Anons

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

30-03-2018, 14:27 - Bakı Gömrük İdarəsinin rəisi, gömrük generalı Vusal Novruzov rəhbərlik etdiyi sahədə ən kiçik çatışmamazlığa...

19-03-2018, 08:28 - İctimai vəkil Koroğlu MMC-in qondarma ittihamı ilə bağlı ölkə başçısına müraciət etdi

13-03-2018, 17:35 - Sumqayıtda milyonlar hara və kimlərin cibinə gedir?

10-03-2018, 20:11 - AQC-nin yeni sədri Nüsrət İbrahimov seçilib

10-03-2018, 18:24 - Zərrabçılar Qeyri Hökümət Təşkilatını ələ keçirdi - Aynur Camalqızının QHT missiyası nədir...?

Ata və oğul birləşib idmançını ÖLDÜRDÜ - Sumqayıtdakı olayın SƏBƏBİ DƏHŞƏTƏ GƏTİRƏCƏK - FOTO

Tarix:18-09-2018, 11:05 Baxış Sayı:46

Ata və oğul birləşib idmançını ÖLDÜRDÜ - Sumqayıtdakı olayın SƏBƏBİ DƏHŞƏTƏ GƏTİRƏCƏK - FOTO

Sumqayıt şəhəri 21-ci məhəllədə bir neçə gün əvvəl baş verən davada xəsarət alanlardan biri dünyasını dəyişib. Sentyabrın 5-ci gecə saatlarında baş verən olay zamanı Sumqayıt şəhər sakini - 1992-ci il təvəllüdlü Həbibov Rasif Asif oğlu və 1988-ci il təvəllüdlü Dadaşov Samir Tahir oğlu bıçaqlanıblar.

Bakunews.az bildirir ki, Publika.az-a danışan Rasif Həbibovun qardaşı Vasif Həbibov onun bir neçə gün əvvəl vəfat etdiyini deyərək hadisənin şok təfərrüatından danışıb. O, qardaşının telefonun enerji aparatı üstündə öldüyünü deyib.

"Qardaşım onu bıçaqlayaraq öldürən Əhəd İsmayılovun oğlu Nicat İsmayılovla dost olub. Hətta Nicat evdəkilərdən küsəndə bizdə qalırdı, qardaşım yatağını ona verirdi, get-gəlişimiz var idi. Sonra münasibətləri pozulub. Onun balaca oğlu Ramili isə qardaşım idmana aparıb, ona böyük qardaş kimi davranıb. Hazırda Nicat Gürcüstandadır, onun hadisə ilə heç bir əlaqəsi yoxdur. Hadisə Ramil İsmayılovla qardaşım arasında baş verən mübahisədən sonra yaşanıb. Belə ki, sentyabrın 4-dən 5-nə keçən gecə qardaşım dostu ilə Sumqayıtdakı ineternet klubların birinə daxil olub. Həmişə getdiyi yerdir, oranı işlədən şəxsdən telefonunun "zaryatka” toplaması üçün adapter istəyib. O da adapterin yerini göstərib. Həmin vaxt Ramilin telefonu enerji yığırmış. Rasif Ramilin telefonunun enerji ilə dolduğunu görüb çıxaranda o söyüş söyməyə başlayıb. Ramil söyüş söyəndən sonra onların arasında mübahisə olub, Rasif onu şillə ilə vurub. Daha sonra həmin məkanı tərk edib. Bütün bunların hamısının görüntüləri var. Hətta qardaşım sonradan dostlarına tapşırıb ki, onun əvəzindən gedib Ramilin könlünü alsınlar. Desinlər ki, böyük qardaş kimi ərk edib vurub. Bu zaman Ramil atasına hadisə barədə məlumat verib, hər ikisi evdən bıçaq götürərək çıxıblar. Ramil atası ilə çayxanaya gəlib, aralarında yenə mübahisə yaranıb, ata-bala Rasifi söyüblər, daha sonra söhbət etmək üçün qardaşımı kənara dəvət ediblər. O, Ramilgilin maşınına minib gedəndə dostu Samir Dadaşov yanında olub, tək qoymamaq üçün o da gedib. Hadisə yeri çayxanadan çox da uzaqda deyil, lakin nisbətən qaranlıq yerdir. Onlar hadisə yerinə çatan kimi Ramilin atası Əhəd söyüş söyməyə başlayıb. Rasif yaşına görə ona hörmət etdiyini deyib və irəli getməməsi üçün xəbərdarlıq edib. Lakin Əhəd İsmayılov Rasifə bıçaqla vurub. Rasif hər gün idmanla məşğul olur, ona görə heç bıçaq zərbəsini hiss etməyib. Bu zaman Ramil İsmayılov Samirlə dalaşmağa başlayıb. Həmin vaxtda Ramil Samirə 3 bıçaq zərbəsi vurub. Samir Rasifə kömək edə bilməyib. Samirin sözlərinə görə, əvvəl bıçaqlandığını hiss etməyib, amma Ramilin onu vurub meşəliyə doğru qaçanda əlində bıçaq olduğunu görüb. Samir deyir ki, həmin vaxt Rasif Əhədi üzü üstə çökdürsə də, o bıçaqla qardaşıma zərbələrə endirirmiş. Sonra Samir Rasifi xəstəxanaya aparıb. Qardaşım Sumqayıtda xəstəxanaya yerləşdirilib, o 5 yerindən - Samir isə 3 yerdən bıçaqlanıb”.

