Anons

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

30-03-2018, 14:27 - Bakı Gömrük İdarəsinin rəisi, gömrük generalı Vusal Novruzov rəhbərlik etdiyi sahədə ən kiçik çatışmamazlığa...

19-03-2018, 08:28 - İctimai vəkil Koroğlu MMC-in qondarma ittihamı ilə bağlı ölkə başçısına müraciət etdi

13-03-2018, 17:35 - Sumqayıtda milyonlar hara və kimlərin cibinə gedir?

10-03-2018, 20:11 - AQC-nin yeni sədri Nüsrət İbrahimov seçilib

10-03-2018, 18:24 - Zərrabçılar Qeyri Hökümət Təşkilatını ələ keçirdi - Aynur Camalqızının QHT missiyası nədir...?

Əvəz Qocayev vəzifə səlahiyyətlərindən istifadə edərək, kürəkəninin əmlakını mənimsəyir

Tarix:21-09-2018, 16:10 Baxış Sayı:174

Əvəz Qocayev vəzifə səlahiyyətlərindən istifadə edərək, kürəkəninin əmlakını mənimsəyir

İlk öncə qeyd edək ki, bizim mətbuata söylədiyimiz fikirlərdə Əvəz Qocayevin işgüzarlığı şərəf və ləyaqəti barədə yazı verməmişik.
Qeyd etdiklərimizi bir daha təsdiqləyirik və əlavə olaraq bildiririk ki, Rahib Hüseynovun Əvəz Qocayevin qızı Xatirə Qocayeva ilə rəsmi nikahda olub və Əvəz Qocayevin ailəsinə Rahib Hüseynovun 2013-cü ildə həbs olunması əvvəlcədən bəlli olmuş və Rahib Hüseynovun xəbəri olmadan 23 avqust 2013-cü il tarixdə nikahın pozulması barədə məhkəməyə ərizə ilə müraciət olunmuşdur.(Ərizədəki imza Xatirəyə Qocayevaya məxsus deyil). Nigah Rahib Hüseynovun xəbəri olmadan, 1 ay müddətinə pozulmuş və məhkəmədə Rahib Hüseynovun adından başqa işlə bağlı etibarnaməsi olmuş və məhkəmə iclasında Əvəz Qocayevin ailəsinə yaxın olan Mehdi adlı şəxs iştirak etmişdir.
Hörmətli vəkil Azər qeyd etmişdir ki, 2013-cü ildən bu yana heç yerdə Əvəz Qocayevlə bağlı ad çəkilməmişdir.
Bu fikrə aydınlıq gətirmək üçün bildirim ki, Rahib Hüseynov həbs edildikdən hal-hazıra kimi ona demişlər ki, nikahı formal olaraq, pozmuşuq,sən Əvəz Qocayevin adını hallandırma o, sənin həmişə arxandadı. Yəni mənim istintaqa təqdim etdiyim kitablarda konkret olaraq, qaynım Anar Qocayevə, qaynatam Əvəz Qocayeva, qaynanam Tamella Qocayevaya və Xatirə Qocayevaya hansı məbləğdə verdiyim pulların məbləğı konkret olaraq göstərilmişdir və hal-hazırda həmin sənədlər istintaqdadır və kimlər tərəfindən adların pozulması barədə araşdırma aparılır. Həmin vaxt mən 2014-cü ildə azadlığa çıxdıqda Əvəz Qocayev mənə dəfələrlə xərclik və vədlər verib başım aldatdı. Habelə vaxt udaraq şəxsi əmlaklarımı qızımın adına keçirmişdir. Həmin vaxt əmlak Xatirə Qocayevanın adına idi və mənim adımdan da ona etibarnamə alınmışdır.
Vəkil məktubda qeyd etmişdir ki, bizim niyyətimiz böhtanla nəsə ələ keçirmək olmuşdur.
Qeyd edim ki, bizim dediklərimiz böhtan deyil.Bu barədə məhkəmədə iddialarımız var və biz haqqımızı tələb edirik. Əvəz Qocayev isə öz məmur səlahiyyətlərindən istifadə edərək, bizə hədə qorxu gəlir.
Onu da qeyd edim ki, mən həbsdə olanda Əvəz Qocayev tərəfindən dəfələrlə vəkilimə pul təklif edərək, mənim sakit oturmağımı tələb etmiş, onun adını hallandırmasam arxamda duracağına söz vermişdir. Təbii ki, mənim vəkilim Qocayevin göndərdiyi pulu qəbul etməmiş və mənim mövqeyimi müdafiə edəcəyini bildirmişdir. Bu barədə də sübutlar var, zərurət olarsa onları lazımı orqanlara təqdim edəcəyik.
Mənim notariat kontoruna 29 oktyabr 2016-cı il tarixdə yazdığım ərizədə bir daha qeyd edirəm ki, Əvəz Qocayev mənə pul və bir necə əmlak verəcəyi vədi ilə, istintaqda onun adını çəkməyim. Sonra da məni dostu -Binəqədi Polis İdarəsinin rəisi ilə hədələyərək, mülki iddiasından imtina etməyimi istəyir. Həmin vaxt mən istintaq altında idim, ərizədən iki gün sonar həbs edildim . Əvəz Qocayev yenə məni aldatdı. Bundan sonar mən Bakı istintaq təcridxanasından Notariat orqanlarına ərizənin ləğv edilməsi barədə xahişnamə göndərdim.
Bir sual məni düşündürür, görəsən səlahiyyətli orqanlara yazdığım həmən ərizə Əvəz Qocayevin əlinə haradan keçib? Habelə həmin ərizəni kimlərsə nə üçün vadar edib?
