Anons

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 15:31 - Baş həkim Mehriban Abasquliyeva naziri niyə biabır edir?

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

“Məndən az qala əmlakın dəyərində haqq tələb edirlər" – Reyestr Xidməti ilə bağlı Prezidentə ŞİKAYƏT

Tarix:18-10-2018, 23:13 Baxış Sayı:98

“Məndən az qala əmlakın dəyərində haqq tələb edirlər" – Reyestr Xidməti ilə bağlı Prezidentə ŞİKAYƏT

“Son vaxtlar sahibkarlarla bağlı faktlar üzə çıxır. Bu, dəhşətli faktlardır. Dövlət nümayəndələri tərəfindən sahibkarlara qarşı nə qədər böyük ədalətsizliklər edilib. Onlara qarşı əsassız tələblər irəli sürülüb. Onların əmlakı bəzi hallarda əllərindən alınıb. Onlardan külli miqdarda rüşvət alınıb, bəzi hallarda REKETLİK edilib. Ona heç rüşvət də demək olmaz. Rüşvət o vaxt verilir ki, kimsə nə isə etmək istəyir, işi asanlıqla getsin deyə rüşvət verir…”.

“Məndən az qala əmlakın dəyərində haqq tələb edirlər" – Reyestr Xidməti ilə bağlı Prezidentə ŞİKAYƏT


Bu fikirləri Prezident İlham Əliyev hələ bir neçə il əvvəl artıq ləğv olunmuş MTN-dəki cinayətkar şəbəkənin iş adamlarının başına açdığı oyunlar haqda danışarkən bəyan etmişdi. Onun bu açıqlamasından az sonra MTN-dəki cinayətkar şəbəkənin üzvləri cinayət məsuliyyətinə cəlb olunaraq, həbsə alındılar.

Bu dəstənin ifşasından və həbslərdən sonra iş adamları paqonlu “reketlərdən” xilas olduqları üçün müəyyən müddət rahat nəfəs aldılar.

Ancaq son vaxtlar “AzPolitika.info”ya daxil olan şikayətlər göstərir ki, Prezidentin xəbərdarlıqlarını “unudaraq”, yenə də sahibkarlardan külli miqdarda rüşvət tələb edən, hətta bir qədər də irəli gedərək reketçilik həvəsinə düşən məmurlar, məsul şəxslər var…

Bizdə belə bir fikrin yaranmasına səbəb olan şikayətlərdən biri haqda məlumat verməzdən öncə bu günlərdə “Daşınmaz əmlakın qeydiyyatında şəffaflıq, əlçatanlıq və innovasiyalar” (!) mövzusunda keçirilən tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədr müavini Rafiq Cəlilovun sözlərinə diqqəti çəkmək istərdik.

“Məndən az qala əmlakın dəyərində haqq tələb edirlər" – Reyestr Xidməti ilə bağlı Prezidentə ŞİKAYƏT


“Əmlakın qeydiyyatı gostəricisinə görə Avropa ölkələrini qabaqlamışıq” deyən Rafiq Cəlilov daşınmaz əmlakın qeydiyyatında “şəffaflıq və innovasiyalar” haqqında uzun-uzadı danışıb. Hətta tədbir iştirakçılarını və medianı inandırmaq istəyib ki, bu sahədə Avropa yalan olub, biz doğru.

Lakin görünən budur ki, daşınmaz əmlakın qeydiyyatı sahəsində “şəffaflıq və innovasiyalar” hələ də azərbaycansayağıdır – Avropanı nədə ötüb keçdiyimiz isə müəmmalı və qaranlıqdır.

Hər halda qanuni əmlakını dövlət qeydiyyatına aldırmaq istəyərkən qanunsuzluq, süründürməçilik və 6 rəqəmli rüşvət tələbləri ilə üzləşən Bakı sakini Hüseynov Nəcəf Ramazan oğlunun “AzPolitika.info”ya şikayəti belə deməyə çox ciddi əsaslar verir.

“Məndən az qala əmlakın dəyərində haqq tələb edirlər" – Reyestr Xidməti ilə bağlı Prezidentə ŞİKAYƏT


N.Hüseynov Bakı şəhəri, Nizami rayonu, 8-ci km y/s, Elşən Süleymanov küçəsi 74C ünvanında yerləşən qeyri-yaşayış binasının sahibidir. Əlində Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 0941825 saylı “Çıxarış” da var.Sahibkar deyir ki, “Çıxarış”lı obyekti üzərində yenidənqurma işləri apardıqdan sonra yenidən “Çıxarış” almaq üçün Reyestr Xidmətinə müraciət edib.