V.Həbibov ata-balanın cinayəti planlayaraq törətdiklərini bildirib:

Ramil və atası Əhədin evdən çıxma görüntüləri də var. Həmin görüntülərdə onların evdən çıxarkən Ramilin anasının mənzildən necə həyəcanla çıxdığı görünür. Yəqin ki, qadın yoldaşı ilə oğlunun evdən bıçaq götürdüyünü bildiyinə görə həyəcan keçirib”.

V.Həbibov işi aparan aidiyyəti şəxslərin məsələyə soyuq yanaşdığını, bəzi məqamları gözardı etdiklərini deyir:

"Hadisə musiqi məktəbi yaxınlığında olub. Həmin ərazidə kameranın olduğu barədə mən müstəntiqə məlumat vermişəm, halbuki o, ərazidə olub. İndi də kameradakı görüntülərin qaranlıq olduğuna görə aydın görünmədiyini əsas gətirirlər. Bu cür yubatmalara görə biz işin araşdırılması üçün Sumqayıt Şəhər Prokurorluğundan alınıb Respublika Prokurorluğuna verilməsini istəyirik. Çünki bizim onların araşdırmasına inamımız yoxdur. Qardaşımın qatili Əhəd İsmayılov hazırda azadlıqdadır. Həm qardaşımı, həm də dostu Samiri Ramilin bıçaqladığı deyilir. Bilərəkdən hər şeyi oğlunun üstünə atır ki, gələcəkdə dəlilik və ya başqa adla onu xilas etsin. Əhəd özü də açıq şəkildə oğlunu uzun müddət içəridə qoymayacağını deyib. Halbuki Ramilin 17 yaşı yeni tamam olub, cansız uşaqdır. Qardaşım da, Samir də idmanla məşğul olur. Ramilin qardaşıma 5, Samirə 3 bıçaq zərbəsi vurması inandırıcı deyil. İstifadə olunan bıçaqlar da ayrıdır. Samirə vurulan zərbələrdə bıçaq 1 sm bədənə girib, qardaşıma vurulan zərbələr nəticəsində bıçaq ağciyərini deşib, qoltuğunun altından girib ən çox qanı da həmin nayihədə itirib. Həkimlər də dedi ki, Rasifi qolu qüvvətli şəxs vurub”.

Şikayətlə bağlı Sumqayıt Şəhər Prokurorluğundan və işi aparan müstəntiqlə münasibət öyrənmək cəhdlərimiz baş tutmadı. Təkrar əlaqə saxlayacağıq aidiyyəti şəxslərlə danışacağımız təqdirdə onların da mövqeyini verəcəyik.

Ata və oğul birləşib idmançını ÖLDÜRDÜ - Sumqayıtdakı olayın SƏBƏBİ DƏHŞƏTƏ GƏTİRƏCƏK - FOTO
Ata və oğul birləşib idmançını ÖLDÜRDÜ - Sumqayıtdakı olayın SƏBƏBİ DƏHŞƏTƏ GƏTİRƏCƏK - FOTO
Ata və oğul birləşib idmançını ÖLDÜRDÜ - Sumqayıtdakı olayın SƏBƏBİ DƏHŞƏTƏ GƏTİRƏCƏK - FOTO

XƏBƏR LENTİ