Anons

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 15:31 - Baş həkim Mehriban Abasquliyeva naziri niyə biabır edir?

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

Ağcabədinin yeni təhsil direktoru müəllimi süründürür, hədələyir – Fakt+audio yazı...

Tarix:17-10-2018, 10:20 Baxış Sayı:53

Ağcabədinin yeni təhsil direktoru müəllimi süründürür, hədələyir – Fakt+audio yazı...

Ağcabədinin Boyat kənd məktəbinin tarix və ibtidai hazırlıq müəllimi Raqif Rüstəmov yerli təhsil şöbəsi rəhbərliyi tərəfindən süründürməçiliyə məruz qalıb

Bakunews.az xəbər verir ki, R.Rüstəmov sosial şəbəkələrdə problemini ictimailəşdirdiyi üçün təzyiqlə üzləşib.

Şikayətçi bildirirdi ki, ibtidai hazırlıq üzrə diaqnostik qiymətləndirməyə göndərilib. O, 22 bal toplasa da, 6 saatlıq dərsi qaytarılmır. Keçmiş təhsil şöbəsi müdiri Solmaz Rəhimova problemin həllinə söz versə də, vədinə əməl etmir.

Sonra təhsil şöbəsinə yeni direktor təyin olunan İsmayıl Həsənova müraciət edir. Amma yollarda əsir-yesir qalan müəllim dərsindən məhrum edilir.

Təhsil şöbəsinin inspektoru İbrahim müəllim ona problemin həlli barədə vəd verir. Amma o da sözünün üstündə durmur.

Üstəlik, R.Rüstəmovu qınayır ki, niyə indi sosial şəbəkələri, mətbuatı üstümüzə qaldırmısan. Telefon danışıqlarında İbrahim müəllim R.Rüstəmova deyir ki, “qardaş, mən bu işdən çəkildim, sən sakitcə oturub gözləmədin” deyir. Yəni, açıq şəkildə tarix müəllimi repressiya olunur.

Belə çıxır ki, Rüstəmov susmalı, təhsil şöbəsi müdiri İsmayıl Həsənova yalvarmalı, aylarla gözləməliydi. Şikayətçinin sözlərinə görə, ailə başçısıdır, 295 manat maaş alır: “Ancaq mənə heç bir köməklik olunmadı.

Mən 22 bal diaqnostikadan toplamışdım, amma 6 saatlıq dərsimi qaytarmadılar, qeyri-qanuni azad etdilər. Məktəbin direktoru Həsən Abdullayev da deyir ki, “burda mənəm, Bağdadda kor xəlifə. Bəs mən necə dolanmalıyam? Niyə hüququmu pozurlar?

Mən dövlətə bağlı insanam, təhsilə ömrünü həsr etmişəm müəlliməm. Ona görə də nazirlikdən xahiş edirəm ki, məsələyə müdaxilə etsinlər, dərs saatım bərpa olunsun”.

Ağcabədinin yeni təhsil şefi ilk gündən özünü pis tanıtmağa başlayıb. Deyəsən, təhsil naziri Ceyhun Bayramovdan asılı yoxdur.

Görəsən, Ağcabədi RTŞ-nin müdiri kimə güvənir? Doğurdanmı, qanunları saymır və müəllimi işlə təmin etmək öz əhvalından, kefindən asılıdır?

Ümumiyyətlə, son zamanlar Ağcabədi təhsilindən şikayətlərin ardı-arası kəsilmir. Bir neçə gün əvvəl də məktəblilərə küçə süpürtmüşdülər.

S.Rəhimovanın dövründən fərqlənməyən İ.Həsənov idarəçiliyi tezliklə özünü toparlamalıdır. Biz hələ mayda yazmışdıq ki, nazir Rəhimovanı işdən azad edəcək.

İddia edilirdi ki, daxili yerdəyişmələr hər bir müəlliməyə 3000 manata başa gəlib. Məlumdur ki, qanunvericiliklə nəzərdə tutulmuş qayda da, Təhsil nazirliyinin müvafiq təlimatına əsasən daxili yerdəyişmələr müsabiqə əsasında həyata keçirilir.

1-ci sinif şagirdi ailə həyatı qurduğu üçün 2017-ci il fevral ayında 1 saylı orta məktəbdən azad edilib. Lakin Solmaz Rəhimova şagirdin valideyindən 1500 manat alaraq rayonun Qaradolaq kənd 1 saylı orta məktəbin direktoru ilə cinayətə girərək 04.04.2017 ci il tarixində qeyd edilən məktəbə bərpa etdirib. Ona görə də yeni təhsil şefi qalmaqalsız fəaliyyət göstərməyə üstünlük verməlidir.//cahan//

XƏBƏR LENTİ