Bu zaman müəyyən tələbləri yerinə yetirmədiyinə görə isə süründürməçilik və qanunsuzluqla qarşılaşıb – Reyestr Xidməti yenidənqurmadan sonra onun əmlakına “Çıxarış” və texniki pasport verməkdən imtina edib.

Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində N.Hüseynovun müraciətinə qeyri-qanuni münasibət göstərildiyi daha sonra məhkəmə qərarı ilə də rəsmən təsdiq olunub. Bu haqda bir qədər sonra.

Hələlik N.Hüseynovun təqdim etdiyi sənədləri nəzərdən keçirək. Vətəndaş öz əmlakı üzərində apardığı yenidənqurma işlərinin qanuni olduğunu sübut etmək üçün, biri məhkəmə qərarı olmaqla, ümumilikdə 9 növdə sənədin fotosürətini bizə təqdim edib. O, bildirir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 17.03.2017-ci il tarixdə təsdiqlənmiş layihə əsasında işlər başa çatdıqdan sonra Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən 28 fevral 2018-ci il tarixdə İstismara hazırlıq Aktı tərtib edilərək ona təqdim edilib. Bundan bir neçə gün sonra isə Nizami Rayon İcra Hakimiyyəti Tikinti obyektinin istismarına icazə sənədini tərtib edib. Tələb olunan digər sənədlər də (Onların fotosurətləri yazıya əlavə olunur-red.) əldə olunduqdan sonra N.Hüseynov reyestrdən çıxarış və texniki pasportun verilməsi xahişi ilə Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edib. Lakin burda sahibkarla qeyri-rəsmi söhbətlər uğursuz yekunlaşdığından Reyestr Xidməti ilkin dövrdə hətta onun sənədlərini qəbul etməkdən belə imtina edib. Sahibkar sənədlərinin qəbul olunmasına bir neçə cəhddən sonra nail olub.

Rəsmi dövlət binasında qeyri-rəsmi söhbətlərdə isə Reyestr Xidmətinin Emin və Samir adlı əməkdaşları (Birincinin ƏMDK sədri Kərəm Həsənovun yaxın qohumu olduğu haqda məlumatlar var-red.) tərəfindən reyestrdən çıxarış və texniki pasportun verilməsi qarşılığında N.Hüseynovdan az qala əmlakın özünün dəyəri qədər “haqq” tələb olunub.

N.Hüseynov isə bütün sənədləri qaydasında olduğundan, təbii ki, bu tələbləri rədd edib.

“Məndən az qala əmlakın dəyərində haqq tələb edirlər" – Reyestr Xidməti ilə bağlı Prezidentə ŞİKAYƏT


Bundan sonra sahibkar sənədləri poçt vasitəsilə Reyestr Xidmətinə göndərdiyindən məcbur olaraq qeydə alıb və rəsmi imtina cavabı təqdim etməli olublar. İmtina heç bir tutarlı arqumentlə əsaslandırılmayıb.

N.Hüseynov imtina qərarını əldə etdikdən sonra 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldırıb. O, Bakı şəhəri, Nizami rayonu, 8-ci koilometr yaşayış sahəsi 74C ünvanında yerləşən 3 mərtəbəli zirzəmili qeyri-yaşayış sahəsinə dair reyestrdən çıxarış və texniki pasportun verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasını məhkəmədən xahiş edib.

Məhkəmə ətraflı araşdırmadan sonra iddianı təqdim edib.

Lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi bundan sonra da geri çəkilmək istəməyib və bu məhkəmə qərarından apellyasiya şikayəti verib.

Hazırda apellyasiya şikayətinə baxılır və Reyestr Xidmətinin nümayəndəsi şikayəti müdafiə etmək üçün bircə tutarlı arqument də təqdim edə bilməyib.

“Məndən az qala əmlakın dəyərində haqq tələb edirlər" – Reyestr Xidməti ilə bağlı Prezidentə ŞİKAYƏT


Bütün bu süründürməçiliyin, qanunlara aşkar sayğısızlığın isə bir məqsədi var: sahibkarı uzun-uzadı məhkəmə çəkişmələrində yoraraq əldən salmaq, hətta lazım gələrsə son mərhələdə məhkəməyə təzyiq etməklə ona istədikləri şərti diktə etmək!

Sahibkarın əlində olan qalaq-qalaq sənədlər isə, belə görünür ki, Reyestr Xidmətinin vəzifəli şəxslərinin tamahı qarşısında adi kağız parçasından başqa bir şey deyil.

