Anons

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 15:31 - Baş həkim Mehriban Abasquliyeva naziri niyə biabır edir?

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

“İstəsəydim, atamın adına heykəl qoydurardım” – Hacı Qalib

Tarix:19-10-2018, 14:22 Baxış Sayı:78

“İstəsəydim, atamın adına heykəl qoydurardım” – Hacı Qalib

"Mətbuatda səsləndirilən ittihamlar, yaşadığım küçəyə guya, öz atamın adını verdirməyim barədə iddialar mənə qarşı təxribatdır. Bu informasiyalar reallığı, həqiqəti əks etdirmir. Yaşadığım küçə atamın adına deyil axı…”.

Bu barədə Modern.az-a sabiq deputat hacı Qalib Salahzadə danışıb. O bildirib ki, heç bir küçəyə ad verməyə səlahiyyəti yoxdur:

"Mən kiməm ki, hansısa küçəyə ad verim? "Yeni Müsavat” qəzeti davamlı olaraq haqqımda ittihamlar yazır… Halbuki, o qəzetin baş redaktoru Rauf Arifoğlu mənimlə birlikdə Həcc ziyarətində olub… Mən də o ziyarət zamanı yaşanmış bəzi hadislərdən danışa bilərəm…

İndi deputat olduğum dövrdən qalan bəzi məsələlər, oğlumun işi ilə əlaqədar olan qüvvələr var ki, barəmdə mənfi fikir formalaşdırmaqla, məni insanların gözündən salmağa çalışırlar. Hamı bilir ki, mən 1990-cı illərdən bu yana Heydər Əliyevin tərəfdarıyam, indi də Yeni Azərbaycan Partiyasının üzvüyəm. Ona görə, haqqımda təşkil olunmuş şəkildə qərəzli informasiyalar çox yayırlar”.

Qalib Salahzadənin sözlərinə görə, Bilgəh qəsəbəsində 90-cı illərə qədər küçələrin adları olmayıb. O bildirib ki, bu ərazi vaxtilə Abşeron rayonunun kəndi olduğuna görə, Bilgəhdə yaşayan hörmətli insanların adı Kənd soveti tərəfindən siyahıya alınıb, adlarına küçə verilib. O cümlədən də atası Aslan Salahzadə:

"50-dən çox Bilgəh ziyalısının adına küçə var idi. Baba Quliyev, Kazım Quliyev, Zeynəb xanım və s. insanların adına küçə verilmişdi. Mənim atam Aslan Salahzadə 35 il Bilgəh kəndində müəllimlik edib. Hər kəs bilir ki, o, 3 ali məktəb, bir texnikum bitirib. Respublikanın bütün tanınmış şairləri, yazıçıları ilə dost idi, Cabir Novruzla birlikdə təhsil alıb. Ziyalı insan olduğuna görə, atamın da adı qeyd etdiyim şəxslərin siyahısına salındı və adına küçə verildi. Lakin hazırda həmin illərdə verilən küçə adlarının hamısı ləğv olunub, həmin küçələr başqalarının adına keçirilib.

İndi mənim yaşadığım küçə Aslan Salahzadə deyil, Qələbə küçəsi adlanır. Mənim atamın adına küçə olduğunu deyənlər, yazanlar yaxşı olardı bu məsələni bir araşdırardılar. Bu cür cılız, yalan iddialar ortaya atmaqla məni ittiham edirlər. Əgər deputat səlahiyyətlərimdən sui-istifadə edəsi olsaydım, atamın adına heykəl, abidə qoydurardım. Halbuki, mənim atamın belə şeylərə ehtiyacı olmayıb. O, ziyalı insan olmasaydı, 90-cı illərdə onun adı küçəyə veriləndə, camaat etiraz edərdi”.

XƏBƏR LENTİ