Anons

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

30-03-2018, 14:27 - Bakı Gömrük İdarəsinin rəisi, gömrük generalı Vusal Novruzov rəhbərlik etdiyi sahədə ən kiçik çatışmamazlığa...

19-03-2018, 08:28 - İctimai vəkil Koroğlu MMC-in qondarma ittihamı ilə bağlı ölkə başçısına müraciət etdi

13-03-2018, 17:35 - Sumqayıtda milyonlar hara və kimlərin cibinə gedir?

10-03-2018, 20:11 - AQC-nin yeni sədri Nüsrət İbrahimov seçilib

10-03-2018, 18:24 - Zərrabçılar Qeyri Hökümət Təşkilatını ələ keçirdi - Aynur Camalqızının QHT missiyası nədir...?

“Bank Respublika” və “Western Union” pul köçürmələrində yenilik etdi

Tarix:10-10-2018, 15:11 Baxış Sayı:45

“Bank Respublika” və “Western Union” pul köçürmələrində yenilik etdi

“Western Union” və “Bank Respublika” Azərbaycanda rəqəmsal innovasiyaların tədbiqinə başlayır: beynəlxalq pul köçürmələrini bankın Mobil Şöbəsi vasitəsilə həyata keçirmək mümkün oldu.

İndi “Bank Respublika”nın müştəriləri Bankın “Mobil Şöbə” əlavəsi vasitəsilə bank hesabından pul göndərmək və ya köçürməni almaq imkanına malikdirlər.

Ölkəmizdə elektron bankçılıq üzrə lider bank adını qazanmış “Bank Respublika” və beynəlxalq pul köçürmələri sahəsində lider olan “Western Union” sistemi (NYSE: WU) ilə əməkdaşlığını genişləndirmiş və pulköçürmə xidmətlərini bankın “Mobil Şöbə” əlavəsinə tam şəkildə inteqrasiya etməklə, Azərbaycanın maliyyə bazarında yenilikçi rəqəmsal bir xidmət təqdim edir.

“Western Union” platformasının bankın mobil əlavəsinə inteqrasiya edilməsi müştərilərə dünyanın 200-dən çox ölkəsinə pul göndərməyə və vəsaitlərin birbaşa bank hesabına və yaxud bank kartına mədaxil edilməsinə imkan verir. Bununla yanaşı, müştərilər pul köçürmələrini əvvəlki qaydada bankın ofislərindən göndərə və ya ala bilərlər.

“Pulköçürmə platformasının mobil əlavəyə inteqrasiyası Azərbaycanda rəqəmsal bankçılığın inkişafında yeni bir mərhələdir”, - deyə Bankın İdarə Heyəti sədrinin müavini Elnur Həsənov yeni xidmət haqda şərh verərkən qeyd edib. - Bu qərar beynəlxalq pul köçürmələri sahəsində yeni trendin başlanğıcı olacaq. Biz beynəlxalq pul köçürmələri sahəsinin liderlərindən biri olan “Western Union” ilə əməkdaşlığımızı yüksək qiymətləndiririk və gələcəkdə iş birliyimizi davam etdirməyi planlaşdırırıq”.

“Yeni xidmət “Bank Respublika” ilə 2002-ci ildə başlayan uğurlu əməkdaşlığımızın məntiqi davamıdır”, - deyə “Western Union”un Rusiya və MDB ölkələri üzrə baş direktoru Andrey Aqeyev bildirib.

“Western Union” və “Bank Respublika”nın multikanal yanaşması müştərilərə pul köçürmələrini mobil əlavə vasitəsilə ani olaraq, eləcə də, bankın filiallarında sürətli, operativ və sərfəli şəkildə həyata keçirməyə imkan yaradır”.

Dünya Bankının statistikasına əsasən, 2017-ci ildə Azərbaycana 1,1 milyard ABŞ dolları həcmində vəsait köçürmə yolu ilə daxil edilib, 600 milyon ABŞ dollarından çox vəsait isə ölkədən xaricə göndərilib.

MÜŞTƏRİLƏR ÜÇÜN PROSEDUR QAYDALARI

“Mobil Şöbə” vasitəsilə pul göndərmək üçün (iOS və ya Android sistemində mövcuddur), alıcının adını, təyinat ölkəsini və köçürmənin məbləğini göstərmək tələb olunur. Əməliyyat başa çatdıqdan sonra, göndərən tərəfdən pulu alan şəxsə bildirməli olduğu SMS-lə 10 rəqəmli nəzarət nömrəsi (MTCN) göndərilir.

Xaricdə pul göndərərkən, vəsait təyinat ölkəsinin valyutasına avtomatik konvertasiya olunur. Bəzi ölkələrə köçürmə vaxtı göndərən özü də pulların verilməsi valyutasını müəyyən edə bilər. Alıcı köçürülən məbləği “Western Union” xidmət mərkəzində bir neçə dəqiqə ərzində ala bilər.

Pul köçürməsini almaq üçün bankın müştərisi köçürmənin nəzarət nömrəsini daxil etməlidir, təyinat ölkəsini, valyutanı və məbləği göstərməlidir. Pul köçürmələri alıcının və ya bank kartının seçdiyi cari hesaba köçürülür.

2017-ci ilin yekunlarına əsasən Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası tərəfindən ölkədə nağdsız ödənişlərin inkişafı istiqamətində keçirilən tədbirdə “Bank Respublika” “Elektron bankçılıq xidmətlərində lider bank” nominasiyasında növbəti dəfə 1-ci yerə layiq görüldü.

Servisin şərtlərinə əsasən, xidmətin xüsusiyyətlərindən, o cümlədən konkret məbləğdən, təyinat ölkəsindən, valyutanın mövcud olmasından, qanunvericilikdən, identifikasiya tələblərindən, ödəniş məntəqəsinin iş saatlarından, saat fərqindən, təxirə salınmış tarif şərtlərindən və digər tədbiq olunan məhdudiyyətlərdən asılı olaraq köçürmənin ödənilməsi yubadıla və ya qeyri-aktiv ola bilər.

XƏBƏR LENTİ