Anons

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

30-03-2018, 14:27 - Bakı Gömrük İdarəsinin rəisi, gömrük generalı Vusal Novruzov rəhbərlik etdiyi sahədə ən kiçik çatışmamazlığa...

19-03-2018, 08:28 - İctimai vəkil Koroğlu MMC-in qondarma ittihamı ilə bağlı ölkə başçısına müraciət etdi

13-03-2018, 17:35 - Sumqayıtda milyonlar hara və kimlərin cibinə gedir?

10-03-2018, 20:11 - AQC-nin yeni sədri Nüsrət İbrahimov seçilib

10-03-2018, 18:24 - Zərrabçılar Qeyri Hökümət Təşkilatını ələ keçirdi - Aynur Camalqızının QHT missiyası nədir...?

Cəmiyyətin müqaviməti olmayanda…

Tarix:27-09-2018, 16:45 Baxış Sayı:57

Cəmiyyətin müqaviməti olmayanda…

Balaca “padşahlar” meydan sulayır

Kimi dindirirsən, gileylənir. Güzərandan, dolanışıqdan, bahaçılıqdan, məktəbdə uşaqlardan pul yığılmasından, hər şeyin rüşvətlə həll edilməsindən, xəstəxanalarda baş alıb gedən özbaşınalıq və sairə. Amma bu cür mənfi hallara qarşı mübarizə aparmaq barədə bir kəlmə də olsa, danışan yoxdur. Bu günlərdə Beyləqanda dostlarlala çay süfrəsi arxasında əyləşib söhbət edirdik. Hal-əhvaldan sonra söhbət yenə giley-güzar üzərinə gəldi. Hər kəs rayonda rüşvətxorluğun, bahalaşmanın, narkomaniyanın və başqa mənfi halların çoxalmasından gileyləndi.

Dostların dedikləri reallıqdır, əyalətlərdə vəziyyət heç də ürəkaçan deyil. Kim harada əyləşibsə, dədəsinin mülki kimi, pulunu verməsən, adi arayışı belə, ala bilməzsən. Hər addım pula başa gəlir. Dövlət müəssisələrindən heç bir əlamət hiss olunmur. Xüsusən dövlət adına xəstəxana, məktəb, bağça da onun kimi Söhbətin şirin bu məqamında gileylənən dostlarıma müraciət edərək, bu cür vəziyyətdən qurtarmağın yollarını heç olmasa, bir dəfə oturub aradıqlarını sual etdim. Onların sualıma cavabları demək olar ki, eyni oldu: yol varmı ki, onu da arayaq, deyə sualıma sualla cavab verdilər. Mən isə dostlarımdan fərqli olaraq, rayonda insanları məhv edən, onların canını boğazına yığan mənfi hallara qarşı mübarizə aparmadıqlarını, rüşvətxorluq, korrupsiya və bütün mövcud mənfi halların səbəbkarı olan məmurlara qarşı barış mövqeyində durduqlarını, susmaqla onların qara əməllərinin çiçəklənməsinə şərait yaratdıqlarını və əksər hallarda özlərinin də həmin mənfi proseslərdə iştirak etdiklərini faktlarla sübut etdim. Onlara bildirdim ki, bu ölkənin prezidenti sadaladığımız mənfi hallara qarşı mübarizə aparmağın vacib olduğunu hər məqamda cəmiyyətə bəyan edirsə, cəmiyyətin bütün subyektlərini bu bəlalara qarşı mübarizəyə çağırırsa və bu çağırışlardan sonra cəmiyyət mübarizəyə qoşulmursa, çayxanalarda oturub boş-boş gileylənməklə kifayətlənirsə, rayonda, ölkədə vəziyyətin öz-özünə normal hala düşməsi mümkün deyil!

Bu sözlərimdən sonra dostlarım dediyim həqiqətləri təsdiq etməkdən başqa, özgə bir şey deyə bilmədilər. Əlavə etdim ki, cəmiyyətin ümumi mübarizəsinin məhsulu kimi, inkişaf etrmiş ölkələrdə öz əksini tapıb, insanların rifahı yüksəlib, hər şey insan üçün və insanların rifahı üçün şüarları gerçəkliyə çevrilib, Qərb və Avropa ölkələrində mübarizə ona görə müsbət nəticə verib ki, burada mübarizəyə tək-tək fərdlər yox, bütün cəmiyyət qoşulub və heç bir qüvvə cəmiyyətin qarşısında duruş gətirib, insanları özünün istismar predmetinə çevirə bilməyib. Amma bizdə vəziyyət bunun tam tərsidir, cəmiyyət hansısa fərdlərin nağıl qəhrəmanı “ağ atlı” öğlan kimi, zühr etməsini və cəmiyyəti normallaşdırmasını gözləyir!

Hər kəs bilməlidir ki, normal insanın tərbiyəsi, insanların normal adam ölçülərinə gətirilməsi ailədən, məktəbdən və cəmiyyətdən asılıdır. Əgər ailədə, yəni təməl tərbiyə beşiyində normal tərbiyə yoxdursa, o zaman fərdin məktəbin və cəmiyyətin tərbiyəsi ilə normal adam olacağına ümid etmək yanlışdır. Normal adam o zaman formalaşır ki, ailənin təməl tərbiyəsi normal olsun və təməl ailə tərbiyəsi üzərində də məktəb və cəmiyyət öz işini görə bilsin. Təəssüf ki, hazırda insanların normal adam kimi yetişdirməli olan üç institutun üçü də normallıqdan çox uzaqdır. Çünki bu instutların fəaliyyətinə cavabdeh olan, onları nizamlamağa borclu olan ADAMların özlərinin deqradasiyaya məruz qalması sistemi pozur. Dövlətin nüvəsi hesab edilən Ailə iqtisadi tənəzzül keçirirsə, normal təminatı yoxdursa, gənc ailələrdə boşanmalar baş alıb gedirsə, məktəblərdə çalışan müəllimlər normal əmək haqqı ala bilmədiyi üçün şagirdin valideyninin bu və ya digər formada əlinə baxmağa məcbur qalırsa, cəmiyyət rüşvətxor və tərbiyəsiz məmurların təsiri altındadırsa, o zaman hansı tərəqqidən və sosial rifahdan bəhs etmək olar?! Əlbəttə, heç birindən!

