Anons

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

30-03-2018, 14:27 - Bakı Gömrük İdarəsinin rəisi, gömrük generalı Vusal Novruzov rəhbərlik etdiyi sahədə ən kiçik çatışmamazlığa...

19-03-2018, 08:28 - İctimai vəkil Koroğlu MMC-in qondarma ittihamı ilə bağlı ölkə başçısına müraciət etdi

13-03-2018, 17:35 - Sumqayıtda milyonlar hara və kimlərin cibinə gedir?

10-03-2018, 20:11 - AQC-nin yeni sədri Nüsrət İbrahimov seçilib

10-03-2018, 18:24 - Zərrabçılar Qeyri Hökümət Təşkilatını ələ keçirdi - Aynur Camalqızının QHT missiyası nədir...?

Paşinyan çıxılmaz vəziyyətdə: Qarabağ klanı terrora hazırlaşır?

Tarix:12-10-2018, 10:49 Baxış Sayı:22

Paşinyan çıxılmaz vəziyyətdə: Qarabağ klanı terrora hazırlaşır?

Paşinyan hazırda komandası olmayan bir siyasətçidir və təsadüf nəticəsində meydanlardan hakimiyyətə gələ bilməz.

Bu sözləri Axar.az-a Ermənistanda dekabrda keçiriləcək növbədənkənar parlament seçkiləri öncəsi və sonrası ilə bağlı bəzi suallara aydınlıq gətirən ekspert Elçin Mirzəbəyli deyib. Analitik bildirib ki, Paşinyan əslində Konstitusiyanı dəyişdirməyə cəhd göstərir və bunun üçün də ona parlamentdə üçdə iki səs çoxluğu lazımdır:

"Belə bir nəticə əldə etmək üçün də Paşinyan 5 gün sonra istefa verəcək və dekabrda parlament seçkiləri keçiriləcək. İndiki şəraitdə və ya hər hansı bir formada Ermənistan cəmiyyətində dəyişiklik baş verməsə, kənar müdaxilələr olmasa və Qarabağ klanı silaha əl atmasa, şübhəsiz ki, seçkilərdə Paşinyan daha üstün səs qazanacaq. Əslində, Paşinyanı qərar verməyə elə İrəvanda keçirilən seçkilər sövq etdi. Çünki Paşinyan hesab edir ki, indiki ictimai reytinqi ilə seçkilərə qatılmaq ona müəyyən uğur qazandıra bilər. Ancaq hazırda onun seçkilərə kiminlə gedəcəyi bəlli deyil. Bildiyiniz kimi, Yelk Blokunu parlamentdə sadəcə bir neçə deputat təmsil edir. Bu problem Paşinyanın komandasının formalaşmasında da özünü göstərdi. Belə ki, Paşinyan hazırda komandası olmayan bir siyasətçidir və təsadüf nəticəsində meydanlardan hakimiyyətə gələ bilməz”.

E.Mirzəbəyli parlament seçkilərinin Paşinyan üçün çox çətin keçəcəyini düşünür:

"Belə bir ehtimal var ki, Paşinyan Levon Ter-Petrosyan və onun tərəfdarları ilə birlikdə seçkilərdə iştirak edə bilər. Hər halda siyahı bəlli olduqdan sonra seçki haqqında daha ətraflı fikir yürütmək olacaq. Doğrudur, indiki reytinqlər fonunda Respublikaçılar Partiyasının da seçkilərdə barajı aşa biləcəyi çətin görünür. Təbii ki, belə olan halda onlar parlamentdə təmsil olunmaq üçün ən müxtəlif yollara əl atacaqlar və bu prosesdə aktiv şəkildə iştirak edəcəklər. Sərkisyan-Köçəryan birliyi Paşinyana qarşı siyasi müstəvidə, parlamentdə müqavimət göstərir. Onlar parlamentdən kənarda bugünə qədər əldə etdikləri maliyyə vəsaitlərini və oğurladıqları kapitalı siyasi kariyeralarının qorunmasına xərcləyəcəklər. Bununla yanaşı, heç kimə sirr deyil ki, həmin insanların nəzarətində qeyri-qanuni hərbi birləşmələr var. Bu baxımdan da ölkədə müəyyən qətllər və kimlərəsə qarşı terror aksiyası tamamilə mümkündür. Yəni bu dövr ərzində çoxlu problemlər ortaya çıxa bilər. Paşinyan parlamentdə səs çoxluğuna sahib olmadığı halda, Qarabağ klanının üzvlərini cinayət məsuliyyətinə cəlb etmək istiqamətində addımlar atırsa, onun qalib gəldikdən sonra hansı addımları atacağını təxmin etmək çətin deyil. Şübhəsiz ki, Qarabağ klanı indidən bunu hesablayır. Bu aspektdən də Köçəryan-Sərkisyan ittifaqının Paşinyana qarşı ciddi müqavimət göstərəcəyi gözləniləndir”.

Analitik hesab edir ki, seçkilərdən sonra Ermənistanda uzun müddət sabitlik bərpa olunmayacaq:

"İrəvanın problemləri həddindən artıq çoxdur. Söhbət qütblərin barışmazlığından, Ermənistanın iqtisadi resursları və perspektivləri olmayan bir ölkə olmasından, dövlət institutlarının oturuşmamasından gedir. Ən önəmli faktor isə Ermənistanın işğalçılıq siyasəti və bunun nəticəsində ölkənin dalana dirənməsi, bütün beynəlxalq layihələrdən təcrid olunmasıdır. Şübhəsiz ki, Ermənistan işğalçı mövqeyindən əl çəkməyəcək. Seçkilərdən sonra nə baş verir-versin, bu ölkənin həyatında müsbətə doğru hər hansı bir dəyişiklik olmayacaq. Təbii ki, da işğal faktorunun qorunub saxlanılmasında Ermənistanı himayə edən güc mərkəzləri var. Bu güc mərkəzlərinin mövqeyində hansı dəyişiklik baş verəcək, regionda sabitliyin qorunub saxlanılmasında maraqlı olacaqlar, ümumiyyətlə, bu problemi kökündən həll etməklə daha çox yaxın qonşuluq perspektivi üzərində öz dövlətlərarası münasibətlərini qurmağa cəhd göstərəcəklər, yoxsa, yenə münaqişələrdən istifadə etməklə regionu nəzarətdə saxlamağı arzulayacaqlar? Bunlar hələ perspektivdə açıq şəkildə görünməyən məsələlərdir. Yəni prinsip etibarilə indiki situasiya göstərir ki, böhran Ermənistanı qısa müddətdə tərk etməyəcək. Eyni zamanda, Azərbaycanla Ermənistan arasındakı iqtisadi, siyasi və hərbi müstəvidə uçurum da getdikcə dərinləşir. Bu potensial artıqda isə Ermənistanın işğal prosesini uzun müddət davam etdirməsi mümkün olmayacaq. Ermənistanın yeni rəhbərliyi bu müstəvidə qərar verə biləcəkmi və ya ona belə bir imkan tanınacaqmı? Bütün bunları gələcək göstərəcək”.

XƏBƏR LENTİ