Anons

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

30-03-2018, 14:27 - Bakı Gömrük İdarəsinin rəisi, gömrük generalı Vusal Novruzov rəhbərlik etdiyi sahədə ən kiçik çatışmamazlığa...

19-03-2018, 08:28 - İctimai vəkil Koroğlu MMC-in qondarma ittihamı ilə bağlı ölkə başçısına müraciət etdi

13-03-2018, 17:35 - Sumqayıtda milyonlar hara və kimlərin cibinə gedir?

10-03-2018, 20:11 - AQC-nin yeni sədri Nüsrət İbrahimov seçilib

10-03-2018, 18:24 - Zərrabçılar Qeyri Hökümət Təşkilatını ələ keçirdi - Aynur Camalqızının QHT missiyası nədir...?

Prezidentə kimlər yalan danışır…? – Gəncliyin məhvi, milyonların mənimsənilməsi...

Tarix:4-10-2018, 14:40 Baxış Sayı:202

Prezidentə kimlər yalan danışır…? – Gəncliyin məhvi, milyonların mənimsənilməsi...

Azərbaycanda məktəb tikintisi son illərdə sürətlə aparılır. Azərbaycan Prezidenti andiçmə mərasimində bu məsələyə toxunaraq demişdir: “Ümumiyyətlə, deyə bilərəm ki, son 15 il ərzində biz sosial məsələlərin həllinə çox böyük diqqət göstərmişik. Bunu rəqəmlər də təsdiqləyir. Maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb. Sosial infrastruktur yaradılır. 3100-dən çox məktəb tikilib və təmir edilib.”
Azərbaycanın ən ucqar kəndlərində belə şagirdlər yeni məktəblərdə təhsil alırlar. Bu onun göstəricisidir ki, dövlət təhsilin inkişafına, onun maddi- texniki bazasının möhkəmlənməsinə böyük qayğı göstərir. Prezident İlham Əliyev bu barədə danışarkən qeyd etmişdir: “Bizim məqsədimiz ondan ibarətdir ki, 2017-2018-ci illərdə Azərbaycanda bir dənə də olsun qəzalı vəziyyətdə məktəb qalmasın. Bax, qarşıya belə məqsəd qoyulub”.
Məlumat üçün bildirək ki, 2017-ci ildə ölkəmizdə 133 yeni məktəb tikilmiş, 14 məktəbdə əsaslı, 500-ə yaxın məktəbdə isə cari təmir aparılmışdır.
Son vaxtlar modul tipli məktəblərin tikintisinə də xüsusi diqqət yetirilir. Hazırda ucqar kəndlərdə bütün müasir avadanlıqla təmin edilən və tezliklə istifadəyə verilə bilən modul tipli məktəblərin tikintisi gedir.
… Ölkə rəhbəri İlham Əliyevin çıxışlarında məhz təqdim edilən sənədlərdə qeyd edilən rəqəmlər əsasında faktlardan bəhs edilməkdədir. Prezidentə təqdim edilən hesabatda məhz Təhsil Nazirliyinin gördüyü işlər deyil, Heydər Əliyev Fondunun gördüyü işlərin bəhrəsindən yararlanmağa çalışan TN-nin əməkdaşları məsuliyyətdən bu yolla sığorta olunmağıda bacarıb.
Həqiqətdə isə bu gün təqdim edilən sujetlərdə və fotolardan məlum olur ki, görülməmiş işlər belə görülmüş kimi ölkə rəhbərinə məruzə edilərək yalan danışılmaqdadır. Ölkə rəhbərinə yalan məlumat verən şəxslər Azərbaycanın regionlarında qəzalı vəziyyətdə olan bir dənə olsun belə məktəb qalmadığını təəssüflər olsunki, fəxirlə qeyd etməkdədirlər. Bu günə kimi nazirliyin tikintisini apardığı bina və ya əsaslı cari təmirlə bağlı mediada hər hansısa xəbərə rast gələ bilmədik.
Qeyd etmək lazımdır ki, Heydər Əliyev fondunun yaranması və onun fəaliyyəti nəticəsində ölkənin böyük hissəsində yüksək standartlara cavab verən modul tipli məktəblərin tikintisi aparılmış və bununla yanaşı əsaslı təmirə ehtiyacı olan məktəb, xəstəxana inzibati binaları təmir edilməsi ilə yanaşı operativ işlər görülməkdə və davam etdirilməkdədir. Heydər Əliyev Fondu tərəfindən tikilmiş və təmir edilmiş inzibati binalar elə fondun daimi nəzarətindəndə kənarda qalmamaqdadır. Hər zaman inzibati binalara nəzarət edilməkdə hər bir avadanlığı ilə vaxtı vaxtında təmin edilməkdədir.

