belçika, Fransa, Almaniya və Birləşmiş Krallıqda nümayəndəlikləri olan ümumavropa təşkilatı - Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən təsis edilmiş özəl ümum təhsil məktəbidir. 2012-ci ildə 95 şagirdi olan məktəb genişlənərək, hazırda 780 şagirdə təhsil verir.

20 saylı məktəb-lisey

Məktəbdə Azərbaycan və rus bölməsi ilə birlikdə, ümumilikdə 109 sinifdə 3526 şagird təhsil alır. Məktəb-liseydə 263 müəllimdən ibarət pedaqoji heyət çalışır. Məktəb-lisey 2009 və 2013-cü tədris illərində “Ən yaxşı məktəb” adına layiq görülüb.

147 saylı Texniki-Humanitar lisey

2017-2018-ci tədris ilində liseydə 550 şagird 22 sinif komplektində təhsil alıb. Müəllim kontingenti 53 nəfərdir. Lisey fəaliyyəti dövründə iki dəfə (2007-2008-ci və 2014-2015-ci tədris illərində) “İlin ən yaxşı məktəbi” müsabiqəsinin qalibi olub. Liseydə tədris texniki və humanitar ixtisaslar üzrə həyata keçirilir. 5-6-cı siniflər liseyə hazırlıq sinifləridir. 7-ci sinifdən etibarən şagirdlərin maraq və bacarıqlarına əsasən, texniki və humanitar siniflər formalaşdırılır.

53 saylı tam orta məktəb

Təhsil ocağında təlim Azərbaycan və rus dillərində aparılır. Məktəbdə 148 müəllim çalışır və 2299 nəfər şagird təhsil alır.

245 saylı tam orta məktəb

Bu gün məktəbin 81 sinfində 2411 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 154 müəllim məşğul olur.

200 saylı tam orta məktəb

Hazırda xüsusi qayğıya ehtiyacı olan 67 uşaq kompleksin şagird kontingenti sırasındadır. Müəllimlərin sayı 253 nəfərdir. Məktəbdə təhsil alan şagirdlərin sayı 3162 nəfər təşkil edir.

Kompleksin strukturu: 1. Məktəb bölməsi (6-17 yaş) Ümumi tədris planı ilə işləyən siniflər. 2. Lisey bölməsi (14-17 yaş) a) Riyaziyyat yönümlü siniflər b) Kimya-biologiya yönümlü siniflər.

Kompleksdə tədris Azərbaycan və rus dillərindədir.

Fizika, Riyaziyyat və İnformatika Təmayüllü lisey

Hazırda liseydə respublikanın bütün bölgələrindən 600 şagird təhsil alır. Onlardan 300 nəfəri dövlət hesabına yataqxanada qalır. Təhsil ocağına qəbul 7-ci, 8-ci və 9-cu siniflərdən aparılır.

95 saylı tam orta məktəb

Təhsil ocağı istifadəyə verilərkən 1047 şagird üçün nəzərdə tutulub. Orta hesabla hər il məzunlarının 70-75%-i ali məktəblərə qəbul olunurlar.

47 saylı tam orta məktəb

Burada Azərbaycan və rus dilində fəaliyyət göstərir. İki bölmədə ümümilikdə 1520 nəfər şagird təhsil alır. Məktəbdə 139 müəllim işləyir.

6 saylı məktəb-lisey

Burada 544 şagird təhsil alır.

132-134 nömrəli Təhsil Kompleksi

Azərbaycanda ilk dəfə 2007-ci ildə 134 saylı orta məktəbin nəzdində fransız təmayüllü Beynəlxalq Təhsil Kompleksi yaradılıb.

Sadaladığımız məktəblərin reytinq siyahısı ali məktəblərə qəbul və təlim göstəricilərinə əsasən tərtib edilib.

XƏBƏR LENTİ