Anons

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 15:31 - Baş həkim Mehriban Abasquliyeva naziri niyə biabır edir?

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

Çelentano ilə duet oxuyan azərbaycanlı müğənni: Zəmanət verirəm ki... - VİDEO

Tarix:4-11-2018, 10:48 Baxış Sayı:41

Çelentano ilə duet oxuyan azərbaycanlı müğənni: Zəmanət verirəm ki... - VİDEO

"Ukraynanın səsi" yarışması ilə məşhurlaşan müğənni Vaqif Nağıyev 80 yaşlı dünya şöhrətli ifaçı və aktyor Adriano Çelentano ilə eyni səhnəni paylaşıb.

Bakunews.az bildirir ki, "Ma Perke" kompozisiyasını təkrarolunmaz müğənni ilə duet oxuyan həmyerlimiz təəssüratlarını publika.az-a bölüşüb:



"Dünya şöhrətli italyan müğənnisi ilə eyni səhnəni bölüşmək və onunla duet oxumaq mənim üçün böyük fəxrdir. Maestronun razılaşdığını eşidəndə sevincimin həddi-hüdudu yox idi. Təbii ki, həm də həyacanlı idim. Bildiyiniz kimi, bundan əvvəl İnqridlə azərbaycan dilində "Ümid yağışı" adlı mahnıya duet oxumuşuq, həmçinin Alessandro Safina ilə eyni səhnəni paylaşmaq imkanım olub. Amma dünənki konsertin yeri bambaşqa idi... Sevdiyim ifaçı ilə sevdiyim əsəri səsləndirmək daha yaddaqalan oldu. Çox sevindirici haldır ki, buna nail oldum".



Vaqif Nağıyev bildirib ki, Çelentanonun onu səhnəyə dəvəti xüsusi olub:

"Konsertin gedişatında maestro məni səhnəyə dəvət etdi. Duetə başlamazdan əvvəl haqqımda fərx hissi yaradan fikirlər söylədi. O, "Bizim çox mühüm bir qonağımız var. Onu sizə təqdim etmək çox xoşdur və zəmanət verirəm ki, möhtəşəm ifaçıdır. Bu axşam onunla birlikdə gözəl duet ifa edəcəyik. Sizin qarşınıza çıxacaq ifaçı çox istedadlı və bəyəndiyim müğənnidir. O, bir az italyanca da danışa bilir" deyə bildirdi. Bunu gözləmirdim. İfamızdan sonra isə "Ola bilsin ki, gələn ilki İtaliya turuna səni dəvət edim" , - deyə sözlərinə əlavə etdi. Bir azərbaycanlı kimi vətənimi, öz mədəniyyətimi və sənətimi digər ölkələrdə layiqincə təmsil etməyi özümə borc bilirəm. Məni dəstəkləyən hər kəsə təşəkkür edirəm".

Xatırladaq ki, V.Nağıyev Bakıda anadan olub. 3 yaşında Heydər Əliyev Sarayının səhnəsində, görkəmli bəstəkar Oqtay Zülfüqarovun ansamblının tərkibində çıxış edib. 9-cu sinfə qədər Bülbül adına Musiqi Texnikumunda təhsil alıb. Sonra Moskvada "Qnesinıx" adına kollecə təcrübə keçməyə göndərilib. Bakıya qayıtdıqdan sonra 63 saylı orta məktəbdə və Tofiq Quliyev adına 12 saylı musiqi məktəbində təhsil alıb. 2008-ci ildən prezident təqaüdçüsüdür. 2014-cü ildə isə "Ukraynanın səsi" yarışmasında iştirakı ilə yadda qalıb.

XƏBƏR LENTİ