Anons

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

14-05-2019, 17:36 - “1600 AZN kompensasiya düşür, 516 manat rüşvət istəyirlər” - “Muğanbank”a ittiham

14-05-2019, 13:30 - Həkim Qafar Cəfərov vətəndaşı yaraladı, Polisin hərəkətsizliyindən Prezidentə şikayət edildi -Foto

9-05-2019, 10:59 - Baxça müdirəsi deputat və icra başçısı, müavin tərəfindən müdafiə edilir - İDDİA... MASALLIDA

7-05-2019, 12:42 - Amerikada gözəllik yaradan azərbaycanlı xanım

7-05-2019, 10:37 - “Azəriqaz” rəhbəri haqda prezidentə elə bir dosye verilib ki…

7-05-2019, 10:33 - Azərbaycanlı qız “ölüm” reysindən necə qurtuldu?

7-05-2019, 10:12 - Düşmən atəşkəs rejimini yenə pozdu

7-05-2019, 10:10 - Elçin Quliyev gürcüstanlı həmkarı ilə sərhəddəki vəziyyəti müzakirə edib

6-05-2019, 12:31 - Ulu öndərə sadiq insan ( Telefonçu qız )

6-05-2019, 10:15 - DYPŞ polis mayoru Namik Məmmədov vətəndaşın hüquqlarını pozması iddiası ilə nazirə müraciət edildi - FOTO

2-05-2019, 16:15 - Səbuhi Abbasov “Xüsusi xidmətlərə görə” Ordeni ilə təltif edildi

2-05-2019, 16:07 - Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib

2-05-2019, 15:58 - Cəlilabad təhsil şöbəsinin müdirinə ittiham - "... Bizimki sayı itirib"

30-04-2019, 03:45 - Yasamal DYP qəza şöbəsi vətəndaşı rüşvət vermədiyinə görə necə qəzanın günahkarı çıxarıb..?

30-04-2019, 02:28 - Priverdiyev bəlası bitdi, Balababa bəlasına start verildi..?

26-04-2019, 15:02 - AĞSUNUN QARA GÜNLƏRİ - Video

26-04-2019, 14:30 - Ağdam rayon 71 saylı tam orta məktəbdə Nazir necə aldadılır

25-04-2019, 11:44 - Həkimlər və Hüquq Mühahizə işçilərinin qurbanına çevrilən Beyləqan rayon sakini Pənah Hüseynov başına gələn müsibətlərdən danışdı - VİDEO

25-04-2019, 10:15 - Dərbənddə Nizami Gəncəvinin heykəli növbəti dəfə vandalizmə məruz qaldı

Aprel gecdir, Paşinyana sentyabr “hədiyyəsi” edək - ŞƏRH

Tarix:10-09-2018, 15:00 Baxış Sayı:222

Aprel gecdir, Paşinyana sentyabr “hədiyyəsi” edək - ŞƏRH

Nikol Paşinyan yenə siyasətdə naşı olduğunu göstərdi, başından böyük sözlər danışdı.

Bunu Oxu.Az-a açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

Millət vəkilinin dediyinə görə, Qərbdəki havadarlarının himayəsi və cinayətkar Sarkisyan xuntasının səhvlərindən yararlanıb, xalq kütlələrinin etirazl dalğasında çevriliş yolu ilə hakimiyyətə yiyələnən Ermənistan lideri, əslində, siyasətçidən, dövlət adamından daha çox uğursuz idarəçi və “siyasətbaz” olduğunu dəfələrlə nümayiş etdirməkdədir, Moskvaya son səfərində söylədiyi təxribat xarakterli sözlər bir daha bunun əyani və növbəti təsdiqi oldu.

T. Rzayev bildirib ki, aprel-may ayları ilə müqayisədə, Paşinyanın ölkədə nüfuzu və reytinqi sürətlə aşağıya düşməkdədir:

“Artıq ona qarşı sabiq prezident, hərbi cani Robert Koçaryanın başçılıq etdiyi böyük bir blok formalaşmaqdadır.

Həm Ermənistandan olub, hakimiyyətdən uzaqlaşdırılan, sıxışdırılan məmurlar, həm də “Qarabağ klanı”ndan olanlar Koçaryanın timsalında Paşinyana qarşı geniş cəhhə açmaqdadırlar. Paşinyanı çox ağır günlər gözləyir, ölkədəki problemlər də bəllidir.

Əslində, Paşinyanı yalnız bir məsələ - əvvəlki başabəla, cinayətkar rəhbərlərin, Koçaryan-Sarkisyan rejimlərinin avantürist, destruktiv siyasətlərindən əl çəkmək və Azərbaycanla konstruktiv şəkildə sülh danışıqları ətrafında, danışıqlar masası arxasında əyləşmək və ədalətli sülhə razı olmaq qurtara bilərdi. Amma görünür, o, bu fürsətini, bu şansını da əlindən verməkdədir.

Onun Moskvada iş adamları ilə görüş zamanı söylədiyi təxribat xarakterli sözləri, yəni, “gələcəkdə tanınmamış “Dağlıq Qarabağ Respublikası” Ermənistan ərazisinin tamhüquqlu tərkib hissəsi olmalıdır” cəfəngiyyatı Paşinyanın heç də xuntaçılardan, cinayətkar Koçaryan və Sarkisyandan fərqlənmədiyini, əksinə, ondan daha betər və avantürsit olduğunu göstərdi.

Bu adam nə danışdığını bilmir və fərqində deyil ki, münaqişənin həllinə, danışıqlar prosesinə, bölgədə sülhün, təhlükəsizliyin təminatına nə qədər böyük zərbələr vurur. O, ağlını başına yığmalı, buraxdığı təhlükəli və biabırçı xətadan geri dönməlidir. Yoxsa həm onun özü, həm də Ermənistan üçün böyük ziyanı olacaq.

Azərbaycan dövlət və dövlət rəhbəri səviyyəsində dəfələrlə açıq şəkildə bəyan edib ki, Qarabağ Azərbaycanın tarixi, ayrılmaz tərkib hissəsidir və torpaq məsələsində heç bir güzəştdən söhbət gedə bilməz.

Əgər Paşinyan bunu dərk etmirsə və ya özünü “uşaq yerinə” qoyursa, bu, artıq onun öz işdir və bunun cəzasının verilməsi uzun çəkməyəcək”.

Millət vəkili Aydın Mirzəzadə Paşinyanın sözlərini “təxribat və danışıqlar prosesinə böyük zərbə” adlandırıb.

“Ancaq, o, cavabını almalıdır. Aprel gecdir, Paşinyana bir sentyabr “hədiyyəsi” edək. Qoy, ayılsın”, - deyə millət vəkili fikirlərini tamamlayıb.

XƏBƏR LENTİ