Anons

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

30-03-2018, 14:27 - Bakı Gömrük İdarəsinin rəisi, gömrük generalı Vusal Novruzov rəhbərlik etdiyi sahədə ən kiçik çatışmamazlığa...

19-03-2018, 08:28 - İctimai vəkil Koroğlu MMC-in qondarma ittihamı ilə bağlı ölkə başçısına müraciət etdi

13-03-2018, 17:35 - Sumqayıtda milyonlar hara və kimlərin cibinə gedir?

10-03-2018, 20:11 - AQC-nin yeni sədri Nüsrət İbrahimov seçilib

10-03-2018, 18:24 - Zərrabçılar Qeyri Hökümət Təşkilatını ələ keçirdi - Aynur Camalqızının QHT missiyası nədir...?

Müəllimin bayram “hədiyyə”si: Məktəblərdə pul yığılırmı?

Tarix:5-10-2018, 12:19 Baxış Sayı:83

Müəllimin bayram “hədiyyə”si: Məktəblərdə pul yığılırmı?

Hər il olduğu kimi, bu il də Beynəlxalq Müəllimlər Günündə valideynləri maraqlandıran bir sual var: Pul yığılacaqmı? Bir neçə gündür sosial şəbəkələrdə valideynlər bu sualı müzakirə edirlər.

Bununla bağlı Oxu.Az-ın redaksiyasına şikayət də daxil olub.

Belə ki, ikiuşaqlı ailə bildirib ki, onlar hər uşaq üçün ibtidai sinif rəhbərinə 20 manat, fənn müəllimlərinə isə 18 manat “hədiyyə” ödəyiblər.

Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar təhsil müəssisələrində pul yığılması halları olarsa, valideynlər Təhsil Nazirliyinin “146” qaynar xəttinə müraciət edə bilərlər:

“Bu halların hər biri araşdırılacaq. Faktlar təsdiqini tapdığı təqdirdə, müvafiq tədbir görüləcək”.

Təhsil eksperti Elvin Bədirovun sözlərinə görə, valideynlərin müəllimlərə “hədiyyə” verməkdə israrlı olması da danılmazdır:

“Əvvəlki dövrlərdə məktəb rəhbərliyi daha çox pul yığmağa maraqlı olurdu. Bu gün isə bəzi məktəblər istisna olmaqla, direktorlar maraqlıdırlar ki, bu kimi hallara yol verilməsin və məktəblərdə şagirdlərdən pulun yığılmasının qarşısı alınsın. Buna tam nəzarət etmək mümkün deyil.

Bəzi valideynlərin bu kimi halların baş verməsində rolu danılmazdır. Belə valideynlər çoxluq təşkil edirlər. Demək olar ki, özəl günlərdə sinif rəhbərlərinə, fənn müəllimlərinə hədiyyələrin, pulun göndərilməsi ilə bağlı faktları sayıb bitirmək mümkün deyil. Onlar bunu ona görə edir ki, müəllim onun övladı ilə yaxından məşğul olsun, övladın qiymətləndirilməsinə xüsusi yanaşsın”.

Ekspert bildirib ki, valideynlərin bu davranışı səhv addımdır:

“Çünki məktəb müəllimi dediyi dərsin müqabilində dövlət tərəfindən ödəniş alır. Həmin müəllimin məktəbdə borcudur ki, heç bir valideyndən təmənna güdmədən vicdanla dərsini tədris etməlidir.

Ancaq günümüzün şərtlərində bunun belə olmadığını bilirik və bir sıra hallarda bəzi müəllimlər - bu, hər kəsə aid deyil - şərait yaradır. Valideynlərin bəziləri məcburiyyətdən, yaxud öz arzuları ilə bu işə rəvac verirlər. Bizim bildiyimiz “hədiyyələşmə”, müəllimə pulların verilməsi, hədiyyələrin göndərilməsi halı durmadan artır”.

Elvin Bədirov qeyd edib ki, 10 il əvvəllə müqayisə olunanda qiymətlər də kifayət qədər yüksəkdir:

“Yəni, əvvəlki hədiyyə məsələsi öz xüsusiyyətlərini, demək olar ki, dəyişib”.

Təhsil eksperti Elçin Sadıqov bildirib ki, valideynlər məktəbə hansısa avadanlığın alınmasına kömək etmək istəyirlərsə, valideyn şurasına rəsmi şəkildə müraciət etməlidirlər:

“Əgər belə olmasa, bu artıq korrupsiya, rüşvətə gedir. Könüllülük bütün dünyada arzuolunandır. Bəzi Avropa məktəblərində valideynlər də məktəbin hesabına vəsait köçürürlər. Amma dediyim kimi, bu, qanun çərçivəsində və şəffaf olmalıdır ki, pulun nə vaxt və nə üçün xərclənməsi bilinsin. Əgər qaranlıq məqamlar varsa, bilinmirsə, yəni, rəhbərlik məlumat yaymırsa, bu, arzuolunan deyil”.

XƏBƏR LENTİ