Anons

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

30-03-2018, 14:27 - Bakı Gömrük İdarəsinin rəisi, gömrük generalı Vusal Novruzov rəhbərlik etdiyi sahədə ən kiçik çatışmamazlığa...

19-03-2018, 08:28 - İctimai vəkil Koroğlu MMC-in qondarma ittihamı ilə bağlı ölkə başçısına müraciət etdi

13-03-2018, 17:35 - Sumqayıtda milyonlar hara və kimlərin cibinə gedir?

10-03-2018, 20:11 - AQC-nin yeni sədri Nüsrət İbrahimov seçilib

10-03-2018, 18:24 - Zərrabçılar Qeyri Hökümət Təşkilatını ələ keçirdi - Aynur Camalqızının QHT missiyası nədir...?

Millimiz üçün vacib görüş: Heç bir bəhanə qəbul edilmir

Tarix:11-10-2018, 11:03 Baxış Sayı:22

Millimiz üçün vacib görüş: Heç bir bəhanə qəbul edilmir

Futbol üzrə Azərbaycan millisi bu gün Danimarkanın ərazisi sayılan Farer Adalarında çox vacib görüşə çıxacaq.

Oxu.Az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Bakı vaxtı ilə saat 22:45-də UEFA Millətlər Liqasının qrup mərhələsinin III turu çərçivəsində 50 min əhalisi olan Farer Adaları millisi ilə qarşılaşacaq.

Komandamızın səfər oyununda qələbəsini vacib edən məqam millimizin ilk iki turda qələbə qazana bilməməsidir. Bundan əvvəl Bakı OLimpiya Stadionunda Kosovo ilə qolsuz heç-heçəyə razılaşmalı olmuşuqsa, Malta ilə 1:1 oynamışıq.

Deməli, yığmamızın D divizionunun qalibi olması üçün bu qrupdan lider kimi çıxması lazımdır. Lakin hazırkı durumda millimiz iki xalla qrupda III sırada qərarlaşıb. Hətta indi qarşılaşacağımız Farer Adaları belə üç xalla millimizdən öndədir.

FIFA-nın açıqladığı dünya reytinqində də Farer Adaları millimizi qabaqlayır. Adalılar 92-ci yerdədirsə, Azərbaycan 108-ci yerdədir. Lakin bu, nisbi göstəricidir.

Rəqib komandanı 1992-ci ildə Danimarka millisi ilə sürpriz şəkildə Avropa çempionu olmuş Lars Olsen çalışdırır. Onun 2011-ci ildən çalışdırdığı bu millidə legionerlərin sayı da az deyil. Bu komandaya İslandiya, Danimarka, Norveç, Almaniyada çıxış edən 12 legioner dəvət olunub. Lakin bu amil də bizi qorxutmamalıdır. Çünki həmin klublar daha çox bu ölkələrin aşağı dəstə klublarıdır.

Keçək millimizə. Ukrayna, Rusiya və Almaniyadan dörd legionerimizin oynadığı millinin bundan sonrakı dörd görüşdə mütləq qələbə qazanması labüddür. Bu görüşdə xal itkisi artıq 2020-ci ildə dörd oyunu Bakıda keçiriləcək Avropa çempionatına birbaşa vəsiqə qazanmaq şanslarımızın üzərindən faktiki olaraq xətt çəkəcək.

Qurban Qurbanovun dünənki mətbuat konfransında dediyi kimi, nə Torshavndakı stadionun süni örtüklü olması, nə də stadionun standart ölçülərdən kiçik olması komandamız üçün bəhanə olmamalıdır. Nəzərə alaq ki, lider Kosovonun bugünkü görüşdə öz meydanında Maltaya qalib gələcəyi gözlənilir. Ona görə də liderlə aradakı xal fərqini artırmamaq lazımdır.

XƏBƏR LENTİ