Anons

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

30-03-2018, 14:27 - Bakı Gömrük İdarəsinin rəisi, gömrük generalı Vusal Novruzov rəhbərlik etdiyi sahədə ən kiçik çatışmamazlığa...

19-03-2018, 08:28 - İctimai vəkil Koroğlu MMC-in qondarma ittihamı ilə bağlı ölkə başçısına müraciət etdi

13-03-2018, 17:35 - Sumqayıtda milyonlar hara və kimlərin cibinə gedir?

10-03-2018, 20:11 - AQC-nin yeni sədri Nüsrət İbrahimov seçilib

10-03-2018, 18:24 - Zərrabçılar Qeyri Hökümət Təşkilatını ələ keçirdi - Aynur Camalqızının QHT missiyası nədir...?

Mədəniyyət Nazirliyinin “Ölü canlar kralı“ - Mehman Şükürov Sumqayıt Regional Mədəniyyət İdarəsində “rüzgar“ əsdirir

Tarix:8-10-2018, 12:09 Baxış Sayı:432

Mədəniyyət Nazirliyinin “Ölü canlar kralı“ - Mehman Şükürov Sumqayıt Regional Mədəniyyət İdarəsində “rüzgar“ əsdirir

Sumqayıt Regional Mədəniyyət İdarəsində ciddi yeyinti faktları var.

Bu barədə AzFakt.com-un əldə etdiyi məlumatda deyilir.

Məlumata görə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov bir çox maxinasiyaları əsasən idarənin tabeliyində olan köçkün rayonların mədəniyyət müəssisələrində həyata keçirir. İdarənin tabeliyində olan Qubadlı, Zəngilan və Şuşa rayonlarının mədəniyyət müəssisələrində xeyli sayda "ölü can"ların olduğu da məlumatlar arasında yer alır.

Qeyd edilir ki, klubların, mədəniyyət evlərinin, kitabxana binalarının, rəsm qalareyalarının cari təmiri üçün dövlət tərəfindən ayrılan vəsaitlər də idarə rəhbərliyi tərəfindən mənimsənilir. Görüləcək işlər isə sadəcə olaraq kosmetik formada həyata keçirilir. Məlumatda iddia olunur ki, Mehman Şükürovun mühasibi ilə hər ay İdarənin tabeliyində olan müəssisələrdə işləyən işçilərin əmək haqqından 4-10 manat kəsməklə ayda 6 min manata yaxın qazanc əldə edir. Bundan başqa musiqi məktəblərdə işləyən müəllimlərin adına yazılan artıq dərs saatlarının pulu da məhz İdarə rəhbərliyinə çatır. 


Bununla yanaşı, tender məsələlərində də Mehman Şükürovun maxinasiyalara yol verdiyi söylənilir. Məsələn, iddiaya görə ötən il İdarəyə komputer və digər texniki avadanlıqların alınması zamanı keçirilən 27900 manatlıq tenderdə 10000 (on min) manatdan çox vəsait mənimsənilib. 

 

Xəbərdə vurğulanır ki, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisinin bu cür qanunsuzluqlara yol verməsinə rəğmən heç kimdən çəkinməməsinə səbəb isə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla yaxın dost olmasıdır. Zakir Fərəcovla olan dostluğuna görədir ki, Mehman Şükürovun rəis olduğu Sumqayıt Regional İdarəsində heç bir yoxlama aparılmır, nazirlik tərəfindən gələn audit isə necə lazımdı elə də "yola salınır".


Saytımızın əldə etdiyi maraqlı məqam isə Mehman Şükürovun "ölü can"lara olan "vurğunluğudur". Belə ki, hələ illər öncə Mehman Şükürovun Sumqayıt Dövlət Musiqili Dram Teatrının direktoru olduğu zaman teatrda 100-dən artıq "ölü can"lar olub. O zaman bu barədə hüquq mühafizə orqanlarının teatrda apardığı araşdırma zamanı da bu fakt öz təsdiqini tapıbmış.

 

Xatırladaq ki, 2014-cü ildə qalmaqallı formada işdən çıxan Mehman Şükürov istefasının səbəbini səhhətində olan problemlərlə əlaqələndirmişdi. M.Şükürovun mədəniyyət tariximizdə analoqu olmayan bıabırçılıqdan sonra yenidən Sumqayıt Regional Mədəniyyət İdarəsi kimi böyük və məsuliyyətli təşkilata rəhbərlik etməsi görünür, Mədəniyyət naziri Əbülfəs Qarayevin ona olan "xüsusi diqqət"idir.


Bu barədə növbəti yazımızda...

XƏBƏR LENTİ