Anons

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

30-03-2018, 14:27 - Bakı Gömrük İdarəsinin rəisi, gömrük generalı Vusal Novruzov rəhbərlik etdiyi sahədə ən kiçik çatışmamazlığa...

19-03-2018, 08:28 - İctimai vəkil Koroğlu MMC-in qondarma ittihamı ilə bağlı ölkə başçısına müraciət etdi

13-03-2018, 17:35 - Sumqayıtda milyonlar hara və kimlərin cibinə gedir?

10-03-2018, 20:11 - AQC-nin yeni sədri Nüsrət İbrahimov seçilib

10-03-2018, 18:24 - Zərrabçılar Qeyri Hökümət Təşkilatını ələ keçirdi - Aynur Camalqızının QHT missiyası nədir...?

İran iqtisadiyyatını ağır günlər gözləyir –BVF sanksiyaların ixraca və milli gəlirlərə böyük zərər vuracağını proqnozlaşdırır

Tarix:9-10-2018, 10:00 Baxış Sayı:35

İran iqtisadiyyatını ağır günlər gözləyir –BVF sanksiyaların ixraca və milli gəlirlərə böyük zərər vuracağını proqnozlaşdırır

Birləşmiş Ştatların sanksiyaları İran iqtisadiyyatında düşüş yaradıb və gələn il durum daha da pisləşəcək. Bunu Beynəlxalq Valyuta Fondu (BVF) bildirir.

Oktyabrın 8-də açıqlanmış Dünyanın İqtisadi Mənzərəsi adlı hesabatda BVF bildirir ki, İranın neftə söykənən iqtisadiyyatı bu il 1,5 faiz azalacaq və səbəb neft ixracındakı enmədir. 2019-cu ildə hasilatın həcmində azalma isə 3,6 faizə çatacaq.

Mayda ABŞ Prezidenti Donald Tramp Tehrana sanksiyaların bərpa olunacağını açıqlamazdan öncə BVF İran iqtisadiyyatının 2018-ci və 2019-cu illərdə 4 faiz artacağını proqnozlaşdırırdı.

BVF bildirir ki, növbəti iki il ərzində İran iqtisadiyyatı üçün proqnozlaşdırdığı düşüş sanksiyalar ucbatından azalmış neft hasilatına görədir.

Vaşinqton İran iqtisadiyyatına sanksiyaların birinci raundunu elan edib, eyni zamanda İrandan neft alan ölkələrə xəbərdarlıq edib ki, başqa təchizatçı axtarsınlar. İranın neft sektoruna sanksiyaların ikinci raundu noyabrın 5-də qüvvəyə minəcək.

İran iqtisadiyyatını ağır günlər gözləyir –BVF sanksiyaların ixraca və milli gəlirlərə böyük zərər vuracağını proqnozlaşdırır


Tramp İranla 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxdığını elan edəndən sonra sanksiyalar bərpa olunmağa başlanıb. Sanksiyalar 2016-cı ildə qaldırılandan İrandan xam neft ixracı rekord səviyyəyə – 2,5 milyon barrelə çatmışdı. İndi ixrac günə 500 min barel azalıb və gələn ay genişləndirilmiş sanksiyalar qüvvəyə minəndən sonra daha da azalacağı gözlənir.

Tramp administrasiyasının rəsmiləri deyirlər ki, məqsəd İrandan neft ixracını sıfıra endirməkdir.

BVF Yaxın Şərq üçün də artım proqnozunu azaldıb. Bu da İran iqtisadiyyatındakı azalma və neftin bahalanmasından dolayı enerji xərclərinin artmasıyla izah olunur.

Qurum Birləşmiş Ştatlar və Çinin tarif müharibəsinin dünya iqtisadiyyatı üçün yaxşı bir şey vəd etmədiyini bildirir. 2018 və 2019-cu illərdə qlobal artımın ortalama 3,7 faiz olacağı proqnozlaşdırılır, baxmayaraq ki, yazda bu göstərici 3,9 faiz idi. BVF gələn il Çində 6,2 faiz artım proqnozlaşdırır, daha öncəki proqnoz 6,4 faiz idi.

(Azadlıq radiosu)

XƏBƏR LENTİ