Hətta məhkəmə qərarından sonra belə Reyestr Xidmətinin qanunsuzluqdan geri çəkilməməsi sahibkarı ölkə Prezidentinə üz tutmaq məcburiyyətində qoyub. O, Prezident İlham Əliyevə ünvanladığı məktubunda yazır:

“Cənab Prezident, Siz, Azərbaycanda sahibkarların ən böyük dəstəkçisisiniz! Dəfələrlə keçirdiyiniz müşavirələrdə, digər çıxışlarınızda məmurlardan tələb edibsiniz ki, onlar sahibkarların hüquqlarını tapdamasın, süründürməçiliyiə salmasın, incitməsin, ən əsası isə onlara qarşı qeyri-qanuni tələblər irəli sürməsinlər. Lakin təəssüf ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində hələ də Sizin bu xəbərdarlıqlarınıza və tələblərinizə laqeyid yanaşan məmurlar var.
Cənab Prezident! Bakı şəhəri, Nizami rayonu, 8-ci km y/s, Elşən Süleymanov küçəsi 74C ünvanında yerləşən mənə məxsus qeyri-yaşayış binasının üzərində yenidənqurma işləri apardıqdan sonra reyestrdən çıxarış və texniki pasport almaq üçün müraciət etdiyim Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində aylardır məni süründürməçiliyə salır və qeyri-qanuni tələblər irəli sürürlər. Mən məcburiyyət qarşısında məhkəməyə müraciət edib, burda qalib gəlsəm də bu süründürməçilik davam edir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin vəzifəli şəxsləri qanunlara və məhkəmə qərarına əməl edərək, mənim əmlakıma dair reyestrdən çıxarış vermək əvəzinə apellyasiya şikayəti verir və beləliklə də məni aylar, illərlə məhkəmələrdə süründürməklə bezdirmək və məqsədlərinə nail olmaq istəyirlər. Bu, düşünülmüş şəkildə sahibkarlığa zərbə vurmaq, onu maddi-mənəvi zərərə salmaqdan başqa bir şey deyil.
Cənab Prezident, xahiş edirəm bizi bu süründürməçilikdən qurtarın!”

Yazını Prezident İlham Əliyevin fikirləri ilə başladığımız kimi, onun sözlərilə də bitiririk:

“Sahibkar heç kimə borclu deyil, ancaq dövlətin vergisini verməlidir, vəssalam. Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır”.

Bəs görəsən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəhbərliyi necə düşünür:

Sahibkarların, o cümlədən N.Hüseynovun onlara hansı səbəbdən və nə qədər borcu var?! Buyursun, bunu da hüquq-mühafizə orqanları araşdırsın…

Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin rəisi Qulu Xəlilov sahibkar N.Hüseynovun şikayəti ilə bağlı sorğumuza 1 cümlə ilə münasibət bildirib:

“Bu məsələ hazırda məhkəmədə araşdırılır, məhkəmə nə qərar versə, o da olacaq”.

Mövzuya qayıdacağıq.

“Məndən az qala əmlakın dəyərində haqq tələb edirlər" – Reyestr Xidməti ilə bağlı Prezidentə ŞİKAYƏT
“Məndən az qala əmlakın dəyərində haqq tələb edirlər" – Reyestr Xidməti ilə bağlı Prezidentə ŞİKAYƏT
“Məndən az qala əmlakın dəyərində haqq tələb edirlər" – Reyestr Xidməti ilə bağlı Prezidentə ŞİKAYƏT
“Məndən az qala əmlakın dəyərində haqq tələb edirlər" – Reyestr Xidməti ilə bağlı Prezidentə ŞİKAYƏT
“Məndən az qala əmlakın dəyərində haqq tələb edirlər" – Reyestr Xidməti ilə bağlı Prezidentə ŞİKAYƏT
“Məndən az qala əmlakın dəyərində haqq tələb edirlər" – Reyestr Xidməti ilə bağlı Prezidentə ŞİKAYƏT
“Məndən az qala əmlakın dəyərində haqq tələb edirlər" – Reyestr Xidməti ilə bağlı Prezidentə ŞİKAYƏT
“Məndən az qala əmlakın dəyərində haqq tələb edirlər" – Reyestr Xidməti ilə bağlı Prezidentə ŞİKAYƏT
“Məndən az qala əmlakın dəyərində haqq tələb edirlər" – Reyestr Xidməti ilə bağlı Prezidentə ŞİKAYƏT
“Məndən az qala əmlakın dəyərində haqq tələb edirlər" – Reyestr Xidməti ilə bağlı Prezidentə ŞİKAYƏT
“Məndən az qala əmlakın dəyərində haqq tələb edirlər" – Reyestr Xidməti ilə bağlı Prezidentə ŞİKAYƏT
“Məndən az qala əmlakın dəyərində haqq tələb edirlər" – Reyestr Xidməti ilə bağlı Prezidentə ŞİKAYƏT

XƏBƏR LENTİ