Anons

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

30-03-2018, 14:27 - Bakı Gömrük İdarəsinin rəisi, gömrük generalı Vusal Novruzov rəhbərlik etdiyi sahədə ən kiçik çatışmamazlığa...

19-03-2018, 08:28 - İctimai vəkil Koroğlu MMC-in qondarma ittihamı ilə bağlı ölkə başçısına müraciət etdi

13-03-2018, 17:35 - Sumqayıtda milyonlar hara və kimlərin cibinə gedir?

10-03-2018, 20:11 - AQC-nin yeni sədri Nüsrət İbrahimov seçilib

10-03-2018, 18:24 - Zərrabçılar Qeyri Hökümət Təşkilatını ələ keçirdi - Aynur Camalqızının QHT missiyası nədir...?

Məşhur polkovnik deyir ki, müharibə hər an başlaya bilər - İdarə olunan Paşinyanın dili ermənilərin başına bəla olacaq

Tarix:12-10-2018, 11:01 Baxış Sayı:23

Məşhur polkovnik deyir ki, müharibə hər an başlaya bilər - İdarə olunan Paşinyanın dili ermənilərin başına bəla olacaq

Prezident İlham Əliyevin mövqeyi Paşinyanı masa arxasına oturmağa məcbur edir.

"Ermənistanın Baş naziri Nikol Paşinyan müstəqil adam deyil. Onu hakimiyyətə gətirən qüvvələr idarə edir. Paşinyan da onların sözlərini yerinə yetirir, maraqlarını təmin etməyə çalışır. Lakin Ermənistan cəmiyyəti də görür ki, Paşinyanın bu siyasəti onları faciəyə sürükləyir. Bu səbəbdən Ermənistanı qarşıda daha böyük fəlakətlər gözləyir".

Bu barədə Milli.Az-a veteran hərbçi, ehtiyatda olan polkovnik, ekspert Şair Ramaldanov bildirib.

Ekspertin fikrincə, dövlət başçısına layiq olmayan bəyanatlar verməsinə baxmayaraq, baş naziri Nikol Paşinyan sülh danışıqlarının bərpasına razılıq vermək məcburiyyətində qaldı. Lakin kənardan idarə olunan Paşinyandan hər an qeyri-adi nəsə gözləmək olar: "Ermənistanın Baş naziri Nikol Paşinyanın ara-sıra cəfəng bəyanatlarına, Dağlıq Qarabağın müstəqilliyi və danışıqlara müstəqil şəkildə qatılması barədə fikirlər səsləndirməsinə baxmayaraq, Azərbaycanın gücü, qüdrəti, beynəlxalq nüfuzu, Prezident İlham Əliyevin Dağlıq Qarabağla bağlı sərt ifadələri, mövqeyi və çağırışları onu masa arxasına oturmağa məcbur edir. Azərbaycanın mövqeyi budur ki, danışıqlar yalnız Ermənistan tərəfi ilə aparılacaq və Dağlıq Qarabağın separatçı qüvvələri bu danışıqlarda iştirak edə bilməyəcək. Təcrübə göstərir ki, Prezident İlham Əliyev həmişə dediklərinə əməl edir. Ona görə də Azərbaycan Prezidentinin bu mövqeyi Ermənistanın Baş nazirini danışıqları bərpa etməyə razılıq verməsinə vadar etdi. Baxmayaraq o, dövlət başçısına layiq olmayan cəfəng bənayatlarla çıxış edirdi. Amma digər tərəfdən, bu elə məhz Ermənistanın dövlət başçısına layiq, xas olan ifadələr idi ki, bununla gündəmə gəlib. Gəlin yaxşı baxaq görək Paşinyan kimdir? Onun nə təcrübəsi var. O, daim jurnalist fəaliyyəti ilə məşğul olub və müxalifət cərgəsində yer alıb. İndi də küçə müxalifəti, daha doğrusu maraqlı qüvvələr onu hakimiyyətə gətirib. Hakimiyyətdə olmasına baxmayaraq, ondan istənilən an qeyri-adi bir şey gözləmək olar".

Polkovnik hesab edir ki, Paşinyanın dili, onun ara-sıra verdiyi cəfəng bəyanatlar ermənilərin başına Azərbaycanla cəbhədə, hərb meydanında da bəla ola bilər: "Əvvəla, müharibə hələ bitməyib və davam edir. Amma bu o demək deyil ki, müharibə qurtarıb. Sadəcə aktiv fazaya keçməyib və atəşkəs rejimi var. Lakin proseslərin gedişi və qeyri-stabilliyi göstərir ki, cəbhə bölgəsində vəziyyət istənilən vaxt gərginləşə və müharibə başlaya bilər. Bir daha deyirəm, cəbhədə savaş hər an başlaya bilər. Ona görə də Azərbaycan Silahlı Qüvvələri daim lazım olan ehtiyat tədbirləri görür və hər an döyüşə hazır vəziyyətdədirlər. Ordumuz Müdafiə nazirindən tutmuş adi əsgərədək Ali Baş komandanın əmrini hər an yerinə yetirmək iqtidarında olduğunu işi, təlimləri, döyüş fəaliyyətindəki nəticələri ilə hazır olduğunu daim göstərir. Azərbaycan Silahlı Qüvvələri bu mümkün müharibəyə və işğal olunmuş əzazilərimizi geri qaytarmağa hazırdır".

XƏBƏR LENTİ