Vəkil tərəfindən ikinci dəfə təqdim edilmiş sənəd mənim tərəfimdən yazılmamışdır və özləri saxta yolla hazırlamışdılar. Yəqin ki, bu hallara dair bizim də məhkəmədə iddialarımız olacaq.
Dərc olunan 3-cü məktub isə mənim tərəfimdən istintaq təcridxanasında yazılmışdır. Həmən vaxtlar maddi sıxıntım olduğuna görə valideynlərimə Qocayev tərəfindən köməklik olunmuşdur və onlardan də tələb də olmuşdur ki, onun adını heç yerdə çəkməyim. Burada da onun məqsədi məni aldatmaq olmuşdur. Düşünmüsdü ki, məni həbsə həbsə göndərəcək və bununla da məsələ bitəcək.
Bütün narazılıqlar mən ev dustağlığına buraxıldıqdan sonar baş verdi. Səbəb də o idi ki, məni öz bağıma buraxmsın. O bağın açarını da dəyişmişdir. Halbuki həmin bağda mənim əşyalarım və mənim zəhmətim vardı.( bağın şəkillərini və videosunu təqdim edəcəm).
Mən Qocayev tərəfindən aldadıldığımı bilib, yenidən məhkəməyə müraciət etdim. Bundan sonar o, dayım İbrahim vasitəsi ilə mənə dəfələrlə iddiadan imtina etməyim barədə tələb və təzyiq etmişdir.
Vəkilin mətbuat konfransı zamanı «Azərbaycandəmiryolu» İdarəsinin keçmiş rəisi Arif Əsgərovun və onun oğlu Elnar Əsgərovun, həmçinin Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalovun və oğlu Qoşqar Zeynalovun, eyni zamanda "Azəravtoyolservis” ASC-nin sədr müavini Əvəz Qocayevin adlarını hallandırmamağımıza görə sözünün üstündə durduğunu onun adının çəkməməsini xahiş etmişdi. Həmin vaxt bizim aramızda əmlak mübahisəsi yox idi. Digər tərəfdən biz yenə də həmin konfransda dediklərimizi təsdiq edirik və biz deməmişik və indi də demirik ki, Qoşqar Zeynalov mənə pul vermiş mən də həmin pulu Əvəz Qocayevə vermişəm. «Azərbaycandəmiryolu» İdarəsinin keçmiş rəisi Arif Əsgərov və onun oğlu Elnar Əsgərovu, həmçinin Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov və onun oğlu Qoşqar Zeynalovu heç kim unutmayıb və həmin Qoşqar Zeynalovla bağlı bağlı istintaq gedir.
Əlimizdə olan sənədləri və faktları sizə təqdim edəcəyik.
Xatırladaq ki, "Azəravtoyol” ASC-nin sədr müavini Əvəz Qocayev kürəkəni Rahib Hüseynovdan mənimsədiyi əmlakın siyahısı bunlardır:
Bildirirəm ki, mən Qocayeva Xatirə Əvəz qızı iıə 08 dekabr 1998-ci ildə rəsmi nakaha daxil olub, ailə qurmuşuq. Nikahımız 05.11.2013-cü il tarixdə məhkəmə qətnaməsi əsasında pozulmuşdur. Qeyd edim ki, nikahımız pozulan vaxtı mənim barəmdə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Azərbaycan Respublikasının CM-in 178.3.2-ci maddəsi ilə 131900270 nömrəli cinayət işi açılmış, istintaq aparılmışdır. Həmin vaxt mən həbsdə idim. 2014-cü ildə cinayət işinə xitam verildi.
Azadlığa çıxdıqdan sonra cavabdeh mənimlə ər-arvad münasibətlərini kəsmiş və ayrı yaşamışdır. Biz birgə nikahda olan zaman həyat yoldaşımın adına Bakı şəhəri, Binəqədi rayonu Cəfər Xəndan küçəsi 28, mənzil 23 ünvanında sahəsi 155 kv.m olan 4 otaqlı mənzil, "Oba” MTK-da sahəsi 120 kv.m olan "NN” Gözəllik salonu, həmin salonun içinə 70000 manat dəyərində avadanlıq, "Oba” MTK-da sahəsi 180 kv.m olan 4 otaqlı mənzil,Varovski qəsəbəsində 6 sot torpağın icində 3 mərtəbə villa, "Star-M” MTK-da ümumi sahəsi 320 kv.m olan 7 otaqlı iki mənzil, "Real” MTK-da 4 otaqlı sahəsi 185 kv.m olan mənzil, "Yeni Həyat” MTK Port Bakunun üstündə sahəsi 130 kv.m olan 3 otaqlı mənzil, Novxanıda bağ evi, (evin əşyaları 250000 manat), Novxanıda bağ evi, (evin əşyaları 400000 manat)dəyərində, "Real” MTK-də 380 kv.m olan ofis,( ofisin içinə alınmış avadanlıq 60000 manat ) «S klass -20R Mersedes» markalı, 10-RX-050 dövlət qeydiyyat nişanlı avtomaşın və «Karavella Volsvagen» markalı, 90-NN-400 dövlət qeydiyyat nişanlı avtomaşın əldə etmişdir. Bundan başqa cavabdeh birgə nikah dövrümüzdə adına bankda depozitə pul qoymuşdur. Bundan başqa birgə nikah dövründə evə 200000 manat dəyərində qızıl zinət əşyaları... (sozcu.info)

Rahib Hüseynov.
Sevil Hacıyeva

XƏBƏR LENTİ