Anons

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

30-03-2018, 14:27 - Bakı Gömrük İdarəsinin rəisi, gömrük generalı Vusal Novruzov rəhbərlik etdiyi sahədə ən kiçik çatışmamazlığa...

19-03-2018, 08:28 - İctimai vəkil Koroğlu MMC-in qondarma ittihamı ilə bağlı ölkə başçısına müraciət etdi

13-03-2018, 17:35 - Sumqayıtda milyonlar hara və kimlərin cibinə gedir?

10-03-2018, 20:11 - AQC-nin yeni sədri Nüsrət İbrahimov seçilib

10-03-2018, 18:24 - Zərrabçılar Qeyri Hökümət Təşkilatını ələ keçirdi - Aynur Camalqızının QHT missiyası nədir...?

7-03-2018, 15:58 - Çılpaq qadınların fotolarını çəkdi - Səbəbinə inanmayacaqsız + VİDEO

28-02-2018, 11:22 - Dövlət orqanlarının Qaynar xətt nömrələri

Kəmaləddin Heydərov sonuncu kadrlarını da belə itirməkdədir - Əsgər Abdullayev və Rza Həsənəliyev...

Tarix:11-09-2018, 12:47 Baxış Sayı:2 127

Kəmaləddin Heydərov sonuncu kadrlarını da belə itirməkdədir - Əsgər Abdullayev və Rza Həsənəliyev...

“Föqəlnazir”in sonuncu kadrları da “çamadanını hazırlayıb”?

Kəmaləddin Heydərov 1995-ci ilin yanvarında Dövlət Gömrük Komitəsinin sədri təyin olunduqdan sonra onun bəzi həmyerlilərinin gömrükçü istedadı üzə çıxdı. Belə istedad sahiblərindən biri Əsgər Abdullayev, digəri isə Rza Həsənəliyevdir.

1963-cü ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olan Əsgər Abdullayev Kiyev İnşaat Mühəndisləri İnstitutunu 1985-ci ildə bitirdikdən sonra 11 il Yaşıllaşdırma müəssisəsinin Baş İstehsalat İdarəsində iqtisadçı, mühəndis, böyük mühəndis, şöbə rəisi, trest rəisi vəzifələrində işləyib. Kəmaləddin Heydərov DGK-nin sədri olduqdan sonra Əsgər Abdullayev gömrük orqanlarına qəbul olunub və idarə rəisi, Baş Gömrük İdarəsinin rəisi vəzifələrində işləyib. 2006-cı il iyunun 21-dən DGK sədrinin müavini vəzifəsinə təyin edilib və bu günə kimi həmin vəzifədədir. Yenixeber.org-a daxil olan məlumata görə Gömrük xidməti general-leytenantı Əsgər Abdullayev karyerasının son günlərini yaşayır. Məsələ ondadır ki, Əsgər Abdullayev aprel ayında vəzifəsini itirmiş Heydər Əsədovla qudadır. Sabiq kənd təsərrüfatı naziri Heydər Əsədov isə sabiq nəqaliyyat naziri Ziya Məmmədovla qudadır. Əsgər Abdullayevin “vurulacağını” stimullaşdıran başlıca faktor da budur. Bir zamanlar onun gömrük orqanlarında sürətli karyera yüksəlişini təmin edən Kəmaləddin Heydərovun isə bu gün onu müdafiə etmək üçün siyasi və inzibatı gücü qalmayıb...

Əsgər Abdullayevlə eyni karyera taleyini yaşayanlardan biri də DGK-nin digər sədr müavini Rza Həsənəliyevdir. Bu şəxsin gömrük orqanlarına qəbul edilməzdən əvvəl harada işləməsi ilə bağlı yalnız o məlumdur ki, əmək fəaliyyətinə 1978-ci ildə Ordubad baramaaçan fabrikində fəhlə kimi başlayıb. Onun sonra hansısa vəzifədə işləməsi haqqında heç bir məlumat yoxdur. Yalnız Kəmaləddin Heydərov DGK-sinin sədri olduqdan sonra Rza Həsənəliyev 1995-ci ildə gömrük orqanlarına işə qəbul olunub və 1999-cu ilin fevral ayında komitə sədrinin müavini təyin edilib. Məlumata görə, Rza Həsənəliyevlə Kəmaləddin Heydərov hələ orta məktəbdə oxuyarkən tanış olublar. Məlum olduğu kimi Kəmaləddin Heydərovun atası Fəttah Heydərov uzun müddət Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda partiya komitəsində rəhbər vəzifələr tutub və ailəsi də Ordubadda yaşayıb. Rza Həsənəliyev də Ordubadda doğulub və onun Kəmaləddin Heydərovla bir məktəbdə oxuduğu bildirilir. Dövlət Neft və Kimya İnstitutunun məzunu olan Rza Həsənəliyevin gömrük orqanlarında qısa zamanda komitə sədrinin müavini vəzifəsinə kimi yüksələ bilməsində bu amilin əhəmiyyətli rolu var. İddialara görə, Kəmaləddin Heydərovun Rza Həsənəliyevə etimadı o qədər yüksək olub ki, vəzifə tutmaq istəyən şəxslərin sənədləri ilk olaraq məhz R. Həsənəliyevə təqdim olunurmuş. Elə bu səbəbdən də Rza Həsənəliyevə bəzi dairələrdə Kəmaləddin Heydərovun “kadrotdeli” ayamasını veriblər. Bu status isə hazırkı şərtlərdə çox geniş təsir və sərvət qazanmaq imkanı deməkdir. Görünür buna görə də Rza Həsənəliyev mülklərinin siyahısına ona məxsusluğu bildirilən, Mərdəkan qəsəbəsində inşa etdirdiyi yeni villasını da əlavə edib. Sənədlərdə 2 mərtəbəli fərdi yaşayış evi kimi qeyd olunan bu ev əslində çox dəbdəbəli villadır. Mənbəmizin bildirdiyinə görə, Əsgər Abdullayevin karyerasına Heydər Əsədovla qudalığının son qoyacağı kimi, Rza Həsənəliyevin karyerasına da Mərdəkan qəsəbəsindəki yeni villası son qoya bilər. Səbəb isə odur ki, bu bağ evinin torpaq sahəsi ilə bağlı ciddi narazılıqlar mövcuddur. Bu istiqamətdə araşdırmalarımız davam edir.

Biz yazıda yer alan və hələlik yaza bilmədiyimiz detallarla bağlı hörmətli Rza Həsənəliyevin elektron poçtuna sorğu ünvanlamışıq. Təəssüf ki, ötən ayın son günü ünvanladığımız online sorğuya hələ də cavab ala bilməmişik.
Ümüd edək ki, hörmətli Həsənəliyev məlum qanunlarımıza hörmət nümayiş etdirib suallarımızı cavablandıracaq.

İlqar Salmanov
"Yenixeber"

XƏBƏR LENTİ