Həmçinin qeyd etmək lazımdır ki, bütün bunların Heydər Əliyev Fondu tərəfindən edildiyi vaxtda Təhsil Nazirliyinə ayrılan milyonlarla vəsaitlə nazirlik hansı işləri görüb? Qəzalı binaları yenidən tikilmiş kimi göstərə və ya təhvil verilməsini qeyd edərək milyonlar silinməsi, aparılması hətta vətəndaşlar tərəfindən güman edilməkdədir. Son bir neçə həftə içində Bakunews.az-a daxil olan məlumatların araşdırılması nəticəsində məlum olmuşdur ki, təkcə İmişli rayon üzrə 15-ə yaxın kəndlərdə məktəblər qəzalı vəziyyətdədir. Sakinlərin aidiyyatı qurumlara etdiyi müraciətlər susqunluqla qarşılanaraq müddət uzadılması ilə vətəndaşların səbr kasasının dolmasına nail olunmaqdadır - desək yanılmarıq. Vətəndaş təhsil alan övladının qəzalı binanın uçqununda həlak ola biləcəyindən qorxur. Hətta İmişli rayon Muradxanlı kənd tam orta məktəb binasının təməli dağıldığı halda FHN-nin əməkdaşları təmir edilə bilər rəyi verdiyini kənd sakinləri qeyd edib. Məsələ ilə bağlı adı çəkilən məktəbdə olduq. Gördüyümüz mənzərə qorxuducu idi. Amma buna baxmayaraq məktəbin tavan örtüyünün dəyişməsi üçün işlər aparılırdı. Görünən odur ki, yenidən tikilməli olan bina təmir edilərək, yeni tikilmiş kimi hesabata yəqin əlavə edilməsi planlaşdırılırdı. 1962-cı ildən var olan məktəb binası bir dəfə olsun nə icra hakimiyyəti nədə Təhsil nazirliyi tərəfindən əsaslı təmir vəya cari təmir edilməyib.

Çəkiliş qurupumuzu görən məktəb rəhbəri məsələnin ictimailəşməsinin əleyhinə olaraq özümüz qaydasına qoyacağıq deməklə kifayətlənməyə çalışırdı. Direktorda da günah görmürük, çünki yuxarıdan hansı tapşırığı alırsa onu icra etmək məcburiyyətindədir. Gələcək nəsilin həyatının risk altına qoyulmasında maraqlı tərəflər isə yalnız reallıqda ciblərinin dolmasının hayında qalırlar.
Prezidentə kimlər yalan danışır…? – Gəncliyin məhvi, milyonların mənimsənilməsi...
Prezidentə kimlər yalan danışır…? – Gəncliyin məhvi, milyonların mənimsənilməsi...
Prezidentə kimlər yalan danışır…? – Gəncliyin məhvi, milyonların mənimsənilməsi...

Bu azmış kimi iki gün öncə redaksiyamıza göndərilən fotolarda Ulu öndər və onun siyasi kursunun davamçısı Prezident İlham Əliyevin portretinin asıldığı məktəb binasıda məhz İmişli rayon Kürdmahmudlu kəndinin məktəb binası imiş. Məktəb binasıdır, yoxsa nə, daha orasını sizlər qərar verin. Kürdmahmudlu kənd sakini yazır: “illərdir övladlarımız bu görüntülərdə soyuq, isti demədən qəzalı olan binada təhsil almaq məcburiyyətindədirlər. Xahiş edirik bizimdə məktəbin düşdüyü durumun Prezident İlham Əliyev və Mehriban xanım Əliyevaya çatmasında bizlərə yardım edin, deyə rica edirlər”.

Məsələ ilə bağlı yazıda aidiyyatı qurum və ya şəxslərin mövqeyini dinləməyə hazırıq.

Cavidan
BakuNews.az

XƏBƏR LENTİ