Götürək, bəzi icra başçılarının şəxsi tərbiyəsinin təsiri altında rayonlarda formalaşmış mürtəce mühitdə insanların gözü qarşısında baş verən mənfi halları. Bu mühitdə mənfi nə desən, tapa bilərsən, amma müsbət, insan əxlaqına yaraşan adi bir element belə, tapmaq mümkün deyil! Hər şey rüşvət və korrupsiya üzərində qurulub! Dövlətin sahibi olan İNSAN dövlət adına vəzifə tutanların iti cayanğında can verir, inildəyir, xilas olmaq üçün çırpınır, lakin hayına-harayına çatan kimsə yoxdur! Bəzi icra başçıları rüşvətxorluğu mütəmadi, fasiləsiz sürdürmək üçün müxtəlif ictimai binaların tikintisini aparmağı bəhanə edib, camaatdan açıq pul yığması hamını bezdirib. Məsələn, rayonda 100-150 min manatlıq muzey tikmək lazımdırsa, icra başçısı 1 milyon- 1 milyon 300 min mant pul toplayır və əl çəkmir. Deyilən pulu verməyən kəsin hünəri nədi ki, tutduğu vəzifədə, sahibkarlıqda, fermer təsərrüfatında və digər sahədələrdə çalışa bilsin! İşləyə və hətta azadlıqda qala bilməz!.. Rayon polis şöbəsi istənilən adamı həbs etmək üçün göstərişə hazır vəziyyətdə dayanıb, icra başçısının işarəsini gözləyir!..

Gəlin görək, bu mühiti dağıtmaq üçün rayon ictimaiyyətinin ziyalı nümayəndələri, siyasi partiyaların fəalları hərəkətə keçib, rüşvətxorluğa, korrupsiyaya, həddini aşan məmurlara və onların ailə üzvlərinə qarşı mübarizə apamaq üçün ölkə prezidentinin etdiyi çağırışlara qoşulan varmı?! Əsla! Bütün toplantılardakı çıxışlarında cənab Prezident rüşvətxorluğa və korrupsiyaya, məmur özbaşınalığına və cəmiyyətdə mövcud olan digər mənfi hallara qarşı kəskin mübarizə aparmaq barədə mütəmadi çağırışlar edir! Ölkəyə, ictimaiyyətə və cəmiyyətə bundan da yaxşı rəhbərlik nümunəsi, açıq çağrış varmı!? Ölkənin prezidenti özü ictimaiyyəti fəal olmağa, ölkənin idarə olunmasında iştirak etməyə, cəmiyyətdəki mənfi hallara qarşı mübarizə aparamağa səsləyirsə, bəs, onun səsinə səs verib, gün-güzəranımızı yaxşılaşdırmaqdan, bəzi üzdəniraq məmurların özbaşınalıqlarına son qoymaqdan niyə xilas olmuruq!?..

Bu ölkənin ən böyük problemi Azərbaycan «Ermənistan» Dağlıq Qarabağ münaqişəsidirsə, fikirimcə, ikinci ən böyük problemi ictimaiyyətin və bütövlükdə cəmiyyətin müqavimət qabiliyyətinin aşağı olması, həyat problemlərini həll etmək üçün mübarizə aparmamasıdır!

Nəhayət, problemlərdən bəhs edərkən, rüşvətxor və korrupsioner məmurların da mövcudluğunu, bunun problemlərin ən başında gəldiyini qeyd etməyi vacib hesab edirəm. Cəmiyyətlə məmurlar arasında olan «soyuq müharbə»nin dövlətimiz və xalqımız üçün böyük təhlükə mənbəyi olduğu düşüncəsindəyəm. Ölkədə xalq- məmur münasibətlərinin normal hala gətirilməsi günümüzün ən aktual problemidir desəm, qətiyyən səhv etmərəm. Bu problem təkcə dövlət adamlarını yox, bütün ölkə vətəndaşlarını düşündürməli olan məsələdir. Bu dövlət, bu millət, bu hökumət də bizimdir. Bunların heç birini kənara qoymaq, bizim deyil demək, doğru olmaz, bunu hər kəsin belə bilməsi vacibdir!

Cəmiyyətin müqavimət qabiliyyətinin güclü olması Xalqın və Dövlətin güclü olması demək olduğunu heç kəs unutmamalı və bunun üçün hər kəs üzərinə düşən vəzifəsini yerinə yetirməyi müqəddəs borcu kimi başa düşməlidir! Əks təqdirdə Xalq olaraq mövcud reallıqların bizə bəxş etdiyi ağır və çətin sınaqlardan. Çıxmağımız sual altına düşə bilər, çalışın ki, sual altlnda qalmayaq!

Tapdıq ABBAS

Baş redaktor
“Əməkdar mədəniyyət işçisi"
Pedaqoji fəlsəfə doktoru
Qarabağ müharibə veteranı

XƏBƏR LENTİ