Anons

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

30-03-2018, 14:27 - Bakı Gömrük İdarəsinin rəisi, gömrük generalı Vusal Novruzov rəhbərlik etdiyi sahədə ən kiçik çatışmamazlığa...

19-03-2018, 08:28 - İctimai vəkil Koroğlu MMC-in qondarma ittihamı ilə bağlı ölkə başçısına müraciət etdi

13-03-2018, 17:35 - Sumqayıtda milyonlar hara və kimlərin cibinə gedir?

10-03-2018, 20:11 - AQC-nin yeni sədri Nüsrət İbrahimov seçilib

10-03-2018, 18:24 - Zərrabçılar Qeyri Hökümət Təşkilatını ələ keçirdi - Aynur Camalqızının QHT missiyası nədir...?

Rusiya Paşinyan hökumətini Azərbaycanla cəzalandıracaq? – Hərbi-siyasi icmalçı

Tarix:5-10-2018, 14:00 Baxış Sayı:29

Rusiya Paşinyan hökumətini Azərbaycanla cəzalandıracaq? – Hərbi-siyasi icmalçı

Rusiya Azərbaycan münasibətlərinin daha da şaxələnməsi və inkişaf etməsi heç də birmənalı qarşılanmır və ekspertlər, eləcə də siyasi xadimlər, politoloqlar tərəfindən fərqli məzmunda və fərqli istiqamətlərdə şərh edilir.

Rusiya Azərbaycan arasında hərbi məsələlərdə sıx əməkdaşlığın və bağların daha da möhkəmlənməsi Paşinyan siyasətinin nəticələridirmi?

Bizimyol.info-nun suallarını cavablandıran hərbi-siyasi icmalçı Ramil Məmmədlinin sözlərinə görə, Rusiya Paşinyanla ehtiyatla danışsa da, Azərbaycan hazırda Rusiyadan imtiyazlar almağa çalışır:

“Rusiya-Ermənistan münasibətlərinin pisləşməsi məsələsi ümumiyyətlə müzakirə mövzusu deyil. Paşinyan hazırkı məqamda rəsmi İrəvan deməkdir. Bu iddia ilə çıxış edənlər isə bəzi məqamları unudurlar. Brincisi, Azərbaycan ərazilərini işğal edən və hələ də müharibə vəziyyətində olan Ermənistan Rusiya ilə münasibətlərin pisləşməsinə imkan verə bilməz.

İkincisi, bu Ermənistanın ABŞ, nəhayətdə isə Türkiyənin iqtisadi və siyasi asılılığına düşməsi deməkdir. Bu ölkələrdə isə erməni lobbisi dövlətin idarəçiliyində təsir dairəsinə malik olmadığından ermənilər belə riskə gedə bilməzlər. Hazırkı proses sadəcə bir manevrdir və Ermənistan bununla Rusiyadan daha çox pul almaqla iqtisadi vəziyyətini yaxşılaşdırmağa çalışacaq. Əgər fikir vermisinizsə, Paşinyanın hakimiyyətə gəlişindən sonra Rusiyada siyasətçilər Ermənistanla bağlı ehtiyatlı danşır və ərkəsöyün uşaqlarını incitmək istəmirlər. Azərbaycan isə bu məqamda Rusiyadan müəyyən imtiyazlar almağa çalışır. Əlbəttə ki, bu əsasən Qarabağ münaqişəsinin həlli ilə bağlıdır.

Prosesin necə davam edəcəyini zaman göstərəcək. Rusiya-Azərbaycan hərbi-texniki əməkdaşlığına gəldikdə, buradakı yaxınlaşmanın Ermənistanla bağlılığı yoxdur. Əlaqələrin istiləşməsi yalnız Rusiyanın maddi marağı ilə bağlıdır. Rəsmi Moskva Azərbaycanın pis qonşular qarşısında hərbi texnikaya ehtiyacı olduğunu bildiyindən, bu vəziyyətdən istifadə edir. Yəni öz silahını satır və büdcəsini doldurur. Azərbaycan isə silahı qüvvələrini gücləndirir. Rəsmi Moskvada buna “yaşıl işıq” yandırır. Səbəb isə dediyim kimi bəllidir”.

– Bu Azərbaycan hərbinə nə vəd edir ?

– Azərbaycan Ordusu Rusiya hərbi sənayesinin imkanlarından istifadə edərək güclənir, sənayemiz bu ölkənin mütəxəssislərinin bacarıqlarından istifadə edir. Yəni Sovet hərbi texnikasının modernləşdirilməsi proqramlarından bəhrələnir, həmçinin hücum texnikaları almaqla ordunun hücum imkanlarını möhkəmləndirir. Bundan başqa siyasi dividendlər əldə edilir. Amma Rusiya ilə hərbi tədris sahəsində istənilən əməkdaşlıq Azərbaycanın dövlət və milli təhlükəsizliyinə xələl gətirə bilər. Azərbaycan Ordusu fərdi inkişaf prosesinə sadiq qalmalı və bu məsələdə daha sıx əməkdaşlıq NATO proqramları ilə həyata keçirilməlidir.

– Rusiyanın Ermənistana 200 milyonluq silah-sursat, texnika verməsi və Azərbaycanla hərb sahəsində inkişafda olan münasibətlər sizcə müharibə riskinin artması, yaxın gələck üçün hansısa qarşılaşmasının gözlənilməsi deməkdirmi?

– Əslində burada məqsəd bölgədə hərbi balans saxlamaqdır. Rusiya dövləti hesab edir ki, Cənubi Qafqazda heç bir ölkəyə daha güclü olmağa imkan vermək olmaz. Bu baxımdan da Azərbaycana verilən hərbi texnikanın – silahların analoji varinatları Ermənistan Ordusunun da silahlanmasına verilir. Rusiya strateqlərinin yanaşmasına görə, bu müharibə şansının azalmasına xidmət edir. Kremldə belə düşünürlər. Əvəzində isə Rusiya bölgədə istənilən siyasi və iqtisadi imkanlardan bəhrələnir. Yəni Ermənistanın silahlandırılması müharibə riskini artırmır, əksinə Azərbaycan qarşısında müdafiə imkanlarını artırır. Daha dəqiqi, Azərbaycanın Qarabağda hərbi əməliyyatlar aparmasının qarşısını alır. Təbii ki, bu rusların analizidir.

– Azərbaycan Rusiya Ermənistan münasibətlərində dəyənək kimi istifadə edilə, yaxud Paşinyan Rusiya tərəfindən Azərbaycanın əli ilə hərb yolu ilə “vurula” bilərmi?

– Paşinyan hökuməti bu səhvi etməyəcək. Ermənistanda bunu anlayan rəsmi şəxslər var və heç bir halda imkan verməyəcəklər ki, Rusiya Azərbaycandan Ermənistana hərbi təziq kimi istifadə etsin. Buna Rusiyada razı olmaz. Birincisi, bu Ermənistanda onsuz da mövcud olan ant-Rusiya mövqeyini gücləndirəcək. İkincisi isə Rusiyanın Ermənistanı itirməsinə səbəb olacaq. Rəsmi Moskva Cənubi Qafqazda ikinci Avropa meylli dövlətin mövcudluğuna razı ola bilməz. Bu Qafqazın itirilməsi deməkdir. Putin hökumətinə isə bunu bağışlamazlar. Ruslarda bir deyim var: “Qafqaz çox incə işdir”. Kremildə bu misalı bilməyən yoxdur.

XƏBƏR LENTİ