Anons

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 15:31 - Baş həkim Mehriban Abasquliyeva naziri niyə biabır edir?

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

Paşinyandan 7 rayonu azad etməsi istəniləcək, Qarabağ isə... - Bakının RƏDD ETDİYİ ŞOK DETAL

Tarix:18-10-2018, 10:53 Baxış Sayı:74

Paşinyandan 7 rayonu azad etməsi istəniləcək, Qarabağ isə... - Bakının RƏDD ETDİYİ ŞOK DETAL

Paşinyanın istefası formal xarakter daşıyır. O, istefaya baxmayaraq, Nazirlər Kabinetinə təlimat və göstərişlər verməkdə davam edəcək.

Publika.az-a açıqlamasında bu sözləri politoloq Qabil Hüseynli Ermənistanın baş naziri Nikol Paşinyanın növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün istefa verməsini şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, Paşinyan parlament seçkiləri ilə bağlı xeyli arxayındır:

"Çünki əvvəlki prezident və baş nazir Serj Sarkisyanın rəhbərlik etdiyi Respublikaçılar Partiyasının əksəriyyətdə olduğu parlament demək olar ki, buraxılıb. Yeni parlament seçkiləri də dekabrın əvvəlinə təyin edilib. Paşinyanın yerinə yeni baş nazirin seçilmə imkanı demək olar ki, yoxdur. Belə qüvvələr sadəcə olaraq mövcud deyil. Paşinyanın məqsədi ölkədəki situasiyanı tam olaraq nəzarət altına almaqdadır. Güman ki, Paşinyan seçkilərdə səslərin əksəriyyətini qazanacaq və dövlətin bütün strukturlarını özününküləşdirməyə nail olacaq”.

Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin Ermənistandakı seçkilərdən sonra hansı istiqamətdə inkişaf edəcəyinə gəlincə, Q.Hüseynlinin sözlərinə görə, prezident Armen Sarkisyanın bu günlərdə Moskvaya səfəri, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun müavini ilə görüşməsi belə təəssürat yaradır ki, Moskva bir müddət Dağlıq Qarabağla bağlı məsələlərdə Ermənistan prezidenti ilə məsləhətləşmələr aparmaq istəyir:

"Çünki Armen Sarkisyan Moskvadan qayıtdıqdan sonra dərhal Qarabağa gəldi və məhsul bayramında iştirak etmək adı altında qondarma qurumun rəhbəri Bako Saakyanla görüşdü. Siyasi müşahidəçilər bu görüşün Moskvanın Dağlıq Qarabağla bağlı yeni təşəbbüslərlə əlaqəsinin olacağını istisna etmirlər. Moskva ABŞ-ın, bəzi Avropa ölkələrinin – Fransanın, Almaniyanın Dağlıq Qarabağ probleminin həllində fəallaşdığını görərək və vasitəçilik təşəbbüsünün əlindən çıxacağını düşünərək yenidən bütün ipləri əlində toplamağa, Ermənistanı tamamilə özünün nəzarəti altına almağa və danışıqlar prosesində əsas söz sahibi olmağa çalışır. Belə görünür, buna müəyyən dərəcədə nail ola bilib”.

Dağlıq Qarabağ münaqişəsinin həllində xələfləri Robert Köçəryan və Serj Sarkisyandan daha mülayim görünən Levon Ter-Petrosyanın qrupundan olan Nikol Paşinyanın seçkilərdən sonra indiki radikal mövqedən əl çəkmə ehtimalına gəlincə, müsahibimiz hesab edir ki, mümkün yumşalma belə Azərbaycanın maraqlarına cavab verməyəcək:

"Hazırda Paşinyan hökumətinə ən çox təsir gücünə olan adamın Levon Ter-Petrosyan olduğunu vurğulayırlar. Keçmiş prezident Paşinyana işğal edilmiş müəyyən əraziləri azad etməyi tövsiyə edə bilər və yəqin ki, edəcək. Söhbət Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun azad edilməsindən gedir. Bu ərazilər Ermənistan üçün başağrısı yaradan və dünya tərəfindən həyata keçirilməsi tələb olunan prosesdir. Amma Levon-Ter Petrosyanın özü də, həmçinin Paşinyan da Dağlıq Qarabağın statusu məsələsində zərrə qədər güzəştə getmək fikrində deyillər. Onlar Dağlıq Qarabağı ya müstəqil, ya da Ermənistana birləşmiş şəklində görmək istəyirlər. Bu isə danışıqlar prosesinə əngəl yaradan başlıca məsələdir və Azərbaycan bununla qətiyyən razı olmayacaq”.

XƏBƏR LENTİ