Anons

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

30-03-2018, 14:27 - Bakı Gömrük İdarəsinin rəisi, gömrük generalı Vusal Novruzov rəhbərlik etdiyi sahədə ən kiçik çatışmamazlığa...

19-03-2018, 08:28 - İctimai vəkil Koroğlu MMC-in qondarma ittihamı ilə bağlı ölkə başçısına müraciət etdi

13-03-2018, 17:35 - Sumqayıtda milyonlar hara və kimlərin cibinə gedir?

10-03-2018, 20:11 - AQC-nin yeni sədri Nüsrət İbrahimov seçilib

10-03-2018, 18:24 - Zərrabçılar Qeyri Hökümət Təşkilatını ələ keçirdi - Aynur Camalqızının QHT missiyası nədir...?

7-03-2018, 15:58 - Çılpaq qadınların fotolarını çəkdi - Səbəbinə inanmayacaqsız + VİDEO

28-02-2018, 11:22 - Dövlət orqanlarının Qaynar xətt nömrələri

Dövlət Baytarlıq Xidməti infeksion xəstəliklə bağlı fermerlərə müraciət edib

Tarix:13-09-2018, 12:00 Baxış Sayı:14

Dövlət Baytarlıq Xidməti infeksion xəstəliklə bağlı fermerlərə müraciət edib

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti heyvanlar arasında yayıla bilən bradzot xəstəliyi ilə bağlı fermerlərə müraciət edib.

Xidmətdən Trend-ə verilən məlumata görə, müraciətdə deyilir ki, bradzot itigedişli polibakterial toksikoinfeksiyalı (orqanizmin toksinlərlə zədələnməsi) olmaqla, heyvanların birdən-birə ölməsi, şirdan və onikibarmaq bağırsağın hemorragik iltihabı və mədə-bağırsaq sistemində qazların toplanması ilə səciyyələnən infeksion xəstəlikdir.

Xəstəliyin törədicisi torpaqda və su tutarlarının çöküntülərində yayılan klostridiya mikroblarıdır. Bu mikroorqanizmlərin müxtəlif tipləri insan və heyvanların müxtəlif xəstəliklərinə: insanlar yaman keyfiyyətli şişi və qanqrena, dovşancıq və botulizm, quzular anaerob dizanteriya və anaerob enterotoksemiya, iribuynuzlu heyvanlar hemorroji enterotoksemiya, nekrotiki enterit və hepatit, batsilyar hemoqlobinuriya, qoyunlarenterotoksemiya, bradzot,yaman keyfiyyətli şiş, camışlar osteomielit və s.səbəb olur.

Xəstəliyə cinsindən və yaşından asılı olmayaraq qoyunlar, əsasən 2 yaşa qədər kök heyvanlar daha həssasdır. Nadir hallarda keçilər də bu xəstəliyə tutulur. Bradzot ilin bütün fəsillərində, xüsusi ilə yaz və payız aylarında daha çox baş verir. Bradzot ildırımvari və iti gedişli olur. İldırımvari gediş zamanı kliniki sağlam görünən heyvanlarda qəfildən ölüm baş verir. Xəstəliyin iti gedişində heyvanlarda güclü sinir tutmaları, timpaniya, ağızdan və burundan köpüklü maye axır. Xəstəliyin gedişatında heyvanda temperatur 40.5-41oC-ə çatır, təngnəfəslik, boğulma, qanlı ishal və heyvanlar yerə yıxılaraq ətrafları ilə üzmə hərəkəti edirlər.

Ölmüş heyvanların cəsədlərində köpmə müşahidə edilir, tez çürüyür. Təbii dəliklərdən qanlı köpüklü maye axır. Mədə önlükləri yemlə, bağırsaqlarda qazla dolu olur. Köks və qarın boşluğunda qanlı maye olur. Ağciyər dolu qanlı, ürək əzələsi nisbətən boş, qan sağıntıları, dalaq az böyümüş, qaraciyərdə nekroz sahələri görünür.

Xəstəliyin ildırımvari formasında müalicə effekt vermir, lakin iti formada biometsin, terrometsin və sintometsin antibiotiklərindən istifadə edilərək müalicə aparılır.

Bradzot xəstəliyinə qarşı profilaktiki olaraq otlaq və su mənbələrinin baytarlıq-sanitariya vəziyyətinə nəzarət olunmalıdır. Xəstəlik baş verdikdə heyvanların yeri dəyişdirilməlidir, yemlənməsinə fikir verməli, köp verən yemlər və şehli otlaqda otarılmamalıdır.

Bradzot xəstəliyinə qarşı profilaktiki olaraq heyvanları peyvəndləməyə cəlb etmək lazımdır. Bunun üçün hər il sağlam heyvanlar bradzot və digər xəstəliklər əleyhinə buraxılmış polivalent vaksinlə (koklavaks) təlimata uyğun peyvənd edilməlidir.

Bradzota qarşı müalicə və profilaktiki tədbirlər təsərrüfat sahibinin hesabına aparılır.

Bradzot xəstəliyinə qarşı təklif olunan preparatlar hər bir preparatın təlimatı əsasında baytar həkiminin təyinatı və iştirakı ilə aparılmalıdır.

XƏBƏR LENTİ